73) 26-cı dişdə adətən neçə kök olur?
A) Dörd
B) Üç
C) Bir
D) İki
E) Beş
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
74) Çətin keçilən kanalların kimyəvi genişləndirilməsi üçün nə istifadə edilir?
A) EDTA preparatı
B) Çar arağı
C) Hidrogen peroksid
D) Xloramin
E) Natrium-hipoxlorid
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
75) Pulpanın müdafiə funksiyasının əsasını nə təşkil edir?
A) Fibroblastik sıradakı hüceyrələrin iltihabi prosesi məhdudlaşdırmaq xüsusiyyəti
B) Odontoblastların ikincili dentin əmələ gətirməsi
C) Hüceyrələrin faqositar aktivliyi
D) Toxuma immuniteti
E) Lifli strukturların pulpanın pH-nı nizamlaması
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
76) Kəskin ümumi pulpitlə üçlü sinirin nevralgiyasının diferensial diaqnostikasında aşağıdakılardan hansı həlledici rol oynayır?
A) Elektrometriya
B) Termometriya
C) Ağrıların xarakteri
D) Zondlama
E) Perkussiya
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |