469) Hissəvi çıxan, bügel və kombinəedilmiş protez gəzdirənlərdə protez stomatitinin yaranmasının əsas səbəbi hansıdır?
A) Dişlərin düzgün düzülməməsi
B) Protezin yatağına münasibətdə daha çox hərəkətli olması
C) Texnoloji faktoru
D) İstifadə edilən materiallar
E) Protezin yatağına münasibətdə tam hərəkətsiz olması
Ədəbiyyat: Хеннинг Вульфес " Современные технологии протезирования " Руководство. Русское издание Бремен 2006 стр. 124
470) Bügel protezinin səthində ərpin və mikroorqanizmlərin az əmələ gəlməsi üçün nəyə diqqət edilməlidir?
A) İstifadə edilən materialların spesifikliyinə
B) Seçilən dişlərin həcminə
C) Kontruksiya faktoruna
D) Protez tökmə və cilalama pardaxlama texnologiyasına
E) Düzgün dublikat model almağa
Ədəbiyyat: Хеннинг Вульфес " Современные технологии протезирования " Руководство. Русское издание Бремен 2006 стр. 125
471) Çıxan protez gəzdirənlərdə protezin yəhərvari hissəsinin protez yatağında qızartı əmələ gatirməsinə səbəb nədir?
A) Akrilin tərkibindəki qalıq monomer
B) Dişlər arasında təmasın zəif olması
C) Yəhərvari hissənin çox hərəkətli olması
D) Dişləmin alçaq olması
E) Dişləmin hündür olması
Ədəbiyyat: Хеннинг Вульфес " Современные технологии протезирования " Руководство. Русское издание Бремен 2006 стр. 126
Dostları ilə paylaş: |