Sua Astronomiya elmi və onun inkisaf mərhələləri


Həqiqi Günəş günü və həqiqi Günəş vaxtı



Yüklə 1,47 Mb.
səhifə23/34
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#41658
1   ...   19   20   21   22   23   24   25   26   ...   34
Astranomiya kolllllll

Həqiqi Günəş günü və həqiqi Günəş vaxtı
Günəş diskinin mərkəzinin iki ardıcıl yuxarı kuliminasiya anları arasında keçən vaxt fasiləsinə həqiqi Günəş günü deyilir. Ulduz vaxtı yazbərabərlik nöqtəsinin saat bucağı ilə ölçüldüyü kimi həqiqi Günəş vaxtı da Günəş diski mərkəzinin saat bucağı ilə ölçülür. Eyni coğrafi meridianda Günəş diski mərkəzinin aşağı kuliminasiya anı həqiqi Günəş gününün başlanğıcı qəbul edilmişdir. Bu an həqiq gecəyarı adlanır. Günəş diski mərkəzinin yuxarı kuliminasiya anı həqiqi günorta adlanır.

Günəş diski mərkəzinin saat bucağı t ilə 12h-ın cəminə həqiqi Günəş vaxtı deyilir, yəni həqiqi günəş vaxtı T



T= t+12h

münasibəti ilə hesablanır . Bu ifadədən aydındır ki, həqiq günorta anında (t= 0h) T=12h, həqiqi gecəyarıda isə (t=12h) T=24h, yaxud T=0h.

Həqiqi Günəş gününün uzunluğu il ərzində sabit qalmır, o gah qısalır, gah da uzanır. Bunun iki səbəbi vardır:

1) Günəşin görünən illik hərəkəti qeyri-müntəzəmdir, yəni Günəş Yer ətrafında bərabər sürətlə hərəkət etmir ( Günəş ekliptika boyunca yayda qışdakına nisbətən yavaş hərəkət edir);

2) Günəş ekvator boyunca deyil, ona meylli ekliptika üzrə hərəkət edir. Günəşin saat bucağı isə ekvator boyunca hesablanır. (Günəş ekliptika boyunca bərabərsürətli hərəkət etsəydi belə, bərabər ekliptika qövslərinin ekvator üzərində proyeksiyaları bərabər olmur).

Hər iki səbəbin təsiri ilə həqiqi Günəş gününün uzunluğu il ərzində ~1m -dək dəyişir ( bu günün uzunluğu 22 dekabrda 23 sentyabra nisbətən 50s-51s artıqdır). Həqiqi Günəş gününün uzunluğu il ərzində sabit qalmadığından əməli həyatda həqiqi Günəş vaxtından istifadə etmək olmaz.




Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin