185) Aşağıdakılardan hansı ltihabın ilkin əlaməti hesab olunur?
A) Turqorun pozulması
B) Kontakt zamanı baş verən qanaxmalar
C) Spontan qanaxmalar
D) Şişkinlik
E) Diş ətinin retraksiyası
Ədəbiyyat: Боровский Е В.,Терапевтическая стоматология, 2004
186) Hansı amil diş ətinin hiperplaziyasının səbəbi deyildir?
A) Hamiləlik
B) Ağızla nəfəs alma
C) Dişlərin flüorozu
D) Leykemiya
E) Postmenopauza
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
187) Parodontun trofik funksiyasını nə həyata keçirir?
A) Prekapillyarlar və postkapillyarlar
B) Arteriolalar
C) Arteriyalar
D) Kapillyarlar və sinir reseptorları şəbəkəsi
E) Arteriolalar və venulalar
Ədəbiyyat: Боровский Е.В.,Терапевтическая стоматология, 2004
188) Diş ətindəki iltihabi prosesin əsas əlamətləri hansılardır?
A) Qanaxma
B) İrinaxma
C) Deskvamasiya, xora, şişkinlik, qanaxma, hiperemiya
D) Hiperemiya, irinaxma
E) Hiperemiya, şişkinlik, qanaxma
Ədəbiyyat: Боровский Е.В.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |