116) Əsas məqsədi şərti radikal cərrahi müdaxilədən sonra operasiya sahəsində qalması ehtimal olunan şiş hüceyrələrinin məhv edilməsi olan şüa müalicəsi necə adlanar?
A) Postoperasion radioterapiya
B) Palliativ şüa müalicəsi
C) Dərin rentgenterapiya
D) Müştərək şüa terapiyası
E) Boşluqdaxili şüa müalicəsi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
117) İonlaşdırıcı şüaların şiş toxumasında yaratdığı morfoloji dəyişikliklər necə adlanır?
A) Oksigen effekti
B) Reverberasiya
C) Müalicəvi şüa patomorfozu
D) Şüa reaksiyası
E) Breqq piki
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
Dostları ilə paylaş: |