Sua Astronomiya elmi və onun inkisaf mərhələləri



Yüklə 1,47 Mb.
səhifə22/34
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#41658
1   ...   18   19   20   21   22   23   24   25   ...   34
Astranomiya kolllllll

Ulduz günü. Ulduz vaxtı
Yaz bərabərlik nöqtəsinin iki ardıcıl yuxarı kulminasiya anları arasında qalan vaxt fasiləsinə ulduz günü deyilir.

Ulduz günü 24 ulduz saatından, ulduz saatı 60 ulduz dəqiqəsindən, ulduz dəqiqəsi 60 ulduz saniyəsindən ibarətdir.

Yaz bərabərlik nöqtəsinin vaxt vahidləri ilə ifadə olunmuş saat bucağına ulduz vaxtı deyilir. Ulduz vaxtı adətən “s” hərfi ilə işarə olunur.

Tərifə əsasən yaza bilərik.



s=t(yaz beraberlik nöqtesi)

Yaz bərabərlik nöqtəsi göydə heç bir ulduzla qeyd olunmayıbdır. Ona görə də onun saat bucağını bilavasitə ölçmək və onun meridiandan keçdiyi momenti müəyyən etmək mümkün deyildir. Ona görə də ulduz günün və yaxud ulduz vaxtının başlanğıcını müəyyən etmək üçün m düz doğuşu məlum olan hər hansı bir M ulduzunun tM saat bucağını ölçmək lazımdır (şəkil 13).


Şəkildən göründüyü kimi s=t=M+tM yəni ixtiyari anda ulduz vaxtı hər hansı bir ulduzun düz doğuşu () ilə onun saat bucağının (t) cəminə bərabərdir.

Ulduzun yuxarı kulminasiya anında onun saat bucağı t=0 olur, onda



s=

alırıq. Beləliklə, verilmiş anda ulduz vaxtı ədədi qiymətcə həmin anda yuxarı kuliminasiya da olan ulduzun düz doğuşuna bərabərdir.

Aşağı kuliminasiya nöqtəsində olan ulduz üçün saat bucağı t=12h –dır, ona görə də ulduz vaxtı

s=+12h

Vaxtın ulduz günləri və onun hissələri ilə ölçülməsi çox sadədir. Ona görə də bir çox astronomik məsələlərin həllində ondan istifadə etmək çox əlverişlidir.

Lakin gündəlik həyatda ulduz vaxtından istifadə etmək çox əlverişsizdir. İnsanın gündəlik həyat fəaliyyəti fiktiv yazbərabərlik nöqtəsinin vəziyyəti ilə deyil, Günəşin üfüqdən görünən vəziyyəti - onun doğması, kuliminasiyası və batması ilə əlaqədardır. Günəş ilə yaz bərabərlik nöqtəsinin qarşılıqlı vəziyyəti il ərzində arası kəsilmədən dəyişdiyindən Günəşin yuxarı kuliminasiyası ilin müxtəlif günlərində ulduz günlərinin müxtəlif anlarında baş verir.

Doğrudan da yalnız ildə bir dəfə, Günəş yazbərabərlik nöqtəsindən keçəndə və onun düz doğuşu α=0h olduqda Günəş yazbərabərlik nöqtəsi ilə birlikdə kuliminasiya edəcəkdir. Bir ulduz günündən sonra  yuxarı kuliminasiyada olacaqdır, lakin Günəş meridiana ~ 4 dəqiqədən sonra çatacaqdır, ona görə ki, bir ulduz günü ərzində Günəş yazbərabərlik nöqtəsinə nəzərən ~1º şərqə tərəf yerini dəyişəcəkdir və onun düz doğuşu α=0h 4m olacaqdır. Növbəti ulduz günü ərzində Günəşin düz doğuşu yenidən 4m artacaqdır, yəni ulduz vaxtı ilə 0h 8m-də günorta olacaqdır və bu proses gündəlik davam edəcəkdir. Beləliklə Günəşin kuliminasiyasının ulduz vaxtı arası kəsilmədən artır və günorta ulduz günün müxtəlif anlarında baş verir. Bunun əlverişsiz olması isə tamamilə aydındır. Ona görə də Günəşlə bağlı olan vaxt hesablama sistemini seçmək lazımdır.




Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin