544) Sidik kisəsi xərçənginin yayılma mərhələsini dəqiqləşdirilmək üçün hansı üsul daha məqsədəuyğun hesab edilir?
A) Transuretral və transabdominal ultrasəs müayinələri
B) Transabdominal ultrasəs müayinəsi
C) Radial ötürücü vasitəsi ilə aparılan transrektal ultrasəs müayinəsi
D) Xətti və radial ötürücüləri vasitəsi ilə aparılan transrektal ultrasəs müayinəsi
E) Transuretral və xətti ötürücü vasitəsi ilə aparılan transrektal ultrasəs müayinələri
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.266
545) Normal prostat vəzidə neçə zona ayırd edilir?
A) Beş ədəd vəz zonası
B) İki ədəd vəz zonası
C) Prostat vəzin toxumasını bütövlüklə əhatə edən bir ədəd vəz zonası
D) Üç ədəd vəz zonası
E) Dörd ədəd vəz zonası
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.273-274
546) Normal prostat vəzin yuxarı – aşağı ölçüləri neçə sm- dən böyük olmamalıdır?
A) 1,5 sm
B) 2,5 sm
C) 4,2 sm
D) 3,5 sm
E) 1,0 sm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.274
547) Ultrasəs müayinədə normal prostat vəzin forması necə olmalıdır?
A) Üçbucaq
B) Poliqonal
C) Trapesəbənzər
D) Oval
E) Girdə
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.274
548) Prostat vəzin müayinəsi üçün hansı ultrasəs üsulu daha optimal hesab edilir
A) Translyumbal ultrasəs müayinəsi
B) Transuretral ultrasəs müayinəsi
C) Farmokoexoqrafiya
D) Transrektal ultrasəs müayinəsi
E) Transabdominal ultrasəs müayinəsi
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.276
549) Prostat vəzin adenoması dedikdə nə başa düşülür?
A) Sərhəd zonanın və periuretral vəz toxumasının hiperplaziyası və fibromaskulyar stromanın artması
B) Prostatik uretranın epitelial elementlərinin metaplaziyası
C) Bütün cavablar düzdür
D) Heç biri düz deyil
E) Mərkəzi zonanın hiperplaziyası
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.276- 277
550) Prostat vəzin adenomasında düyünlü törəmələr əksərən hansı nahiyədə aşkar edilir?
A) Prostat vəzin sərhəd zonasında
B) Periferik zonada
C) Ön fibromaskulyar zonada
D) Mərkəzi zonada
E) ”Cərrahi kapsula” boyunca
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.276- 278
551) Kəskin prostatitin xarakterik ultrasəs əlamətləri hansılardır?
A) Vəzin ölçüsünün kiçilməsi, exogenliyin artması ilə bərabər petrifikat sahələrin yaranması
B) Vəzin konturlarının qeyri – hamar olması
C) Vəzin ölçüsünün böyüməsi, daxili və xarici hissələr arasındakı differensasiyanın pozulması, toxumanın exogenliyinin aşağı düşməsi
D) Mərkəzi zona hesabına vəzin ölçüsünün böyüməsi, mərkəzi hissədə retension kistalar və petrifikatlar
E) Vəzin normal ölçüləri və qeyri – həmcins strukturası
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.282
552) Xroniki prostatitin xarakterik ultrasəs əlamətləri hansılardır?
A) Periferik zonanın atrofiyası
B) Toxumanın exogenliyinin artması, strukturanın qeyri – həmcinsliyi, petrifikasiya sahələri və prostat vəzin kənarlarının “yeyilmiş” olması
C) Prostat vəzin kənarlarının dəqiq olması
D) Toxumanın exogenliyinin aşağı düşməsi, vəzin daxili və xarici hissələri arasındakı differensasiyanın pozulması.
E) Toxumanın exogenliyinin azalması, strukturanın həmcinsliyi, petrifikasiya sahələri
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.282 - 284
553) İlkin xərçəng düyünü əksər hallarda prostat vəzin hansı zonasında lokalizasiya olunur?
A) Mərkəzi zonada
B) Periferik zonada
C) Periuretral zonada
D) Ön fibromaskulyar zonada
E) Sərhəd zonada
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.285- 295
554) Hamilə qadınların skrininq ultrasəs müayinəsinin aparılması üçün optimal vaxt hansı hesab edilir?
A) 15- 20 həftə
B) 12- 16 həftə
C) 24- 26 həftə
D) 20 – 24 həftə
E) 16 – 18 həftə
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.29
555) Dölün müayinəsi zamanı fetometriyanın hansı parametrlərinin ölçülməsi mütləq vacib sayılır?
A) Başın biparietal ölçüsü, döş qəfəsinin orta diametri
B) Başın biparietal ölçüsü, budun ölçüsü, qarnın orta diametri
C) Bud və çiyin sümüyünün uzunluğu
D) Başın alın - ənsə ölçüsü, biparietal ölçü, pəncənin ölçüsü
E) Başın biparietal ölçüsü, çiyin sümüyünün uzunluğu
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.30- 39
556) Transabdominal ultrasəs müayinədə uşaqlıq hamiləliyinin erkən diaqnozu əksər hallarda nə zaman mümkündür?
A) 9 həftədə
B) 7 həftədə
C) 2 həftədə
D) 5 – 6 həftədə
E) 8 həftədə
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.10
557) Hamiləliyin I - ci üçaylığında hamiləliyin vaxtını dəqiqləşdirmək üçün hansı parametrin ölçülməsi daha məqsədəuyğun hesab edilir?
A) Uşaqlığın ölçüsü
B) Embrionun büzdüm –təpə ölçüsü
C) Embrionun bədəninin diametri
D) Döl yumurtasının diametri
E) Embrionun başının diametri
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр. 11- 12
558) Hamiləliyin I- ci üçaylığında embrionun hansı sayda ürək döyüntüləri proqnostik cəhətdən təhlükəli sayıla bilər?
A) Dəqiqədə 160 döyüntüdən çox
B) Dəqiqədə 160 döyüntüdən az
C) Dəqiqədə 140 döyüntüdən az
D) Dəqiqədə 120 döyüntüdən az
E) Dəqiqədə 100 döyüntüdən az
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.12 -14
559) Hamiləliyin I- ci üçaylığında düşük təhlükəsinin ultrasəs əlaməti hansıdır?
A) Hamısı düzdür
B) Döl yumurtasının uşaqlıq boşluğunun orta 1/3 hissəsində lokalizasiyası
C) Embrionun hərəkət aktivliyinin olmaması
D) Miometriyanın lokal qalınlaşması
E) Embrionun ürək döyüntüsünün registrasiyası olunmaması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.22- 23
560) İnkişafdan qalmış hamiləliyi təsdiq edən mütləq exoqrafik göstərici hansıdır?
A) Döl yumurtasının deformasiyası
B) Daxili dəliyin genişlənməsi
C) Embrionun ürək döyüntüsünün olmaması
D) Miometriyanın lokal qalınlaşması
E) Sarı cisim kistasının olmaması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.25- 26
561) Embrionun “yaxalıq boşluğunun” hansı ən kiçik ön – arxa ölçüsü patoloji sayılır?
A) 7 mm –dən böyük
B) 9mm-dən böyük
C) 3 mm- dən böyük
D) 4 mm-dən böyük
E) 11 mm-dən böyük
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.21
562) 14 həftəlik hamiləlikdə normal dölün ürəyi neçə kameradan ibarət olur?
A) Dörd kameralı
B) Üç kameralı
C) Beş kameralı
D) İki kameralı
E) Bir kameralı
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.18 – 19
563) Dölün başının biparietal ölçüsü hansı səviyyədə aparılmalıdır?
A) Beynin orta xəttinin (M-exo) ən yaxşı vizualizə olunan səviyyəsində
B) Yan mədəciklərin ənsə buynuzlarının aşkar edildiyi səviyyədə
C) Beyincik yarımkürələrinin vizualizə olunan səviyyəsində
D) Göz yuvalarının təyin edildiyi səviyyədə
E) Şəffaf arakəsmə boşluğu və dördtəpə səviyyəsində
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.30
564) Dölün başının biparietal ölçüsü ultrasəs müayinədə necə ölçülməlidir?
A) Təpə sümüklərinin xarici kənarlarından
B) Təpə sümüklərinin daha dəqiq vizualizə olunan nöqtələrindən
C) Təpə sümüklərinin daxili kənarlarından
D) Hamısı düzdür
E) Təpə sümüyünün yaxın xarici kənarından uzaq daxili kənarına qədər
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.30
565) Hamiləliyin III yarısında ciftin normadan aşağıda yerləşməsini təyin etmək üçün ciftin aşağı kənarının daxili dəlikdən olan məsafəsinin exoqrfik göstəricisi neçədir?
A) 11 sm-dən az
B) 7 sm –dən az
C) 9 sm – dən az
D) Ölçü məna kəsb etmir
E) 10 sm –dən az
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.52 - 53
566) Ultrasəs müayinədə cift gəlişini təyin etmək üçün sidik kisəsinin doluluq dərəcəsi necə olmalıdır?
A) Transabdominal müayinədə gift gəlişini təyin etmək mümkün deyil
B) Sidik kisəsi boş olmalıdır
C) Sidik kisəsi tam doldurulmalıdır
D) Sidik kisəsinin doluluq dərəcəsinin əhəmiyyəti yoxdur
E) Sidik kisəsi orta dərəcədə doldurulmalıdır
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.53
567) Ciftin qalınlaşması əksər hallarda hansı patologiyaların göstəricisi ola bilər?
A) Böyrəklərin hipoplaziyası
B) Böyrəklərin aqeneziyası
C) Şəkərli diabet və dölün ödemi
D) Şəkərli diabet və böyrəklərin hipoplaziyası
E) Amniotik arakəsmələr sindromu
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.55
568) Ultrasəs müayinə zamanı ciftin qalınlığı hansı səviyyədə ölçülməlidir?
A) Prinsipal əhəmiyyəti yoxdur
B) Ciftin ən nazik hissəsində
C) Ciftin ən qalın hissəsində
D) Göbək ciyəsinin ciftə daxil olduğu hissədə
E) Kənar sinus nahiyəsində
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.55
569) Göbək ciyəsinin kistaları əksər hallarda hansı patologiyalar ilə birlikdə rast gəlinir?
A) Dölyanı mayenin çoxluğu ilə
B) Cift gəlişi ilə
C) Xromosom aberrasiyaları
D) Sidik – cinsiyət sisteminin anomaliyaları ilə
E) Anensefaliya ilə
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.68 – 73
570) Hamiləliyin hansı dövründə təyin edilmiş III dərəcə cift yetişkənliyi ciftin vaxtından qabaq “qocalmasını” təsdiq edir?
A) 42 həftədən sonra
B) 27 həftəyə qədər
C) 37 həftədən sonra
D) 36 həftəyə qədər
E) 40 həftədən sonra
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.57
571) “Limon” və “banan” exoqrafk simptomlar hansı patologiyalar üçün xarakterikdir?
A) Kəllə - beyin yırtıqları
B) Xarici hidrosefaliya
C) Mikrosefaliya
D) Porensefaliya
E) Onurğa sütununun haçalanması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.102 - 105
572) Daxili hidrosefaliyanın əsas exoqrafik göstəricisi nədir?
A) Beynin orta strukturlarının olmaması
B) Subaraxnoidal boşluğun genişlənməsi
C) Üçüncü və yan mədəciklərin genişlənməsi
D) Arxa kəllə çuxurunda kistoz törəmə
E) Beyin yarımkürələrinin inkişafdan qalması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.102 - 105
573) Anensefaliyanın əsas exoqrafik göstəriciləri hansılardır?
A) Beynin mədəcik sisteminin genişlənməsi
B) Beyin yarımkurələrinin asimmetriyası
C) Biparietal və alın - ənsə ölçülərinin normadan nəzərə çarpan dərəcədə kiçik olması
D) Beyin yarımkürələrinin olmaması
E) Anomal inkişaf etmiş beyin toxumasının aşkar edilməsi
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.102 – 105
574) Hipertelorizmin diaqnostikası ultrasəs müayinədə necə müəyyənləşdirilir?
A) Qulaq seyvanları arasındakı məsafənin kiçilməsi ilə
B) Qulaq seyvanları arasındakı məsafənin böyüməsi ilə
C) Göz almaları arasındakı məsafənin azalması ilə
D) Heç biri düz deyil
E) Göz almaları arasındakı məsafənin artması ilə
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.115 – 116
575) Skrininq ultrasəs müayinədə dölün ürəyini tədqiq etməkdən ötrü hansı kəsikdən istifadə edilməsi mütləq sayılırl?
A) Ürəyin dördkameralı kəsiyi
B) Heç biri düz deyil
C) Sol mədəciyin qısa oxu boyunca alınan kəsik
D) Ağ ciyər arteriyası ilə kəsişən kəsik
E) Aortanın qövsü boyu alınan kəsik
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.124
576) Normada dölün ürəyinin oxu sagital istiqamətə nisbətdə hansı bucaq altında yerləşməlidir?
A) 90º
B) 60º
C) 30º
D) 10º
E) 120º
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.124 – 126
577) Normada dölün ürəyinin köndələn kəsiyinin sahəsi döş qəfəsinin ümumi sahəsindən hansı göstəricidən çox olmamalıdır
A) 1/5
B) 1/3
C) 1/6
D) 1/4
E) 1/2
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.102 - 105
578) Miokardla epikard arasındakı hipoexogen zonanın (hidroperikard) hansı minimal ölçüsünü patoloji hesab etmək olar?
A) 5 mm-dən böyük
B) 8 mm-dən böyük
C) 2 mm-dən böyük
D) 6 mm-dən böyük
E) 4 mm-dən böyük
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.126 – 128
579) Aortanın koarktasiyasının prenatal ultrasəs əlamətləri hansılardır?
A) Aortanın dekstropozisiyası
B) Aortanın mənfəzinin genəlməsi
C) Magistral damarların transpozisiyası
D) Aortanın sağ mədəcikdən başlaması
E) Aortanın mənfəzinin daralması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.139 – 140
580) Döş qəfəsinin köndələn kəsiyində dölün hər bir ağ ciyəri normada hansı sahəni tutmalıdır?
A) 1/3
B) 1/5
C) 1/4
D) 1/6
E) 1/2
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.153- 154
581) Hamiləliyin II yarısında dölün ağ ciyərlərinin exostrukturu necə olmalıdır
A) Qeyri – həmcins
B) Hamısı düzdür
C) Həmcins
D) Solid – kistoz strukturalı
E) Kistoz
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.153 - 154
582) Dölün prenatal diafraqma yırtıqlarıının ultrasəs əlamətləri hansılardır?
A) Qarın boşluğu orqanlarının döş qəfəsində vizualizasiyası
B) Dölyanı mayenin normadan çox olması
C) Hamısı düzdür
D) Dekstrokardiya
E) Heç biri düzgün deyil
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.155 – 156
583) Anadangəlmə diafraqma yırtığı zamanı dölün döş qəfəsində aşkar edilmiş bir kameralı maye törəmə hansı orqana uyğundur?
A) Qara ciyər
B) Dalaq
C) Mədə
D) Böyrək
E) Mədəalti vəz
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.154 – 156
584) Dölün dərisi ilə dəri altında yerləşən strukturanın arasındakı hipoexogen zonanın hansı ölçüsü dərialtı ödemi təsdiqləyən exoqrafik göstəricidir?
A) 10mm
B) 5mm
C) 9mm
D) 3mm
E) 2mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.164 - 165
585) Dölün ağ ciyərində bir tərəfli hidrotoraksın ultrasəs əlamətləri hansılardır?
A) Ağ ciyərin toxumasının exogenliyinin diffuz aşağı enməsi
B) Döş qəfəsində çoxkameralı kistoz törəmə
C) Hamısı düzdür
D) Ağ ciyər toxumasında hipoexogen kistoz hissəciklər
E) Döş qəfəsinin daxili səthində, ürəyin və ağ ciyərlərin ətrafında hipo,- anexogen sahənin olması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.165 – 166
586) Dölün qarın boşluğunda anexogen sahənin hansı ölçüsü assitin exoqrafik göstəricisi sayılır?
A) 1mm
B) 5 mm
C) 8mm
D) 2mm
E) 10mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.1647- 168
587) Yemək borusunun atreziyasını təsdiq edən birbaşa ultrasəs əlamətlər hansılardır?
A) Belə göstərici yoxdur
B) Dölyanı mayenin normadan çox olması
C) Yemək borusunun keçməməzlik olan nahiyəsinin aşkar edilməsi
D) Mədənin ölçüsünün böyüməsi
E) Mədənin exoqrafik şəklinin görünməməsi
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.182 – 183
588) Qastroşizisin prenatal exoqrafik göstəriciləri hansılardır?
A) Mədənin ölçülərinin böyüməsi
B) Mədənin ultrasəs şəklinin görünməməsi
C) Mədənin ölçülərinin kiçilməsi
D) Qarın boşluğu orqanlarının yırtıq kisəsi olmadan baş verən eventerasiyası
E) Qarın boşluğu orqanlarının yırtıq kisəsinə eventrasiyası
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.199 – 200
589) Transabdominal ultrasəs müayinədə dölün sidik kisəsi nə zaman mütləq vizualizasiya olunmalıdır?
A) 12 həftə
B) 14 həftə
C) 20 həftə
D) 22 həftə
E) 10 həftə
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр. 205- 206
590) Dölün iki tərəfli böyrək ageneziyasının xarakterik ultrasəs əlamətləri hansılardır?
A) Sidik kisəsinin ultrasəs şəklinin görünməməsi
B) Dölyanı mayenin normadan əhəmiyyətli dərəcədə az olması
C) Hamısı düzdür
D) Böyrəklərin ultrasəs şəklinin görünməməsi
E) Dölün inkişaf sürətinin simmetrik geri qalması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.207 - 211
591) Dölün böyrəklərinin infantil forma polikistozunun exoqrafik göstəriciləri hansılardır?
A) Hamısı düzdür
B) Sidik kisəsinin exoşəklinin olmaması
C) İkitərəfli nefromeqaliya
D) Dölyanı mayenin normadan az olması
E) Böyrəyin parenximasının exogenliyinin kəskin artması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.207 – 211
592) Kordosentez dedikdə hansı orqanın punksiyası nəzərdə tutulur?
A) Amniotik boşluğun
B) Dölün ürəyinin
C) Ciftin
D) Göbək ciyəsinin venası
E) Dölün qara ciyərinin
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр. 289
593) Prenatal diaqnostika məqsədi ilə xorion toxumanın hüceytələrinin kariotipini nə zaman müyanə etmək məqsədəuyğun hesab edilir?
A) Hamiləliyin III – yarısında
B) Hamiləliyin II – yarısında
C) Fərqi yoxdur
D) Hamiləliyin I yarısında
E) Hamiləliyin II – III yarısında
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.286 – 287
594) Dölün kariotipini müayinə etməkdən ötrü lazım olan minimal amniotik maye nə qədər olmalıdır?
A) 20 ml
B) 1- 2 ml
C) 30 ml
D) 25 ml
E) 6- 10 ml
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.280 – 281
595) Limfa düyünlərinin hansı ölçüsü əksər hallarda normal sayılır?
A) 13 -18 mm
B) 10- 15 mm
C) 1 – 3mm
D) 5 – 10mm
E) 18-20 mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.315 - 320
596) Səthi limfatik düyünlərin müayinəsi üçün hansı tezlikli ötürücülərdən istifadə olunur?
A) 3,5 - 5,0 MHz
B) 1,0 – 2,5 MHz
C) 2,5 - 3,5 MHz
D) 5,0 – 7,5 MHz
E) Fərqi yoxdur
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.307- 308
597) Limfa düyünündəki hansı dəyişikliklər bəd xassəli şişin zədələnməsinin göstəricisi ola bilər?
A) Exogenliyin aşağı enməsi
B) Limfa düyününün ölçüsünün böyüməsi
C) Strukturunun qeyri – həmcins olması
D) Hamısı düzdür
E) Düyünün kənarlarının nahamar olması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.321 - 324
598) Ultrasəs müayinədə döş giləsi hansı formada vizualizə olunur?
A) Arxasında akustik kölgə olan girdə formalı törəmə şəklində
B) Kənarları dəqiq və hamar olan struktura şəklində
C) Orta və ya aşağı exogenliyə malik həmcins struktura şəklində
D) Heç biri düz deyil
E) Hamısı düzdür
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.337 – 343
599) Süd vəzisinin axacaqları menstruasiyanın II fazasında ultrasəs müayinədə necə görünür?
A) Hipoexogen xətti borulu struktur şəklində
B) Heç biri düz deyil
C) Hiperexogen xətti strukturlar
D) Stromal toxumadan fərqlənmirlər
E) Girdə mayeli törəmə şəklində
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.337 - 343
600) Hansı exoqrafik əlamətlər süd vəzisi kistaları üçün xarakterik deyil?
A) Kompressiya zamanı kistanın formasının dəyişməsi
B) Girdə və ya oval forma
C) Kompressiya zamanı kistanın formasının dəyişməməsi
D) Konturların dəqiq və hamar olması
E) Anexogen struktura
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.347 – 349
601) Süd vəzilərinin fibroadenoması ən çox hansı sahədə lokalizasiya olunur?
A) Aşağı daxili kvadrantda
B) Yuxarı xarici kvadrantda
C) Fərqi yoxdur
D) Aşağı xarici kvadrantda
E) Yuxarı daxili kvadrantda
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.353 – 356
602) Ultrasəs müayinə zamanı süd vəzilərinin fibroadenomasının periferiyasında aşkar edilmiş hiperexogen haşiyə nəyin göstəricisi hesab oluna bilər?
A) Heç bir diaqnostik əhəmiyyəti yoxdur
B) Fibroadenamnın maliqnizasiyasının
C) Fibroadenamanın ölçüsünün kiçik olması nəticəsində yaranmasını
D) Fibroadenamanın ölçüsünün böyük olması və fibroadenomanın varlığının uzun müddətliliyini
E) Fibroadenomanın varlığının az müddətliliyini
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.353 – 356
Dostları ilə paylaş: |