92) Aşağıdakı hansı cihaz vasitəsi ilə 3DCRT aparmaq mümkündür?
A) Teraqam
B) Rokus-M
C) Clinac DHX
D) Ortovoltage rentgenterapiya
E) AQAT-B
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
93) Osteoradionekrozu aşağıdakılardan hansı doğru ifadə edir?
A) Yuxarı boş venanın sıxılması sindromunun yaranmasını azaldır
B) Portal hipertenziya zamanı üzə çıxır
C) Hiperbarik oksigenasiya yaranmasına şərait yaradır
D) Şüa müalicəsinin fəsadı kimi qəbul edilə bilər
E) Anafilaktik reaksiyanın təsirindən yaranır
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
94) İonlaşdırıcı şüaların təsirindən konkret toxumalarda yaranan morfoloji dəyişiklik necə adlanır?
A) Hiperbarik oksigenasiya
B) Sadalananların heç biri
C) Süni hiperqlikemiya
D) Breqq piki
E) Şüa patomorfozu
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
95) Aşağıdakı hansı halda radioaktiv Yod131 izotopu ilə müalicə effektli sayılır?
A) Yuinq sarkomasının ağciyər metastazları zamanı
B) Qalxanvari vəzin follikulyar xərçənginin metastazlarında
C) Düz bağırsaq xərçənginin lokoregional metastazlarında
D) Medulloblastomanın kraniospinal metastazları zamanı
E) Ağciyərin qeyri kiçik hüceyrəli xərçəngində
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
96) Radioterapiya zamanı yarana bilən əsəbilik şüa reaksiyalarının hansı növünə aid edilir?
A) Ümumi
B) Heç birinə
C) Erkən
D) Yerli
E) Gec
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
Dostları ilə paylaş: |