341) Ağciyərlərin periferik şişlərində birinci şişdən ağciyər kökünə gedən “yolun” şüalanma sahəsinə salınması (peribronxial və penrivaskulyaor şiş infeksiyası) vacibdirmi?
A) Limfa düyünlərində metastaz olarsa
B) Mütləqdir
C) Qəti olmaz
D) Mütləq deyil
E) Şişin ölçüsündən asılıdır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 224
342) Ağciyər xərçəngində cərrahi müdaxilədən sonra radioterapiyanın təyin edilməsi nə üçün məqsədəuyğundur və hansı dozada aparılır?
A) Qeyri- radikal operasiyadan və ya operasiyanın radikallığı şübhə doğurduqda cərrahi müdaxilədən sonra şüa müalicəsi mediastinal limfa düyünləri daxil olmaqla 40-45 Qr dozaya qədər, sonra isə şüalanma sahələri kiçildilməklə ancaq operasiyaya qədər aşkar olunan patoloji ocağa 60-70 Qr ancaq operasiyaya qədər aşkar olunan patoloji ocağa 60-70 Qr dozaya qədər
B) Qeyri- radikal operasiyadan və ya operasiyanın radikallığı şübhə doğurduqda cərrahi müdaxilədən sonra şüa müalicəsi mediastinal limfa düyünləri daxil olmaqla 40-45 Qr dozaya qədər
C) Ancaq operasiyaya qədər aşkar olunan patoloji ocağa 60-70 Qr dozaya qədər
D) Operasiyanın radikallığı şübhə doğurduqda cərrahi müdaxilədən sonra şüa müalicəsi mediastinal limfa düyünləri daxil olmaqla 40-45 Qr dozaya qədər
E) Aparılmır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 225
Dostları ilə paylaş: |