«Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri» fakültəsi «Mühəndisi sistem və quğuların tikintisi”kafedrası Fənnin adı: Tətbiqi fizika İnsaat


G i ri ş T’tbiqi- istilik fizikasinin predmeti



Yüklə 246,16 Kb.
səhifə2/12
tarix02.01.2022
ölçüsü246,16 Kb.
#39130
1   2   3   4   5   6   7   8   9   ...   12
tetbiqi fizika

G i ri ş

T’tbiqi- istilik fizikasinin predmeti

Müxtəlif iqlimə malik rayonlarda inşa edilən bina və qurğulara onların layihələndiyi dövrdə bir sıra tələbatlar təqdim edilir ki, onlardan biri də daxili mühitin və xarici qoruyucu konstruksiyaların sanitar-gigiyenik baxımdan normal halı hesab edilir. Qeyd etmək lazımdır ki, həm bina və qurğuların daxili mühitinin, həm də xarici qoruyucu konstruksiyaların normal halı bilavasitə tikinti rayonunun xarici iqlim parametrlərinin toplusu kimi xarakterizə edilən iqlim şəraitindən asılıdır.

Bina və qurğuların daxilində istənilən mikroiqlimi yaratmaq üçün xarici və daxili mühiti bir-birindən ayıran qoruyucu konstruksiyalar tətbiq edilir və bu konstruksiyalar il boyu tikinti rayonunda baş verən və arasıkəsilmədən dəyişən iqlim proseslərinin təsirinə məruz qalır. Beləliklə xarici qoruyucu konstruksiyalar iki mühit arasında sərhəd təşkil edir və bu kostruksiyalar vasitəsi ilə daxili və xarici mühitlər arasında arasıkəsilməz istilik-kütlə mübadiləsi prosesləri baş verir.

''İnşaat istilik fizikası'' tətbiqi fizikanın mühüm sahələrindən biri olmaqla, müxtəlif təyinatlı bina və qurğuların xarici qoruyucu konstruksiyalarında, həmçinin binadaxili mühitdə gedən istilik-kütlə mübadiləsi proseslərinin bir sıra nəzəri və praktiki məsələlərini həll edir.

Qeyd etmək lazımdır ki, xarici qoruyucu konstruksiyalarda gedən bu proseslər qeyri-stasionar rejimdə gedir, ona görə də bu prosesləri xarakterizə edən riyazi tənlikləri həll etmək olduqca çətindir və onların həlli əksər hallarda həqiqi müşahidələri əks etdirən düzgün nəticələr vermir.

Digər tərəfdən bina və qurğular daxilində istənilən mikroiqlimi əldə etmək üçün vacib şərtlərdən biri - xarici qoruyucu konstruksiyalarda gedən istilik-kütlə mübadiləsi proseslərinin xarici və daxili mühitin hesabi parametrlərindən asılı olaraq, mövcud normalara uyğun olaraq düzgün qiymətləndirilməsindən ibarətdir. Bilavasitə xarici qoruyucu konstruksiyalarda istilik, hava, nəmlik və buxarkeçirmə rejimlərini xarakterizə edən parametrlərin İN və Q-rı əsasında hesablanması binadaxili komfort şəraitin təmin olunması üçün əsas şərtlərdən biri hesab edilir.

''İnşaat istilik fizikası'' fənni əsasən üç sahəni tədqiq edir və orada baş verən bir sıra vacib məsələləri həll edir. Bu baxımdan ''İnşaat istilik fizikası'' fənni inşaat iqlimşünaslığını, qoruyucu konstruksiyalarda baş verən bir sıra fiziki prosesləri və onların baş vermə mexanizmini və daxili mühitdə mikroiqlimin formalaşmasını öyrənilməsini təmin edən tədbiqi elm sahələrindən biridir.

Xarici mühitdə temperatur, nisbi nəmlik, küləyin sürəti və istiqaməti, günəş radiasiyası, atmosfer yağıntıları və s. iqlim göstəriciləri bina və qurğulara, eyni zamanda onların xarici qoruyucu konstruksiyalarına daimi olaraq təsir göstərərək onların xarici görünüşünü formalaşdırır. Xarici görünüşün formalaşması şübhəsiz ki, şəhərsalmada uzun müddətli evalyasiyanın nəticəsidir. Məlumdur ki, binaların arxitektura nöqteyi nəzərdən xarici görünüşü tikinti rayonunun iqlim şəraitindən asılı olaraq kəskin şəkildə fərqlənir. Məsələn, Avropa memarlığı - Yapon memarlığından, Şərq ölkələri memarlığı- Qərb ölkələri memarlığından fərqlənirlər.

İnşaat istilik fizikası məsələləri müasir riyazi və fiziki metodların, oxşarlıq nəzəriyyəsinin, anologiya metodlarının və müasir hesablama qurğularının köməyi ilə həll edilir.

Termodinamika, istilikkeçirmə, hidravlika, aerodinamika, isitmə, ventilyasiya, havanın kondisionerləşdirilməsi, istilik təchizatı kimi elm sahələri ilə İnşaat istilik fizikası elmi sıx əlaqəlidir.

İnşaat istilik fizikası kursunu tədris etməkdə əsas məqsəd gələcək mühəndis kadrlara bina və onun ayrı-ayrı otaqlarında istilik, nəmlik, havakeçirmə, buxarkeçirmə recimlərinin hesablama yolu ilə düzgün proqnozunun verilməsini və layihələndirmə zamanı optimal texniki həllin tapılmasından ibarətdir.

İnşaat istilik fizikasının köməyi ilə aşağıdakı məsələlər həll edilir:

-Xarici qoruyucu konstruksiyalardan istilikötürmə- səbəb xarici və daxili mühitlər arasında temperaturlar fərqinin olması;

-konstruksiyalarda temperatur paylanması, bir və iki ölçülü temperatur sahələrinin qurulması;

-temperatur rəqsləri amplitudunun sönməsi

-şaquli və üfüqi qoruyucu konstruksiyalardan günəş radiasiyasının təsirinin öyrənilməsi, konstruksiyaların istiliyə dözümlülüyünün öyrənilməsi;

-otaqların istilik rejiminin təyini;

-qoruyucu konstruksiyaların istilikkeçirməyə qarşı müqavimətlərinin və onların istilikötürmə əmsallarının təyini;

-qoruyucu konstruksiyalardan istilik itgilərinin təyini;

-qoruyucu konstruksiyaların havakeçirmə rejiminin araşdırılması, havakeçirməyə qarşı müqavimətin təyini;

-qoruyucu konstruksiyaların buxarkeçirmə rejiminin araşdırılması, buxarkeçirməyə qarşı müqavimətin təyini;

-qoruyucu konstruksiyaların nəmlik halının araşdırılması, konstruksiya daxilində nəmlik paylanmasının təyini, kondensat əmələgəlmə zonasının tapılması və aradan qaldırılma üsulları;

-konstruksiyaların istismar müddətinin təyini və istismar müddətinin uzadılması üsulları.

Mövzuya aid suallar;



  1. Giriş

  2. Fənnin predmeti və inkişaf tarixi




Yüklə 246,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin