Şüa diaqnostikası ixtisası üzrə nümunəvi test sualları


) Hansı xəstəlikdə qaraciyər arxitektonikası USM-də pozulmur?



Yüklə 0,98 Mb.
səhifə7/17
tarix14.01.2017
ölçüsü0,98 Mb.
#5189
1   2   3   4   5   6   7   8   9   10   ...   17

375) Hansı xəstəlikdə qaraciyər arxitektonikası USM-də pozulmur?
A) Qaraciyər xərçəngində pozulmur

B) Qaraciyər metastazları üçün xasdır

C) Hemoxromatoza xasdır

D) Piyli hepatoza patognomonikdir

E) Qaraciyər sirrozu zamanı
Ədəbiyyat: Ədəbiyyat: Узи в гастроентерологии. Савелло В.Е. 2010. 136c. «Практическое руководство по ультразвуковой диагностике» под ред.Митькова. Видар-М. М.2003. 698c.
376) USM-də öd kisəsinin hidropsu aşağıdakılardan hansı hal ilə xarakterizə olunur?
A) Öd kisəsinin uzunluğunun 7 sm-dən çox artması

B) Öd kisəsinin uzunluğunun 10 sm-dən çox artması

C) Öd kisəsinin və qaraciyər daxili öd yollarının eyni zamanda genişlənməsi

D) Öd kisəsinin uzunluğunun 3 sm-dən çox artması və onun divarlarının nazikləşməsi

E) Öd kisəsinin uzunluğunun 5 sm-dən çox artması
Ədəbiyyat: Ədəbiyyat: Узи в гастроентерологии. Савелло В.Е. 2010. 136c. «Практическое руководство по ультразвуковой диагностике» под ред.Митькова. Видар-М. М.2003. 698c.
377) Hansı qaraciyərin şişi üçün mərkəzi “çapıq” simptomu xarakterik deyil?
A) Fibrolamelyar hepatosellyular karsinomaya

B) Hepatik fokal düyünlü hiperplaziyasına

C) Skirroz hepatosellular karsinomaya

D) Böyük həcmli hepatik hemangiomuna

E) Hepatik hemangioendoteliomaya
Ədəbiyyat: Ədəbiyyat: Д. Странг, Секреты компьютерной томографии, 2009
378) Qaraciyərin kistoz tipli metastazları hansı tumorlar üçün xarakterikdir?
A) Kistoz angiosarkomalar və adrenal kistoz tumorlara

B) Abdominal kistoz mezenximal tumora

C) Xodjkin tipli limfomaya

D) Ovarial adenokarsinoma və pankreatik kistoz tumorlarına

E) Kolon kanseri və seminomaya
Ədəbiyyat: В. Догра: Секреты ультразвуковой диагностики 2005
379) Kəskin hepatit zamanı USM-də qaraciyər hansı əlamət və xüsusiyyətlər ilə vizualizasiya olunur?
A) Exogenliyi azalır, hepatomeqaliya hesabına kənarları dəyirmi olur

B) Qaraciyərin ölçülərinin azalması izlənilir

C) Portal hipertenziya nəzərə çarpır

D) Hepatomeqaliya və portal hipertenziya izlənilir

E) Exogenliyi artmış, ölçüləri normal qalır
Ədəbiyyat: Узи в гастроентерологии. Савелло В.Е. 2010. 136c. «Практическое руководство по ультразвуковой диагностике» под ред.Митькова. Видар-М. М.2003. 698c.
380) Küt abdominal travma nəticəsində qaraciyərin zədələnməsinin əsas USM əlamətlərinə aşağıdakılardan hansı aid deyil?
A) Qaraciyər parenximasında kələ-kötür konturlu hipo və anexogen törəmə

B) Qarın boşluğunda sərbəst mayenin proqressiv artması

C) Qaraciyər daxili hipoexoqen sahə və qarın boşluğunda sərbəst maye

D) Qaraciyər konturlarının (kapsulasının) lokal diskonfiqurasiyası

E) Qarın boşluğunda sərbəst qaz mövcudluğu
Ədəbiyyat: Узи в гастроентерологии. Савелло В.Е. 2010. 136c. «Практическое руководство по ультразвуковой диагностике» под ред.Митькова. Видар-М. М.2003. 698c.
381) Aşağıdakılardan hansı müddəa fibrolamellar QHK ( qaraciyər hüceyrəli karsinoma) üçün doğru deyil?
A) Yalnız qaraciyərin sirrozu fonunda yaranan patologiyadır

B) Böyük ölçülü, kapsulası olmayan, hipervaskulyar şişdir

C) Qaraciyərin nadir rast gəlinən və normal qaraciyər toxumasından inkişaf edən birincili bədxassəli şişdir

D) Strukturunda geniş birləşdirici toxuma təbəqələri hesabına formalaşmış “ulduzşəkilli çapıq” ola bilər

E) USM-də yüksək heterogen, daxilində kalsinatlar və fibroz ola bilər
Ədəbiyyat: Ədəbiyyat: Direct Diagnosis in Radiology, Gastrointestinal İmaging, H.J.Brambs 2010; Pocket Radiologist, Abdominal, Federle, Fishman, Jeffrey, Anne, 2003
382) Aşağıdakılardan hansı müddəa biliar hamartroma (fon Meyenburq kompleksi) üçün yanlışdır?
A) Düyünlərin öd yolları ilə əlaqəsi olmur

B) USM-də exogenliyi hipo və hiperexogenlik arasında variasiya edən kiçik düyünlü ocaqlar

C) KT-da kontrastdan sonra qaraciyər toxumasından aydın seçilən aşağı sıxlıqlı kiçik düyünlər

D) Düyünlər adətən subkapsulyar nahiyədə olur

E) Düyünlərin orta ölçüləri 3-4 sm-dir və öd yolları ilə əlaqəsi mövcuddur
Ədəbiyyat: Ədəbiyyat: Direct Diagnosis in Radiology, Gastrointestinal İmaging, H.J.Brambs, 2010
383) Bilioma termini hansı patomorfoloji halı əks etdirir?
A) Ödün tərkibində qranulyomatoz yığıntıların yaranmasını

B) Abdominal boşluğda, ekstrahepatik, məhdudlaşmış öd yığıntılarını

C) Biliar sistemin xoşxassəli tumoru

D) Biliar sistemin bədxassəli tumoru

E) Biliar axarlarda kistoz genişlənmələrin yaranmasını
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
384) Dalaq parenximində kalsifikasiyaların yaranması hansı xəstəliyə xarakterik deyil?
A) Pneumocystis carini infeksiyası

B) Dalaq infarktının xroniki perioduna

C) Vərəm infeksiyası fəsadına

D) Sarkoidoza

E) Histoplazmoz mikotik infeksiyası
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
385) USM zamanı dalaq parenximasının diffuz bərkiməsi hansı xəstəliklərdə müəyyən edilir?
A) Hemolitik anemiyada

B) Hemoxromatozlarda

C) Kandidozda

D) Kəskin toksikoinfeksiyada

E) Sarkoidozda
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
386) Qaraciyərin peliozu (peliosis hepatis) termini hansı patoloji morfostruktur dəyişiklikləri əks etdirir?
A) Qaraciyər sinusoidlərində fibrotik toxumaların patoloji inkişafı olduğunu

B) Xroniki infeksiyaların nəticəsində hepatik parenximinin diffuz fibroz - kistoz transformasiyanı

C) Qaraciyər parenximında çoxsaylı qranulyasion toxumaların inkişafını

D) Qaraciyər parenximın bərkiməsi və ağır metalların yüksək konsentrasiyasını

E) Qaraciyər sinusoidlərinin dilatasiyası və daxillərində qan yığıntıların mövcudluğunu
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
387) Qaraciyər parenximinin diffuz bərkiməsi hansı patologiyada aşkarlanmır?
A) Postximioterapevtik hepatitdə

B) Vilson (Konovalov) xəstəliyində

C) Birincili və ikincili hemoxromatozda

D) Glikogen konsentrasiyası xəstəliyində

E) Amiodaron mənşəlili toksikozda
Ədəbiyyat: Diagnostic Imaging, Ultrasound, Ahuija 2007
388) Aşağıda qeyd olunmuş hansı patologiya aşkarlanan hallarda, von Hippel Lindau xəstəliyi differensial sıraya daxil olmalıdır?
A) Pankreasın psevdokistası

B) Pankreasın insulinoması

C) Pankreasın mikrokistoz (seroz) adenomaları

D) Böyrəklərin hipernefroması

E) Pankreasın adenokarsinomu
Ədəbiyyat: Diagnostic Imaging, Ultrasound, Ahuija 2007
389) Portal venanın trombozu zamanı ümumi qaraciyər arteriyasında qan axınının sürəti necə dəyişir?
A) Sürətlənir

B) Nəfəsalmada artır

C) Sabit qalır

D) Azalır

E) Nəfəsalmada azalır
Ədəbiyyat: Introduction to Vascular Ultrasonography; W.Zwiebel, J.Pellerito, 2006
Bölmə 19. Süd vəzi, səthi üzvlərin və limfatik damarların xəstəliklərinin şüa diaqnostikası
390) KT zamanı limfa düyünlərin kalsifikasiyası hansı xəstəliklərdə rast gəlinir?
A) Hamısı düzgündür

B) TBC və göbələk xəstəliyi

C) Silikoz

D) Sarkoidoz

E) MTS
Ədəbiyyat: Джон Г. Стрэнг, Викрэм Догра. Секреты компьютерной томографии. Грудная клетка, живот, таз. Пер. с анг. М. 2009. c. 187
391) Süd vəzinin hansı nahiyəsində dərialtı piy toxuması olmur?
A) Aşağı daxili kvadrant

B) Yuxarı daxili kvadrant

C) Aşağı xarici kvadrant

D) Areola sahəsində

E) Yuxarı xarici kvadrant
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
392) Süd vəzisinin xərçəngönü dəyişikliklərinə aşağıdakılardan hansı aiddir?
A) Fibroz-kistoz mastopatiyanın düyünlü tipi

B) Abses və xroniki qalaktoreya

C) Diffuz fibroz-kistoz mastopatiya

D) Mastitin diffuz forması

E) Mastitin düyünlü forması
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
393) Süd vəzilərinin həqiqi hipertrofiyasında böyümə hansı toxumanın hesabına yaranır?
A) Piyli toxumanın hipertrofiyası hesabına

B) Vəz toxuması hipertrofiyası səbəbinə

C) Birləşdirici toxuma artmasının nəticəsidir

D) Birləşdirici və piyli toxumaların hipertrofiyası səbəbinə

E) Bütün toxumaların eyni halda bərabər artması ilə əlaqəlidir
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
394) Süd vəzinin xoşxassəli törəmələrində exoqrafik kölgə necə olur?
A) Simmetrik akustik yan kölgələr aşkarlanır

B) Asimmetrik dorsal akustik yan kölgə olur

C) Heterogen törəmədə kalsifikasiyalara xas olan exosiqnal nəzərə çarpır

D) Asimmetrik akustik yan kölgə yaranır

E) Kistoz , heterogen törəməyə xas olan exosiqnal izlənilir
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
395) Normada periferik limfatik damarlar USM-də necə vizualizə olunur?
A) Hiperexogen görüntülüdür

B) Anexogen, güclənmiş sərhədlər kimi izlənilir

C) Anexogen görüntülüdür

D) Yalnız kontrast yeridiləndən sonra (limfografiya zamanı) bilinir

E) Exoqrafik üsulla vizualizə olunmur
Ədəbiyyat: Diagnostic Imaging, Ultrasound, Ahuija 2007
396) Süd vəzilərinin yuxarı-xarici kvadrantının xərçəngində birinci olaraq hansı limfa düyünləri zədələnir?
A) Körpücük üstü vəzlər qrupu

B) Körpücük altı sahəsinin vəzləri qrupu

C) Ön mediastinal limfatik vəzlər

D) Həmin tərəfin boyun limfatik vəzlərini

E) Ön və mərkəzi qoltuqaltı qrupların vəzləri
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
397) Süd vəzilərinin yuxarı-daxili kvadrantının xərçəngində birinci olaraq hansı limfa düyünləri zədələnir?
A) Əks tərəfdə qoltuqaltı limfa düyünləri

B) Həmin tərəfdə ön və mərkəzi qoltuqaltı vəzlər qrupları

C) Aşağı karotid limfa düyünləri

D) Örta və arxa qoltuqaltı vəzlər qrupları

E) Ön divararalığı qrupun vəzləri
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
398) Süd vəzilərinin fizioloji asimmetrik hiperplaziyası hansı dövrə xarakterikdir?
A) İlkin pubertat dövr (7-8 yaş)

B) IV pubertat dövr (12-13 yaş)

C) II pubertat dövr (8-9 yaş)

D) III pubertat dövr (10-11 yaş)

E) Prepubertat dövr (6-7 yaş)
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
399) Süd vəzinin xərçənginin ən əsas lokalizasiyası harada olur?
A) Aşağı-xarici kvadrantı

B) Aşağı-daxili kvadrantda

C) Yuxarı-daxili kvadrantı

D) Areola ətrafında

E) Yuxarı-xarici kvadrant
Ədəbiyyat: Diagnostic Imaging, Ultrasound, Ahuija 2007
400) Diffuz fibroz - kistoz mastopatiyalar üçün hansı USM simptomların yaranması xarakterik deyil?
A) Çoxsaylı intraduktal kistaların yaranması

B) Döş vəzisi stromal elementlərin arasında hiperexogen fokal əlavə nöqtələrin olmağı

C) Fibroz-birləşdirici toxumaların qalınlaşması və konturlaşması

D) Döş vəzisi stromada hipoexogen sahələrin və sərhədsiz xaotik strukturların mövcudluğu

E) Kuper bağlarında hiperexogen qalınlaşma
Ədəbiyyat: Diagnostic Imaging, Ultrasound, Ahuija 2007
401) Mammar USM zamanı döş vəzisinin görüntüsü hansı faktordan asılı deyil?
A) Hormonal status

B) Pasientin yaşı faktoru

C) Mammar vəzisin forma və lokalizasiyasından

D) Vəzinin ölcüləri

E) Menstrual tsiklin fazası
Ədəbiyyat: Diagnostic Imaging, Ultrasound, Ahuija 2007
Bölmə 20. Ürək-damar xəstəliklərinin şüa diaqnostikası
402) Normada aşağı ətraf arteriyalarında hansı tip axın izlənir?
A) Bifazalı axın

B) Monofazalı axın

C) Magistral tipli axın

D) Magistral və kollateral tipli

E) Kollateral tipli
Ədəbiyyat: Introduction to Vascular Ultrasonography; W.Zwiebel, J.Pellerito, 2006
403) Normada doppler US müayinəsi zamanı qaraciyərin portal venasında qan axınının istiqaməti necə olur?
A) Qaraciyər venalarının qan axınının istiqaməti ilə eyni olur

B) Hepatopedal – hepatofugal

C) Hepatopedal

D) Hepatofugal

E) Ümumi qaraciyər arteriyasının qan axınının əksi istiqamətdə olur
Ədəbiyyat: Introduction to Vascular Ultrasonography; W.Zwiebel, J.Pellerito, 2006
404) Normada Doppler müayinəsi zamanı qaraciyər venalarında qan axınının istiqaməti və xarakteri necə olur?
A) Heç biri doğru deyil

B) Müxtəlif istiqamətli və laminar axın

C) Bir istiqamətli və turbulent axın

D) Bir istiqamətli və laminar

E) Müxtəlif istiqamətli və turbulent axın
Ədəbiyyat: İntroduction to Vascular Ultrasonography; W.Zwiebel, J.Pellerito, 2006
405) Qeyrispesifik aortoarteriit (Takayasu xəstəliyi) zamanı adətən hansı damarlar zədələnir?
A) Yuxarı ətraf arteriyaları

B) Aorta qövsü və onun magistral şaxələri

C) Aşağı ətraf arteriyaları

D) Abdominal arteriyalar

E) Serebral arteriyalar
Ədəbiyyat: Direct Diagnosis in Radiology, Vascular Imaging, Karl-Juergen Wolf, 2011
406) Mədəaltı vəzin v.mezenterica superior və a.mezenterica superior-un arxa hissəsində qalan hissə necə adlanır?
A) Pankreasın quyruqlu hissəsi

B) Qarmağabənzər çıxıntı

C) Baş hissəsi və cismi

D) Cismi


E) Pankreasın boyun hissəsi
Ədəbiyyat: Узи в гастроентерологии. Савелло В.Е. 2010. 136c. «Практическое руководство по ультразвуковой диагностике» под ред.Митькова. Видар-М. М.2003. 698c.
407) KT zamanı döş qəfəsinin aksial proyeksiyasının hansı səviyyəsində tək venanın qövsü yerləşir?
A) Th 5 – Th 6

B) Th 9 – Th 10

C) Th 2

D) Th 8


E) Th 3 – Th 4
Ədəbiyyat: Джон Г. Стрэнг, Викрэм Догра. Секреты компьютерной томографии. Грудная клетка, живот, таз. Пер. с анг. М. 2009. c. 205
408) Tək vena anomaliyaları növlərinin KT əlamətləri hansıdır?
A) Tək venanın onurga yanı hissəsinin genişlənməsi

B) Aşağı boş venanın aşkarlanmaması

C) Tək venanın retrokrural hissəsinin genişlənməsi

D) Tək vena qövsunun genişlənməsi

E) Hamısı düzgündür
Ədəbiyyat: Джон Г. Стрэнг, Викрэм Догра. Секреты компьютерной томографии. Грудная клетка, живот, таз. Пер. с анг. М. 2009. c. 212
409) Aortanın ateroskleroz zamanı KT əlamətləri hansılardır?
A) Aorta divarının kalsifikasiyası

B) Hamısı düzgündür

C) Aorta divaryanı ateroması

D) Aortanın dilyatasiyası və uzanması

E) Aorta divarlarının qalınlaşması
Ədəbiyyat: Джон Г. Стрэнг, Викрэм Догра. Секреты компьютерной томографии. Грудная клетка, живот, таз. Пер. с анг. М. 2009. c. 243
410) Aortanın koarktasiyası nə deməkdir?
A) Aorta divararının anevrizması

B) Aortanın anadangəlmə uzanması

C) Enən aortanın lokal daralması

D) Aorta qapaqlarının çatışmazlığı

E) Aorta qövsunun genişlənməsi
Ədəbiyyat: Джон Г. Стрэнг, Викрэм Догра. Секреты компьютерной томографии. Грудная клетка, живот, таз. Пер. с анг. М. 2009. c. 209
411) Aşağıdakı müayinə metodlarından hansı ürəyin anatomik strukturların ümumi vizualizasiyası üçün istifadə olunur?
A) Nativ KT müayinəsi

B) Miokardiosintiqrafiya müayinəsi

C) Rentgenoskopiya müayinəsi

D) Koronaroventrikuloqrafiya KT müayinəsi

E) Spiral KT müayinəsi
Ədəbiyyat: Джон Г. Стрэнг, Викрэм Догра. Секреты компьютерной томографии. Грудная клетка, живот, таз. Пер. с анг. М. 2009. 446 c.
412) Vertebral arteriyanın necə anatomik seqmenti var?
A) 3

B) 2


C) 6

D) 4


E) 5
Ədəbiyyat: Clinical Anatomy for Medical Students, Richard S. Snell, 1995
Bölmə 21. Dayaq hərəkət sisteminin və onurğanın şüa diaqnostikası
413) Ankilozedən spondiloartritin əsas, erkən və zəruri zədələnməsi hansıdır?
A) Simfizit

B) Bilateral sakroileit

C) Qonit

D) Falanqit

E) Birtərəfli koksartrit
Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
414) Osteodensitometriya nə üçün istifadə olunur?
A) Sümüklərdə patoloji sınıqları təyin etmək üçün

B) Sümüklərdə iltihab prosesi təyin etmək üçün

C) Sümüklərinin anatomik dəyişikliklərini təyin etmək üçün

D) Sümüklərin sıxlığını təyin etmək üçün

E) Sümüklərin arxitektonikasını müayinə etmək üçün
Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
415) Sayılanlardan Bexterev xəstəliyinin sinonimi hansıdır?
A) Spondiloartroz

B) Ankilozedici spondiloartrit

C) Spondilolistez

D) Osteoxondroz

E) Deformasiyaedici spondiloz
Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
416) Onurğanın hansı hissəsində unkovertebral artroz rast gəlinir?
A) Oma

B) Boyun


C) Büzdüm

D) Döş


E) Bel
Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
417) Hansı xəstəlikdə oynaq boşluğuna qansızma nəticəsində hemartroz yaranması tipikdir?
A) Reyter xəstəliyində

B) Hemofiliya xəstəliyində

C) Şenleyn-Qenox xəstəliyində

D) Villonodulyar sinovitlərdə

E) Revmatizmdə
Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
418) V və VI servikal fəqərələri arasında intervertebral disk yırtığı zamanı hansı sinir kökü kompressiya olunacaq?
A) VIIİ sinir kökü

B) VII sinir kökü

C) IV servikal sinir kökü

D) VI servikal sinir kökü

E) V servikal sinir kökü
Ədəbiyyat: Clinical Anatomy for Medical Students, Richard S. Snell, 1995
419) İntervertebral disklərin yırtıqlarında konvensional rentgenoqrafiya üsulunun diaqnostik gücü necədir?
A) Yırtığın öclülərindən asılı olur

B) Yalnız iki proyeksiyalı rentgenoqramda mümkündür

C) Disklərin yırtıqlarında mümkün deyil

D) Məhduddur və yalnız mərkəzi yırtıqlarda mümkündür

E) Arxa yırtıqlarda 50 % hallarda mümkündür
Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
420) Şmorl yırtıqlarını (düyünləri) hansı patomorfoloji status daha dəqiq əks edir?
A) Diskin idiopatik iltihabı və mərkəzi yırtığı

B) Fəqərəarası diskin pulpoz nüvəsinin sekvestrləşmiş yırtıq prolapsı

C) Fəqərələrin tamamlayıcı lövhələrinin osteoporoz ilə əlaqəli deformasiyaları + intervertebral disklərin arxa mühüm protruziyası

D) Tamamlayıcı lövhələrin və subxondral sahələrin mərkəzi lokal deformasiyası (çökəkliklər)

E) İntervertebral diskin arxa yırtığı
Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
421) Spinal KT-də intervertebral “vakuum fenomen” simptomu hansı patologiyanı əks etdirir?
A) İntervertebral diskin pulpoz nüvəsinin qanamasını

B) İntervertebral diskin toxumalarında olan idiopatik iltihabı

C) İntervertebral diskin anaerob mənşəlli infeksion iltihabını

D) Diskin kontrastlı pnevmodiskoqrafiyasından sonra yaranan pulpoz nüvəsinin pnevmatizasiyasını

E) İntervertebral diskin aerob mənşəlli infeksion iltihabını
Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
422) Degenerativ intervertebral disklərin xəstəliyində tamamlayıcı lövhələrin Modic 2 degenerasiyasını aşağıdakı müddəalardan hansı əks etdirir?
A) Tamamlayıcı lövhələrin T2 hiper, T1 hipointens siqnalı

B) Tamamlayıcı lövhələrin rentgenoqramlarda kobud skleroz və deformasiyalar

C) Tamamlayıcı lövhələrin osteoporozu və osteofitlər

D) Tamamlayıcı lövhələrin T2 və T1 MR siqnallarında artımı

E) Yanaşı lövhələrin Şmorl tipli düyünləri
Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
423) Diffuz idiopatik skelet hiperostozu (Forestye xəstəliyi) üçün hansı tipli spino-vertebral kirəcləşmələr xarakterikdir ?
A) Sarı bağlarda hipertorifk kalsinoz

B) Vertebral kanalın stenozu

C) İntervertebral disklərin kalsinozu

D) Fəqərələrin bərkiməsi və faset oynaqlarına artroz

E) Ön uzunsov bağın kalsifikasiyaları
Ədəbiyyat: Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
424) Oma – büzdüm nahiyənin teratomasının exostrukturu hansı qörüntüdə ola bilər?
A) Qarışıq

B) Kistoz

C) Teratomanın qörüntüsündə sadalanan formaların hamısı mövcuddur

D) Kistoz və yaxud solid

E) Solid
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
Bölmə 22. Sidik sisteminin, cinsiyyət üzvlərinin və hamiləlik dövrünün radioloji diaqnostikası
425) İkiləşmiş böyrək anomaliyasının əsas fəsadı hansıdır?
A) Nefrolitiaz

B) Xərçənq

C) Hidronefroz

D) Pielonefrit

E) Nefroptoz
Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
426) Böyrək sancılarından sonraki hematuriyanın səbəbi?
A) Xərçənq

B) Konkrement

C) Hidronefroz

D) Nefroptoz

E) Pielonefrit
Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
427) Aşağıdakı müddəalardan hansı uşaqlıq üçün yanlışdır?
A) Uşaqlıq aşağı hipoqastrik kələfdən innervasiya edilir

B) Uşaqlığın uzun oxu adətən önə doğru (vaginanın uzun oxu üzərinə) əyilmiş vəziyyətədir (anteversion)

C) Uşaqlıq boynunun ön səthi peritonla tam örtülməsi normanın əksidir

D) Uşaqlıq venaları internal iliak venaya drenaj olunur

E) Uşaqlıq dibi, uşaqlığın uşaqlıq borularına açılan yuxarı hissəsi olur
Ədəbiyyat: Clinical Anatomy for Medical Students, Richard S. Snell, 1995
428) Aşağıdakı müddəalardan hansı kiçik çanaq strukturları üçün yanlışdır?
A) Pelvik divarlarda yerləşən venaların divarı çox nazikdir və pelvis zədələnmələrində bəzən ciddi qanaxma yaradır

B) Pelvik limfa düyünləri median sakral arteriya ətrafında konsentrasiya olunur

C) Kiçik yaşlı uşaqlarda sidik kisəsi abdomino-pelvik orqan sayılır

D) Median sakral arteriya qarın aortası bifurkasiyasından başlanır

E) Kiçik çanaq üzvlərinin arterial qan təchizatı əsasən daxili iliak arteriyaların hesabınadır
Ədəbiyyat: Clinical Anatomy for Medical Students, Richard S. Snell, 1995
429) Ormond xəstəliyinə aşağıdakı əlamətlərdən hansı aid deyil?
A) Tək ya bilateral sidik axarı keçiriciliyinin pozulması və onların medial dislokasiyası halları

B) Sidik axarının laterala; qarın aortası və aşağı boş venanın önə dislokasiyasının səbəbidir

C) Periaortit ilə fəsadlaşan idiopatik fibroz

D) Retroperitoneal sahədə patoloji fibroz toxumanın hiperptrofiyası

E) Xroniki böyrək çatmamazlığını yaradır
Ədəbiyyat: Direct Diagnosis in Radiology, Urogenital İmaging; B.Hamm, P.Asbach, D.Beyersdorff, P.Hein, U.Lemke, 2010
430) Pionefrozun yaranmasında və onun inkişafında aşağıdakı əlamətlərdən və hallardan hansı bu xəstəliyə xarakterik deyil?
A) Həmişə peri- və paranefrit yaranması ilə müşayiət edilir

B) Postoperativ striktur yaranması ilə nəticələnir

C) Sidik yollarında inkişaf anomaliyası

D) Sidik axarının obstruksiyası (daş, şiş və s.)

E) Proses hər zaman bilateral olur
Ədəbiyyat: Direct Diagnosis in Radiology, Urogenital İmaging; B.Hamm, P.Asbach, D.Beyersdorff, P.Hein, U.Lemke, 2010
431) Böyrək distopiyasını dəqiq əks edən müddəa hansıdır?
A) USM zamanı datchikin kompressiyası təsiri altında böyrəyin dislokasiyası

B) Nəfəsalma zamanı böyrəklərin patoloji yerdəyişməsi

C) Yaş ilə əlaqəli böyrəyin normal kaudal yerdəyişməsi

D) Bədən vəziyyətini dəyişdikdə böyrəklərin sərbəst patoloji dislokasiyası

E) Embriogenez prosesi nəticəsində böyrəklərin atipik lokalizasiyası
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред.В.Догра. Д.Рубенс. Пер.с.анг.2005.456 с.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin