189) Hipertrofik gingivitin fibroz formasının klinik əlamətləri hansılardır?
A) Dərin diş əti cibləri mövcud olur
B) Diş əti məməcikləri göyümtül rəngdə, şişkin olur, toxunduqda qanayır, dişlər üzərində çoxlu miqdarda diş ərpi və diş daşları təyin edilir
C) Diş əti məməcikləri böyümüş, bərkimiş, iç səthində xoracıqlar olur, zondlama zamanı yalançı diş əti cibləri aşkarlanır
D) Diş əti məməcikləri böyümüş, göyümtül rəngdə olur, toxunduqda qanayır
E) Qanaxmalar və termiki qıcıqlardan ağrılar
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
190) Kəskin-xoralı gingivitin differensial-diaqnostikasında ən vacib əlamətlər hansılardır?
A) Diş əti məməciklərinin hiperemiyası, şişkinliyi, diş əti ciblərinin mövcudluğu, məməciklərin daxili səthlərində xoralaşmalar
B) Diş əti kənarının yayılmış xoralaşması, məməciklərin zirvəsinin kəsilmiş görkəm alması, səthinin isə fibrinoz ərplə örtülməsi
C) Diş əti məməciklərinin ağrıları, basdıqda qanaması, çoxlu miqdarda diş əti altı və diş əti üstü çöküntülər
D) Toxunduqda qanaxmalar
E) Dərin diş əti ciblərinin mövcudluğu
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |