871) Dişlərin III dərəcəli laxlamasınınəlamətlərinə hansılar aiddir?
A) Dişin yalnız şaquli istiqamətdə laxlaması
B) Dişin yalnız vestibulo-oral istiqamətdə laxlaması
C) Dişin yalnız bir medio-distal istiqamətdə laxlaması
D) Dişin vertikal istiqamətdə yuvasına basılması və bütün istiqamətlərdə laxlaması
E) Dişin medio-distal və vestibulo-oral istiqamətdə laxlaması
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008, səh 64
872) Veberə görə en kəsiyinin sahəsi 1sm² olan əzələ neçə kq yükü qaldıra biləcək gücə malikdir?
A) 3 kq
B) 7 kq
C) 5 kq
D) 10 kq
E) 8 kq
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
873) Ağız boşluğunun protezləməyə xüsusi ortopedik hazırlanmasında həyata keçirilən əsas tədbirlər hansılardır?
A) Parodontitli dişlər müşahidə edildikdə, onların şinalanması
B) Yalnız uzanmış dişlərin depulpasiya edilməsi, yonulması və üzərinə qapağın taxılması
C) İnfra və supraokklüziya vəziyyətində olan və konvergensiya olunmuş dişlərin depulpasiya edilməsi, qapaq altına hazırlanması və qapağın taxılması
D) Əyilmiş dişlər olduqda çıxan körpüvari protezlərin düzəldilməsi
E) Dişlərin okklüziya səthinin düzəldilməsi, infra və supraokklüziya vəziyyətində olan, konvergensiya olunmuş dişlərin korreksiya edilməsi
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
Dostları ilə paylaş: |