Şüa diaqnostikası ixtisası üzrə nümunəvi test sualları


) Hansı ultrasəs əlamətlər süd vəzilərinin axacaqdaxili papillomaları üçün xarakterik deyil?



Yüklə 0,98 Mb.
səhifə11/17
tarix14.01.2017
ölçüsü0,98 Mb.
#5189
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

603) Hansı ultrasəs əlamətlər süd vəzilərinin axacaqdaxili papillomaları üçün xarakterik deyil?
A) Süd vəzisi axacaqlarının diffuz genişlənməsi və aşkar edilmiş solid törəmənin arxasında güclü “dorsal kolgə” simptomu

B) Süd vəzisi axacaqlarının lokal genişlənməsi

C) Bütün cavablar doğrudur

D) Aşkar edilmiş solid törəmənin arxasında güclü “dorsal kolgə” simptomunun olmaması

E) Müxtəlif exogenliyə malik solid törəmələr
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.357 – 358
604) Ultrasəs müayinədə qalxanabənzər vəzin hansı ölçülərinin qeydə alınması vacib sayılır?
A) Hər bir payın uzunluğu, eni, qalınlığı və boğazın qalınlığı

B) Köndələn kəsikdə hər bir payın parametrləri

C) Hər bir payın bir ölçüsü kifayətdir

D) Hər bir payın uzunluğu, eni və boğazın qalınlığı

E) Hər bir payın uzunluğu, köndələn ölçüsü və boğazın qalınlığı
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.376 - 378
605) Qalxanabənzər vəzin paylarına hansı damarlar yaxın yerləşir?
A) Xarici vidaci vena

B) Ümumi yuxu arteriyası

C) Ümumi yuxu arteriyası, xarici vidaci vena

D) Ümumi yuxu arteriyası və aşağı qalxanabənzər arteriya

E) Xarici və daxili yuxu arteriyaları
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.374- 378
606) Qalxanabənzər vəzin paylarının uzunluğunun normal parametrləri hansılardır?
A) 20- 30 mm

B) 30 - 45 mm

C) 15 -35 mm

D) 40- 60 mm

E) 25 - 35 mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.376 – 378
607) Qalxanabənzər vəzin paylarının eninin normal parametrləri hansılardır?
A) 20 – 28 mm

B) 13- 18 mm

C) 10 – 12mm

D) 22 – 26 mm

E) 18 – 27 mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.376- 378
608) Qalxanabənzər vəzin paylarının qalınlığının normal parametrləri hansılardır?
A) 12 – 16 mm

B) 19 – 24 mm

C) 11 – 15 mm

D) 24 – 28 mm

E) 16 – 18 mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.376 - 378
609) Diffuz zob xəstəliyində qalxanabənzər vəzin ölçüləri əksər hallarda necə olur?
A) Vəzin boğaz nahiyəsi böyümüş olur

B) Vəzin ölçüləri normal ola bilər

C) Vəzin ölçüləri diffuz böyümüş olur

D) Vəzin ölçüləri kiçilmiş olur

E) Vəzin ölçüləri normal, böyümüş və ya kiçilmiş ola bilər
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.379 - 382
610) Kəskin tirioditlər zamanı vəzin exogenliyi əksərən necə olur?
A) Toxumanın exogenliyi dəyişilməmiş qala bilər

B) Diffuz hipoexogen

C) Diffuz hiperexogen

D) Hamısı düzdür

E) Heç biri düz deyil
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.382 – 383
611) Normal limfa düyününün ultrasəs şəkli necə olmalıdır?
A) Mərkəzi hissəsi hiperexogen, periferiyası hipoexogen

B) Kənarları dəqiq və hamar olmalı

C) Heç biri düz deyil

D) Bütün cavablar düzdür

E) Forması oval olmalı
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.315
612) Hansı ultrasəs əlamətlər tüpürcək vəzilərinin kəskin iltihabı üçün xarakterik deyil?
A) Ötürücünün təzyiqindən lokal ağrı simptomu

B) Vəz toxumasının exogenliyinin diffuz azalması

C) Vəzin daxilində hipo və anexogen borulu strukturların olması

D) Vəzin exostrukturunun qeyri həmcins olması

E) Vəz toxumasının exogenliyinin diffuz artması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. IV том, стр.110 - 112
613) Reproduktiv fazada olan qadınların uşaqlığının cisminin uzuznluğu normada neçə mm olmalıdır?
A) 65- 85 mm

B) 50 – 90mm

C) 45- 70 mm

D) 30 -59 mm

E) 20 -41 mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.79 - 80
614) Reproduktiv fazada olan qadınların uşaqlığının cisminin ön –arxa ölçüsü normada neçə mm olmalıdır?
A) 20-35 mm

B) 30 -42 mm

C) 15- 30 mm

D) 45-65 mm

E) 45-55 mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.79 – 80
615) Reproduktiv fazada olan qadınların uşaqlığının cisminin eni normada neçə mm olmalıdır?
A) 50 – 80 mm

B) 45- 62 mm

C) 35- 42 mm

D) 30- 40 mm

E) 40- 75 mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.79 – 80
616) Reproduktiv fazada olan qadınların uşaqlığının boynunun cisminə olan nisbəti normada neçə olmalıdır?
A) 1:4

B) 1:2


C) 1:5

D) 1:1


E) 1:3
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.79 - 80
617) Miomatoz düyünün nekrozunun ultrasəs əlamətləri hansıdır?
A) Miomatoz düyünün ölçüsünün böyüməsi

B) Düyündə ayrı –ayrı hiperexogen hissəciklərin olması

C) Düyündə an-, hipoexogen sahənin yaranması

D) Miomatoz düyünün exogenliyinin artması

E) Miomatoz düyün ətrafında hiperexogen haşiyənin yaranması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.91 – 105
618) Uşaqlığın lipomatoz düyünləri hansı exoqrafik əlamətlərlə xarakterizə olunur?
A) Dəqiq kənarları olan girdə formaya malik hiperexogen törəmə kimi

B) İçərisində xırda hiperexogen hissəciklər olan törəmə kimi

C) Kənarları nahamar və qeyri – dəqiq olan törəmə kimi

D) Oval formaya malik hipoexogen törəmə kimi

E) Ətrafında hipoexogen haşiyə olan törəmə kimi
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.110 – 111
619) Uşaqlıqdaxili kontraseptivin servikal kanalda aşkar edilməsi nəyi göstərir?
A) UDK-in qırılmasını

B) UDK-in normal yerləşməsini

C) UDK –in ekspulsiyasını

D) Perforasiyanı

E) UDK- in normadan aşağıda yerləşməsini
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.83 - 84
620) Reproduktiv fazada olan qadınların endometriyasının qalınlığı menustrasiyadan qabaqkı dövrdə neçə mm- dən artıq olmamalıdır?
A) 25 mm

B) 7 mm


C) 10 mm

D) 12 mm


E) 18 mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.80 - 83
621) Postmenopauzada olan qadınların endometriyasının qalınlığı normada neçə mm- dən artıq olmamalıdır?
A) 9mm

B) 5mm


C) 1 mm

D) 10 mm


E) 3mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.80 - 83
622) Submukoz miomatoz düyünləri poliplərdən fərqləndirən exoqrafik differensial – diaqnostik əlamətlər hansılardır?
A) Törəmənin miometriya ilə əlaqəli və girdə formada olması

B) Törəmənin strukturu

C) Törəmənin ölçüsü

D) Törəmənin exogenliyi

E) Törəməmin forması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.91 – 104,127- 128
623) Ultrasəs müayinədə yumurtalıqların uzunluğu neçə mm- dən çox olmamalıdır?
A) 40 mm

B) 50 mm


C) 46mm

D) 48mm


E) 55mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.132 - 137
624) Yetişmiş follikulun hansı ölçüsü əksər hallarda norma hesab edilir?
A) 10-14mm

B) 18-24mm

C) 25-32 mm

D) 11-15 mm

E) 10-14 mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.132 – 137
625) Paraovarial kistalarla follikulyar kistaların differensial – diaqnostik göstəriciləri hansılardır?
A) Divardaxili hissəciklərin olması

B) Kistanın tərkibi

C) Kistanın ölçüləri

D) İntakt yumurtalığın aşkar edilməsi

E) Kistanın kənarlarının hamar olması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.147 - 150
626) Hansı ultrasəs əlamətlər musinoz sistoadenomalar üçün xarakterik deyil?
A) Kistanın çoxkameralı olması

B) Kistanın ölçüsünün böyük olması

C) Çoxlu sayda müxtəlif qalınlıqda arakəsmələrin və divaryanı exogen strukturaların olması

D) Kistanın bir kameralı olması

E) Kistanın bir tərəfli olması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр. 155
627) Ultrasəs müayinədə uşaqliq borularının vizualizasiyası hansı hallarda mümkündür?
A) Həmişə

B) Yumurtalığın böyük ölçülü kistoz törəməsi mövcutluğunda

C) Mümkün deyil

D) Qarın boşluğunda assit olduqda və ya boruların daxilində mayenin mövcutluğunda

E) Uşaqlıqdaxili kontraseptiv olduqda
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.175 -176
628) Tuboovarial absesin əsas xarakterik ultrasəs əlaməti hansılardır?
A) Uşaqlığın ölçüsünün böyüməsi

B) Duqlas boşluğunda sərbəst maye

C) Yumurtalıqda xırda kistoz hissəciklər

D) Borular nahiyəsində əsas tərkibi kistoz komponentdən ibarət olan mürəkkəb exostrukturalı törəmə

E) Yumurtalığın böyüməsi
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.184 - 186
629) Uşaqlıqdan kənar hamiləliyi birbaşa mütləq təsdiq edən ultrasəs əlamət hansıdır?
A) Duqlas boşluğunda sərbəst maye

B) Uşaqlığın ölçüsünün böyüməsi

C) Uşaqlıqdan kənarda embrionla birgə döl yumurtası

D) Uşaqlıq boşluğunda ”yalançı döl yumurtası”

E) Endometriyanın qalınlaşması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.187 - 191
630) Postmenopauzada olan qadınlarda endometriyanın qalınlığı neçə mm-dən çox olduqda uşaqlığın xərçəngindən şübhələnmək olar?
A) 3- 3,5mm

B) 2- 2,5mm

C) 6- 8mm

D) 1-1,5mm

E) 4- 5mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.213 - 216
631) Qarın boşluğunda daxili qanaxmanı təsdiq edən ultrasəs əlamətlər hansılardır?
A) Kiçik çanaqda sərbəst maye və qarın boşluğunun yan ciblərində, içərisində xırda dispers hissəciklər olan, maye

B) Plevral boşluqlarda maye yığıntısı

C) Abdominal orqanların yerdəyişməsi

D) Qarın boşluğunda kista

E) Kiçik çanaqda kista
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр. 227 - 228
632) Qarın boşluğundakı hematomaların tərkibinin ultrasəs təsviri nədən asılıdır?
A) Zədəni törədən alətin formasından

B) Bədənin hərarətindən

C) Hematomanın lokalizasiyasından

D) Hematomanın movcud olduğu zamandan

E) Xəstənin qan təzyiqindən
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр. 228 - 230
633) Ultrasəs müayinədə seroz peritonit zamanı bağırsağın divarının qalınlığı əksər hallarda neçə sm olur?
A) < 0,1 sm

B) 2- 3sm

C) 0,3- 0,5 sm

D) 4-5 sm

E) >1 sm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.231 - 232
634) Seroz peritonitlər üçün xarakterik ultrasəs əlamətlər hansılardır?
A) Kişik çanaqda maye toplanması

B) Bağırsaq ilgəklərinin genişlənməsi və içərisində maye və havanın olması

C) Peristaltikanın olmaması

D) Qarın boşluğunun yan ciblərində mayenin təyin olunması

E) Bütün cavablar doğrudur
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.231 - 232
635) Sidik axarının bir tərəfli liqatura ilə baqlanmasının ultrasəs əlaməti hansıdır?
A) Sidik ifrazatının dayanması

B) Sidik ifrazatının tezləşməsi

C) Bağlanmış axar tərəfdə böyrək kasacıqlarının və ləyəninin genişlənməsi

D) Axarın bağlanan hissəsində liqaturanın təyin edilməsi

E) Sidik ifrazatının ləngiməsi
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.236
636) Qarın boşluğundakı serozoseleni digər kistalardan fərqləndirən ultrasəs əlamət hansıdır?
A) Kistanın lokalizasiyası

B) Kistanın konturlarının hamar olması

C) Kistanın tərkibinin anexogen olması

D) Kistanın ölçülərinin böyük olması

E) Kista yaxın yerləşdiyi orqanın formasını alır
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.238 – 239
637) Plevral boşluqda az miqdarda sərbəst mayeni təyin etmək üçün hansı müayinə üsulu daha effektiv sayılır?
A) Lateroqrafiya

B) Ultrasəs müayinəsi

C) Perkussiya

D) Termoqrafiya

E) Rengenoskopiya
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.245 - 248
638) Ultrasəs müayinədə normal diafraqmanın qalınlığı neçə mm olmalıdır?
A) 9 mm

B) 1- 2 mm

C) 11mm

D) 7mm


E) 3 – 5mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.242- 243
639) Plevral boşluqda mayenin təyin edilməsində ultrasəs müayinəsinin həssaslığı ədəbiyyatın göstəricilərinə əsasən neçə % təşkil edir?
A) 100 %

B) 65%


C) 70%

D) 90%


E) 85%
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.246 - 250
640) Qara ciyərin sağ payının köndələn ölçüsü normada maksimum neçə mm -ə qədər olmalıdır?
A) 132 mm

B) 170 mm

C) 110 mm

D) 128 mm

E) 150 mm
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 13 -15
641) Hansı ultrasəs əlamət kəskin hepatitin xarakterik əlamətlərinə aid deyil?
A) Qara ciyərin exogenliyinin diffuz artması

B) Qara ciyərin damarlarında deformasiya müşahidə olunması

C) Qara ciyərin əsasən sağ payı hesabına ölçüsünün böyüməsi

D) Qara ciyərin kənarlarının hamar qalması

E) Orqanın formasının dəyişməsi
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 15
642) Xroniki hepatitin xarakterik ultrasəs əlamətləri hansılardır?
A) Qara ciyər kapsulasının differensasiyası çətinləşə bilər

B) Qara ciyərin kənarları hamar qalır

C) Qara ciyər venalarının və portal venaların kiçik kalibrlı periferik şaxələrinin vizualizasiyası çətinləşir

D) Qara ciyərin exogenliyi artır

E) Hamısı düzdür
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 15-16
643) Hansı ultrasəs əlamətlər qara ciyər sirrozunun birbaşa əlamətlərinə aid deyil?
A) Dalağın ölçülərinin böyüməsi və assit

B) Hamısı aiddir

C) Qara ciyərin elastikliyinin pozulması nəticəsində səs keçirmə qabiliyyətinin zəifləməsi

D) Qara ciyərin kənarlarının dəyişməsi

E) Qara ciyər toxumasının strukturunun dəyişilməsi
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 17 - 18
644) Hansı ultrasəs əlamətlər qara ciyərin anadangəlmə kistaları üçün xarakterik deyil?
A) Girdə və ya oval forma

B) Divarların hamar olması

C) ”Yan kölgələr effekti” simptomunun olması

D) Kistanın daxilində çoxlu sayda arakəsmələrin olması

E) Arxa divarda “güclənmə effekti” simptomu
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 18 - 19
645) Qara ciyərin absesində irin əmələ gələnə qədərki mərhələdə exoqrafik ultrasəs şəkil necə vizuallaşır?
A) Kənarları dəqiq və hamar olan kista formasında

B) İçərisində maye olan kista formasında

C) İçərisində detrit ilə şərtləndirilmiş olan xırda hiperexogen hissəciklər olan kista formasında

D) Daxili kənarları nahamar olan kista formasında

E) Kənarları qeyri - aydın olan hiperexogen ocaq formasında
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 20
646) Qara ciyərin hematomasının ilkin mərhələsində xarakterik ultrasəs əlamətlər hansılardır?
A) Sərhədləri dəqiq olan hiperexogen sahə

B) Kənarları hamar və dəqiq olan kista

C) Arxasında “exoneqativ güclənmə” siptomu olan kista formasında

D) Sərhədləri qeyri – hamar olan exoneqativ sahə

E) Kistanın daxilində fibrin nəticəsində dibə çökən exosiqnalların olması
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 20
647) Qara ciyərin metastatik şişlərinin xarakterik ultrasəs əlamətlərinə hansılar aid deyil?
A) Törəmənin exogenliyinin müxtəlif olması

B) Mərkəzi hissənin hiperexogen, periferiyanın hipoexogen strukturalı olması

C) Kənarların dəqiq və hamar olması

D) Mərkəzi hissənin hipoexogen, periferiyanın hiperexogen strukturalı olması

E) Kənarların qeyri – hamar olması
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 22 – 23
648) Kəskin xolesistitin xarakterik ultrasəs əlamətləri hansılardır?
A) Ödün tərkibinin qeyri – homogen olması

B) Hamısı düzdür

C) Məqsədyönlü palpasiya zamanı ağrı simptomu

D) Öd kisəsinin həcminin böyüməsi

E) Öd kisəsinin divarlarının qalınlaşması
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva,Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 37
649) Ultrasəs müayinə zamanı öd kisəsinin perforasiya diaqnozunu hər zaman təyin etmək mümkündürmü?
A) Öd kisəsinin boşluğunda böyük konkrement olduqda

B) Hər zaman mümkündür

C) Öd kisəsi divarının tamlığının pozulması aşkar edildiyi hallarda və perforativ dəliyin ölçüsü kifayət qədər böyük olduqda

D) Mümkün deyil

E) Öd kisənin divarının qalın olduğu zaman
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 37
650) Öd kisəsinin büzüşməsi üçün xarakterik olmayan exoqrafik əlamətlər hansılardır?
A) Öd kisəsinin divarlarının bərkiməsi

B) Öd kisəsinin içərisində əksər hallarda daş olması

C) Öd kisəsində demək olar ki, sərbəst öd görünməməsi

D) Öd kisəsi daşla dolu olduqda müayinədə yalnız öd kisəsinin ön divarının formasını təkrar edən, arxasında “dorsal kölgəlik” olan xəttin görünməsi

E) Öd kisəsinin həcminin böyüməsi
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 38
651) Öd kisəsinin bəd xassəli şişlərinin endofit formasının xarakterik ultrasəs əlamətləri hansılardır?
A) Şişin kənarları hamar olur

B) Şiş toxumasının divarla əlaqəsi olmur

C) Şişin strukturu həmcins olur

D) Şiş toxuması divarla əlaqəli olur, “gül kələmə” bənzəyir

E) Şiş toxuması anexogen olur
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 38 - 39
652) Öd kisəsinin xolesterozunu öd daşlarından fərqləndirən differensial diaqnostik ultrasəs əlamətlər hansılardır?
A) Bütün cavablar doğrudur

B) Ölçülərin kiçik olması

C) Öd kisəsinin divarlarının qalınlaşması

D) ”Dorsal kölgəliyin” təyin edilməməsi və törəmələrin hərəkətsiz olması

E) Sayının çox olması
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 39 - 40
653) Mədəaltı vəzin baş hissəsinin xərçəngini təsdiq edən birbaşa əlamətlər hansılardır?
A) Qara ciyərdə metastatik dəyişikliklər

B) Mədəaltı vəzin diffuz böyüməsi

C) Öd kisəsinin həcminin böyüməsi

D) Ümumi öd axacağının genişlənməsi

E) Mədəaltı vəzin baş hissəsinin lokal böyüməsi, strukturunun dəyişilməsi və kənarlarının nahamar olması
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 51 – 52
654) Hansı ultrasəs əlamət dalağın hemangiomaları üçün xarakterik deyil?
A) Törəmənin hiperexogen və strukturunun homogen olması

B) Törəmənin strukturunun homogen olması

C) Törəmənin hiperexogen olması

D) Törəmənin strukturunun qeyri – həmcins olması

E) Törəmənin kənarlarının hamar olması
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 58
655) Süd vəzilərinin infiltrativ forma mastitləri üçün xarakterik olmayan ultrasəs əlamətlər hansılardır?
A) Süd vəzidə hipoexogen sahənin olması

B) Hipoexogen sahənin kənarlarının qeyri – hamar və yayılmış olması

C) Hipoexogen sahənin strukturunun qeyri – həmcins olması

D) Süd vəzidə mayeli törəmənin olması

E) Hipoexogen sahənin strukturunun qeyri – həmcins və kənarlarının qeyri – hamar olması
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 141
656) Süd vəzinin fibroz – kistoz mastopatiyalarının xarakterik ultrasəs əlamətləri hansılardır?
A) Müxtəlif ölçülü kistalrın olması

B) Hamısı düzdür

C) Süd vəzi axacaqlarının deformasiyaya uğraması

D) ”Qat – qat” piroq simptomu

E) Fibroz toxumanın artması
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 142
657) Qalxanvari vəzin follikulyar adenomasının xarakterik ultrasəs əlamətləri hansılardır?
A) Daxili strukturun homogen olması

B) Hamısı düzdür

C) Törəmənin ətrafında zəif exogenliyə malik haşiyənin olması

D) Kənarlarının dəqiq və hamar olması

E) Düzgün formaya malik olması
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 145
658) Qida borusunun və mədənin endosonoqrafiyasına olan göstərişlər hansılardır?
A) Selikaltı şiş prosesinə şübhə olduqda

B) Yanaşı orqanlara şiş prosesinin yayılmasının müəyyən edilməsi zəruriyyəti olduqda

C) Heç biri düzgün deyil

D) Rentgen və endoskopik tədqiqatların mənfi və ya qeyri müəyyən nəticələri zamanı şiş xəstəliyinə şübhə olduqda

E) Bütün cavablar doğrudur
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 150 - 152
659) Endosonoqrafiyanın aparılmasına əks – göstərişlər hansılardır?
A) Şəxsiyyətin dəyişilməsi ilə gedən ruhi xəstəliklər

B) Aortanın böyük ölçülü anevrizması

C) Ürəyin ağır formalı işemik xəstəliyi

D) Epileptik tutmalar

E) Bütün cavablar düzdür
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 150 – 152
660) Prostat vəzin xərçənginin xarakterik ultrasəs əlamətləri hansılardır?
A) Vəzin assimetriyası

B) Heç biri xarakterik deyil

C) Vəzin konturunun deformasiyası

D) Hamısı düzdür

E) Vəzin daxili strukturunun qeyri – həmcins olması
Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 82


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin