3) Aşağıdakı hansı xəstəliyin I və II mərhələsində cərrahi və şüa müalicələrinin effektivliyi eynidir?
A) Xroniki limfoleykoz
B) Hockin limfoması
C) Alt dodaq qırmızı haşiyəsi xərçəngi
D) Qeyri Hockin limfoması
E) Xroniki mieloleykoz
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 126
4) Ağız boşluğu orqanlarının bəd xassəli şişlərinin morfoloji strukturunu 90 - 95% halda hansı şişlər təşkil edir?
A) Limfomalar
B) PNET şişi
C) Yastı epitel xərçəngi
D) Limfoepitelyoma ( Şminke şişi)
E) Adenokarsinoma
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 127
5) Ağız dibi xərçəngi olan xəstədə regionar zonalarla birlikdə şüa müalicəsi aparıldıqdan sonra şüanın kiçildilmiş sahədən yalnız şişin özünə verilməsini aşağıdakılardan hansı doğru ifadə edir?
A) Tost
B) Boost
C) EORTG
D) PUVA
E) GecESTRO
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 132
Dostları ilə paylaş: |