Ağız boşluğu selikli qişası xəstəlikləri
253) Ağız selikli qişasının dekubital xorası hansı faktorların təsirindən baş verir?
A) Termiki
B) Mexaniki
C) Fiziki
D) Kimyəvi
E) Bioloji
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
254) Yastı (hamar) leykoplakiyanın əsas zədə elementi hansıdır?
A) Ləkə
B) Şişkinlik
C) Atrofiya
D) Hiperkeratotik ləkə
E) Düyün
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
255) Ağız selikli qişasının travmatik xorası zamanı sitoloji olaraq nə aşkarlanır?
A) İltihab elementləri
B) Langerhans hüceyrələri
C) Akantolitik hüceyrələr
D) Atipik epitel hüceyrələri
E) Plazmatik hüceyrələr
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
256) Travmatik faktor aradan götürüldükdən sonra sağalmaya meyillilik hansı xoralar üçün xarakterikdir?
A) Spesifik xora üçün
B) Xərçəng xorası üçün
C) Vərəm xorası üçün
D) Travmatik xoralar üçün
E) Şüalanma xorası üçün
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
257) Qırmızı yastı dəmrovun ağızın selikli qişasında klinik əlamətləri hansılardar?
A) Yanağın ön şöbəsində dəyişilməmiş selikli qişasında, ətraf toxumalardan kəskin hüdudlanmış boz-ağ rəngli zona
B) Azacıq hiperemiyalı və maserasiyalı fonda boz-ağ rəngli qismən qaşına bilən ərp zonası
C) Kiçik, sferik, mavi-perlamutrvari düyüncüklərin selik qişa üzərində Uikxem toru əmələ gətirməsi
D) Ətrafı nazik hiperemiya xətlə hüdudlanmış, iltihabsız selik qişa səthi üzərində, ətraf toxumalardan kəskin hüdudlanan və azacıq hündürə qalxmış ağ-boz rəngli zona
E) Ətraf toxumalardan dəqiq hüdudlanan hiperemiya və infiltrasiya üzərində mavi-perlamutrvari keratoz və atrofiya zonası
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |