187) Kataral gingivitin klinik əlamətləri hansılardır?
A) Diş əti qanaxmaları
B) Şişkinlik və diş əti kənarının, dişlərarası məməciklərin hiperemiyası, diş əti qanaxmaları, patoloji diş əti cibinin olmaması
C) Diş əti qanaxmaları, dişlərin boynunda hiperesteziya
D) Diş ərpinin olması, diş əti qanaxmaları
E) Dişlərin boynunda hiperesteziya
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
188) Hipertrofik gingivitin şişkin formasının əsas klinik əlamətləri hansılardır?
A) Diş əti məməciklərinin böyüməsi, ödemləşməsi, hiperemiyası, basdıqda qanaması, zondlama zamanı ciblərin aşkarlanması
B) Diş əti məməciklərinin böyüməsi, göyümtül rəngə çalması, səthinin parlaq olması və toxunduqda dərhal qanaması, basdıqda isə izlərin qalması
C) Diş əti məməciklərinin böyüməsi, bərkləşməsi, toxunduqda qanaması
D) Yalançı diş əti ciblərinin olması
E) Toxunduqda qanama
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |