85) Portal vision nə səbəbə tətbiq olunur?
A) İMRT aparılması üçün
B) Udulma dozasını təyin etmək üçün
C) Şüa reaksiyalarını azaltmaq üçün
D) Şüa müalicəsi zamanı yol verilə biləcək xətaları aşkara çıxarmaq üçün
E) Dozanın artırılmasına nəzarət etmək üçün
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
86) Aşağıdakı hansı halda baş beyinin total şüalanması məqsədəuyğundur?
A) Baş beyinə çoxsaylı metastaz olduqda
B) Meningioma zamanı
C) Hipofizin adenoması zamanı
D) Beyindaxili Grade II şişlərdə
E) Kraniofaringioma zamanı
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
87) Baş beyinin medulloblastoması zamanı baş beyinlə yanaşı hansı orqanın PTV- yə salınması zəruridir?
A) Kəllə sümükləri
B) Sfenoidal sinusun
C) Retroorbital sahə
D) Onurğa beyni
E) Çənə sümüklərinin
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 466
88) Tez inkişaf edən şişlərin şüa müalicəsi zamanı şüa müalicəsinin hansı rejimindən istifadə etmək məqsədəuyğundur?
A) LDR braxiterapiyadan
B) Fotodinamiki şüa müalicəsindən
C) Sutkalıq bölünmə rejimindən
D) HDR braxiterapiyadan
E) YFRT- dən
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
89) Qida borusu divarlarının perforasiyası zamanı şüa müalicəsinin hansı növündən istifadə etmək olar?
A) Şüa müalicəsi əksgöstərişdir
B) 3DCRT
C) İMRT
D) Braxiterapiya
E) İGRT
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
Dostları ilə paylaş: |