Strateji marketinq planlaşdırılmasının idarə edilməsi. Marketinq planının tərtibi Marketinqin planlaşdırılması, onun forma və metodları



Yüklə 93,23 Kb.
səhifə11/12
tarix09.06.2022
ölçüsü93,23 Kb.
#61051
1   ...   4   5   6   7   8   9   10   11   12
Strateji marketinq planlaşdırılmasının idarə edilməsi. Marketinq planının tərtibi

Yeni bazarlara çıxma strategiyası (və ya bazarın sərhədlərinin geniş­­lə­ndirilməsi strategiyası) müəssisənin möv­cud məhsul­larının yeni bazarlara çıxarılmasını və yeni bazar seqmen­ti­nin ələ keçirilməsini nə­zərdə tutur. Bu strategiyanın tətbiqi ilə müəssisə satışın həcmini artırmağa nail ola bilir. Yeni bazarlara çıxma strategiyası aşağıdkı istiqamətlərdə həyata keçirilə bilər:
a) yeni bazar seqmentlərinə çıxma. Müəssisə bu strategiyanı istehsal təyinatlı məhsulları son istehlakçılara və iqtisadiyyatın digər sahələrinə təklif etməklə, məhsulu yenidən mövqeyləşdirməklə və s. reallaşdıra bilər.
b) yeni satış kanallarının mənimsənilməsi. Yeni satış kanallarının mənimsənilməsi məhsulların mövcud bölüşdürmə və satış kanalları ilə eyni zamanda fərqli bölüşdürmə və satış kanalları ilə yayımını, məsələn istehlak məhsullarının iş yer­lərində satışının təşkilini nəzərdə tutur.
c) yeni coğrafi bazarlara çıxma. Müəssisə buna məhsullarını möv­cud bazarlarla yanaşı ölkənin digər inzibati bölgələrinə, həmçinin xarici ölkələrin bazarlarına təklif etməklə nail ola bilər.
Yeni məhsul hazırlanması strategiya­sın­da müəssisə mövcud bazar­lar üçün yeni məhsul (məhsullar) hazırlanması, mövcud məhsulların tək­milləşdirilməsi siya­sətini yeridir. Bu halda müəssisə özünün a) movcud məh­sul çeşidinin dərinliyini və b) ge­nişliyini artırmaqla, c) məhsula yeni istehlak xüsusiyyətləri və funksiyalar əlavə etməklə, ç) məhsulun key­fiyyətini yüksətməklə və s. məhsul satışının həcmini artırmağa cəhd edir.
İnteqrasiyaya əsaslanan artım strategiyası müəssisənin resurslarını və im­kan­la­rını artır­maq məqsədi ilə yeni və ya oxşar biznes fəaliyyəti ilə məşğul olması və ya bu biznes növlərini həyata keçirən müəssisələri, həmçinin onun isteh­sal-satış fəaliyyətinin həyata keçirilməsini təmin edən müəssi­sələri ələ ke­çirməsi ilə əlaqədardır. Bu tip strategiyaların tətbiqi məhsul­gön­dərmə zənciririnin müəyyən pillələsinin ələ keçirilməsi müəs­sisənin fəaliyyətinin rentabelliyinin yüksəltməyə imkan verdiyi halda məq­sədə­uy­ğundur.
İnteqrasiyaya əsaslanan artım strategiyasının iki forması: 1) üfüqi inteq­ra­­siyaya əsaslanan artım strategiyası və 2) şa­quli inteq­rasiyaya əsas­lanan artım strategiyası mövcud­dur.
Üfüqi inteqrasiyaya əsaslanan artım strategiyasında müəssisə, biznes vahidi ya möv­cud fəaliy­yətinə oxşar biz­nes fəaliyyəti ilə məşğul olan, məhsullar is­teh­sal edən rəqib müəssisələri satın almaqla (ya onla­rın nəzarət səhm pa­ketlərini almaqla) onları ələ keçirir, ya da yeni biznes fəaliyyəti ilə məşğul olan, məhsul istehsal edən yeni müəssisələr yaradır.
Şaquli inteqrasiyaya əsaslanan artım strategiyasında isə müəssisə, biznes vahidi ya özünün istehsal-satış fəaliyyətinin material resursları ilə təmin edilməsi­nin və məhsullarının bölüşdürülməsinin etibarlılığını yük­səlt­mək və ya bu fəaliyyəti daha yüksək effektlə həyata keçirmək məqsədi ilə sənaye zənciri­nin müxtəlif pillələlərində yerləşən müəssisələri - məhsulgöndərənləri, bölüşdürmə və satış kanallarını ələ keçirir, yaxud da bu tip müəssisələrin fəaliyyətini həyata keçirən yeni müəssisələr yaradır.
Bu artım strategiyası əks şaquli in­teqrasiyaya əsaslanan artım strate­giyası və mütərəqqi inteqrasiyaya əsaslanan artım strategiyası formasında həyata keçiri­lir. Əks şaquli inteqrasiyaya əsaslanan artım strategiyası məhsulgöndərənlərin ələ keçiril­mə­sini və ya da onların fəaliyyətini həyata keçirən biznes vahid­lərinin yaradılma­sını nəzərdə tutur. Məsələn, elektron məhsullar istehsalçısı olan «Tandy» firması plastmas formalar, kabel və mikroproseslər üçün epoksid platalar istehsal edən firmaları satın almışdır [12, s. 706].
Mütərəqqi şaquli inteqrasiyaya əsaslanan artım strategiyasında isə müəssisənin və ya biznes vahidinin inkişafı müəssisə tə­rə­fin­dən möv­cud bölüşdürmə və satış müəssisələrinin ələ keçirilməsi və yaxud özünün yeni bölüş­dürmə və satış şəbəkəsinin yaradılması yolu ilə həyata keçirilir. Məsə­lən, «Tandy» firması özünün məhsullarının marketinqinə tam nəzarət etmək və istehlak­çılara yaxın olmaq məqsədi ilə özünün satış şəbəkələrini yarat­mışdır [12, s. 706].

Yüklə 93,23 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin