Metallurgiya və metalşÜnasliq kafedrasi



Yüklə 147,5 Kb.
səhifə1/3
tarix22.06.2023
ölçüsü147,5 Kb.
#133910
  1   2   3
15.Ovuntuların preslənməyə hazırlanması.Pres-qəliblərdə soyuq presləmə

  • Ovuntunun qəliblənməyə uğradılması üçün hazırlanma prosesi bişmiş material və məmulatların hazırlanmasının ümimi sxemində əasa yerlərdən birini tutur.Ovuntu metallurgiyası praktikasında metallik ovuntular hər şeydən əvvəl xüsusi təyinatlı zavodlarda istehsal olu-nur.Odur ki,hər bir istehlakçının tələbatına uyğun gələn hazır məhsulun texniki göstəricilərini nəzərə almaq mümkün deyil.Buna görə də demək olar ki,bütün hallarda ovuntuya lazımi kimyəvi və fiziki xassələr ver-mək üçün ovuntunun xüsusi hazırlanma əməliyyatına uğradılması zəru-rəti yaranır. Hətta ovuntunu istehlakçıların özləri istehsal etsələr belə, preslənmədən əvvəl əlavə əlavə lazımi əməliyyatlar zəruridir. Ovuntu-nun preslənməyə hazırlanmasında əsas əməliyyatlar bunlardır:
  • 1.Tabalma
  • 2.Ələmə və ya siniflərə ayırma
  • 3.Qatışdırma
  • METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
  • Tabalma. Emalın bu növü ovuntunun plastiklik xassələrini, yük-səltmək, presləmə və qəlibləmə qabiliyyətini yaxşılaşdırmaq məqsədi ilə tətbiq olunur.Tabalma zamanı ilk növbədə pərçimlənmə kənarlaşdı-rılır, yəni səthə yaxın qatda metal hissəciklərinin kristallik qəfəsindəki sürüşmə aradan qaldılır və ovunun alınma prosesindən qalan və ya uzun müddət düzgün şəraitdə saxlanılmaması nəticəsində əmələ gələn oksid-lər reduksiya olunur.Qızdırma qoruyucu mühitdə (reduksiyaedici inert və ya vakkum) metal ovuntusunun 0,4-0,6Tər temperatur intervalında yerinə yetirilir.Məsələn, oksidləşmiş mis ovuntusunu 350-4000C tempe-raturda, oksidləşmiş dəmir ovuntusu 650-7500C-də tabalmaya uğradılır.
  • Tabalmaya mexaniki xırdalama, elektrolizi və karbonillərlə sey-rəkləşdirmə üsulları ilə alınan ovuntular daha çox uğradılır. Reduksiya-olunma yolu ilə alınan ovuntular o vaxt tabalmaya uğradılır ki, ovuntu-nun tərkibinin təmizliyini yüksəltmək kiçik hissəciklərin böyüdülməsi (məsələn, öz-özünə alışmadan qorumaq üçün) zərurəti olsun.
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin