Bütün bunlardan başqa, bir çox digər növ qarışdırıcı qurğular-dan da istifadə olunur.Belə qurğulardan biri xaricdə və ölkələrdə də ge-niş istifadə olunan “Turbula” tipli qarışdırıcıdır. Onun işçi qabının tutu-mu 400 litrdir və üç ölçüdə (3D) fırlanma hərəkəti yerinə yetirir. Bu qurğu tez müddətdə və müxtəlif növ komponentlərin keyfiyyətlə qarış-dırılmasını təmin edir.Adətən 300-500 kq şixtənin qarışdırılması 5-10 dəqiqə müddətində başa çatır.
METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Metallik ovuntulardan presləmə ilə və ya onsuz, qızdırma ilə və ya qızdırmadan kompakt cismlərin alınması bu nəticəyə gətirir ki, ovuntunun hissəciklərinin səthi bu zaman ya bir-birinə yapışır, ya da qaynaq olur.
Lap qədimdən iki metallik ovuntu səthini qaynaq etmək insanla-ra məlum olmuşdur.Lakin bunun ilk dəfə kim tərəfindən yerinə yetiril-diyi haqda məlumat yoxdur.
Bilirik, temperaturunun artması ilə metalın möhkəmliyi, bir qay-da olaraq, aşağı düşür. Belə güman etmək olar ki, bununla səthlərarası birləşdirici qüvvələr də azalır. Lakin bunun təsdiq edilməsi üçün bu qüvvələrin mütləq qiymətini tapmaq haqqındatəcrübə qoyulmamışdır. Bu cür ölçmənin qiymətini tapmaq üçün verilmiş temperaturda kontakt-da olan sahələrin qiymətini ölçmək lazımdır ki, bu da çox çətindir. Hət-ta bu ölçmə aşağı temperaturda da təyin olunmamışdır.
PRES-QƏLİBLƏRDƏ SOYUQ PRESLƏMƏ
METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Belə iddia olunur ki, birləşdirici qüvvələrin intensivliyini qızdır-ma yaratmır.Praktiki nöqteyi-nəzərdən qızdırmanın tətbiq edilməsi baş-lıca olaraq plastikliyin böyüməsi ilə əlaqədar olaraq əlverişli sayılır.
İki müxtəlif sahənin atomları arasındakı əlaqə qüvvələri kristal qəfəsdəki atomlararası əlaqə qüvvələri ilə eyni deyillər (baxmayaraq ki, onlarla əlaqəlidirlər).Atomlararası əlaqə qüvvələrinin öz növbəsində kimyəvi əlaqə qüvvələri ilə eyni olması hökm deyil.
F.P.Bouden müqavimət (sürtünmə) proseslərini öyrənmək üçün apardığı geniş tədqiqatlarda göstərmişdir ki, dəmir və almaz arasındakı müqavimət çox böyük qiymətə qədər böyüyə bilər, nəinki dəmir və mis arasındakı müqavimət. Bu ilk növbədə kimyəvi aktivlik hesabına yara-nır. L.F.Koffin helium mühitində müxtəlif cür metalların müqavimətini öyrənmiş və belə nəticəyə gəlmişdir ki, ərinti əmələ gətirmə qabiliyyə-tinə malik metallik cütlər arasında müqavimət güclüdür.