«Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri» fakültəsi «Mühəndisi sistem və quğuların tikintisi”kafedrası Fənnin adı: Tətbiqi fizika İnsaat


Tikintidə istifadə edilən təbii daş, kərpic, yüngül beton, ağac kimi inşaat materialları daha çox istilikqoruma xassələrinə



Yüklə 246,16 Kb.
səhifə7/12
tarix02.01.2022
ölçüsü246,16 Kb.
#39130
1   2   3   4   5   6   7   8   9   ...   12
tetbiqi fizika

Tikintidə istifadə edilən təbii daş, kərpic, yüngül beton, ağac kimi inşaat materialları daha çox istilikqoruma xassələrinə malikdir.

Tarixə nəzər salsaq aydın olur ki, XX əsrin 2-ci yarısından başlayaraq bir sıra ölkələrdə müasir ənənəvi materiallardan on dəfələrlə yüksək istilikqoruyucu xassələrə malik olan şüşə və mineral pambıq, penoplast və penopoliuretan və s. kimi bir sıra ucuz istilik izolyasiya materialları tətbiq olunmuşdur. Bu materialların həcminin əsas hissəsi hava və ya qazla dolmuş qapalı boşluqlardan ibarətdir. Buna görə də bu materiallardan istilikötürmə prosesi əsasən 3 yolla: konveksiya, istilikkeçirməşüalanma yolu ilə baş verir. Belə materiallarda onların bərk skeletindən istilikkeçirmə ikinci dərəcəli rol oynayır. Bu materialların istilikkeçirmə əmsalı havanın istilikkeçirmə əmsalına çox yaxındır. Yaxşı istilik izolyasiya materialları olan poliuretanın istilikkeçirmə əmsalı , şüşə pambığınkı isə -ə bərabərdir.

Konstruksiyalar tələb edilən texniki tələbatları ödəməklə yanaşı, həm də onların daxili və xarici səthlərində temperaturlar fərqinin böyük olmasına baxmayaraq, otaq daxilində komfort istilik şəraiti yaratmalıdır. Eyni zamanda konstruksiyaların daxili səthinin temperaturunun aşağı düşməsi soyuq dövrdə adamlarda diskomfortluq hissiyatı yaratmamalı, xarici səthi isə istismar müddətində üzlük materiallarının aşınıb dağılmasına səbəb olan kapilyar-damcı şəklində kondensatla örtülməməlidir.

Bundan başqa binanın xarici konstruksiyaları, onların istilikqoruyucu qabiliyyətini azaldan havanın keçməsinə yüksək müqavimət göstərməlidir. Həmin tələbatları yerinə yetirmək üçün lazım olan konstruktiv tədbirləri müəyyənləşdirməkdən ötrü konstruksiyadan istilik axını keçərkən müşahidə edilən bütün proseslər tədqiq edilməlidir. Bu proseslər adətən qeyri-stasionar şəraitdə gedir. Ancaq mühəndis hesabatlarını sadələşdirmək məqsədi ilə, başqa sözlə, xarici qoruyucu konstruksiyaların istilik - texnikı gös-təricilərini qiymətləndirmək üçün bir qayda olaraq, istilik-ötürmə prosesi stasionar istilik axınında öyrənilir.

Müasir dövrdə dünya ölkələrində qoruyucu konstruksiyaların istilik müqavimətini artırmaq məqsədi ilə bir sıra konstruktiv tədbirlər həyata keçirilir. Məsələn, Finlandiyada istilik izolyasiya materialı kimi mineral pambıq və sintetik materiallardan istifadə etməklə divar və örtüklərin istilikötürməyə qarşı müqavimətini qiymətinə qədər artırmağa nail olunmuşdur.

Bu ölkədə şüşə pambığın istehsalı bütün istilik izolyasiya materialları istehsalının 60%-ni, ABŞ-da isə 95%-ni təşkil edir. Finlandiyada istehsal edilən şüşə pambığın istilikkeçirmə əmsalı intervalında dəyişir.

Bir sıra Avropa ölkələrində, məsələn, Böyük Britaniyada mövcud normalara görə ictimai binalarda istilikötürməyə qarşı müqavimət örtüklər üçün -dan, divarlar üçün -dan kiçik olmamalıdır. Bu göstəricilər 1982-ci il normalarına görə, uyğun olaraq, və -dan kiçik olmamalıdır.

İsveçin 1967-ci il normalarına görə: divar üçün 0,78; örtük üçün 1,73 və pəncərə üçün olduğu tələb olunurdusa, 2015-ci il normalarının tələbinə görə bu göstəricilər, uyğun olaraq, 3,35; 5,0; 0,5 olmalıdır.

Binaların istismar müddəti onların əsas konstruksiyalarının xarici təsirlərə qarşı müqavimətindən asılıdır. Binalara temperaturun təsir dərəcəsi isə onların xarici konstruksiyalarının istilik ətalətindən asılıdır. Binanın istilik ətalətindən asılı olaraq istilik texnikası nöqteyi-nəzərdən hesabatlar aparmaq üçün temperatur rejimi seçilir və köməkçi xarakteristika kimi konstruksiyanın şərti qalınlığı-ölçüsüz parametr olaraq qəbul edilir. Bu parametr konstruksiyların xarici səthinə dövri şəkildə təsir edən və en kəsiyi boyu sönən temperatur rəqslərinin sayını təyin etməyə imkan verir. Ətalətli konstruksiyalar üçün istilik ətaləti inşaat normaları və qaydalarına əsasən 7- yə bərabər və ondan artıq, yüngül ətalətli konstruksiyalar üçün 1,5-dən 4 -ə qədər, orta ətalətli konstruksiyalar üçün isə 4 -dən 7 -yə qədər qəbul edilir.

Konstruksiyanın istilik ətaləti onun termiki müqavimətinin istilikmənimsəmə əmsalına hasili kimi təyin edilir:



D = RS


Yüklə 246,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin