109) Periodontun əsas funksiyası hansıdır?
A) Trofik (çünki o sementin qidalanmasını təmin edir)
B) Müdafiə (çünki o iltihabla aktiv mübarizəni təmin edir)
C) Dayaq (çünki periodont böyük təzyiqləri qəbul etmək və onu alveolun divarlarına ötürmək qabiliyyətinə malikdir)
D) Sensor
E) Plastik (çünki periodont hüceyrələri kollagen və polisaxaridlər sintez etməklə periodont toxumasını bərpa edə bilir)
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
110) Kəskin periodontiti ən çox pulpitin hansı forması ilə differensasiya etmək lazım gəlir?
A) Xroniki pulpitin kəskinləşməsi ilə
B) Qanqrenoz pulpitlə
C) Xroniki hipertrofik pulpitlə
D) İrinli pulpitlə
E) Kəskin hissəvi seroz pulpitlə
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
111) Kəskin periodontit və pulpitin differensial diaqnostikasında həlledici test hansı hesab olunur?
A) Ağrıların xarakteri
B) Perkussiya
C) Termometriya
D) Elektroodontodiaqnostika
E) Rentgenodiaqnostika
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |