Sual 12 Konstruktiv metobolizm:
A) fermentativ
B) katabolizm
C) energetik metobolizm
D) oksidləşdirici
E) anabolizm
Sual 13 DNT zəncirinin ayrılmasında iştirak edir:
A) helikaza
B) topoizomeraza
C) SSB - zülal
D) DNT - polimeraza
E) RNT – polimeraza
Sual 14
Prokariotların 3 əsas strukturunu sadalayın:
A) nukleoid, sitoplazma,peptidoqlikan
B) nüvə, Holdji kompleksi, mitoxondri
C) nukleoid, sitoplazma, Holdji kompleksi
D) endoplazmatik şəbəkə, ribosom, nukleoid
E) nüvə, sitoplazma, peptidoqlikan
Sual 15
Qidalı mühitlər üçün tələb olunan şərtlər:
A) sadə, yüksək oksidləşdirici- reduksiyaedici potensiala malik olan,həll olan
B) tam, izotonik, müəyyən pH- a malik olan,steril, şəffaf
C) hipotonik, selektiv,steril, qatı, sadə
D) mürəkkəb, hipertonik, zəif oksidləşdirici - reduksiyaedici potensiala malik olan, ekonomik
E) tərkibində NaCI miqdarı çox olan, yüksək osmotik təzyiqə malik olan, steril, şəffaf
Sual 16
Delesiya:
A) xromosom mutasiyası
B) gen mutasiyası
C) genom mutasiyası
D) nukleotidlərin əlavə sərgisi
E) nukleotidlərin 180 geri dönməsi
Sual 17
Bakteriyalarda transformasiya baş verir:
A) qeyri - konyuqativ plazmidlərin iştirakı ilə
B) konyuqativ plazmidlərin iştirakı ilə
C) bakteriofaqların iştirakı ilə
D) profaqların iştirakı ilə
E) DNT fraqmentinin birbaşa ötürülməsi nəticəsində
Sual 18
Verilənlərdən biri duzgün deyil:
A operator –təyin edilmiş ciddi nukleotidlər ardıcıllığıdır
B) operatorun genlərində mutasiya baş verir
C) promotor – operatorun bir hissəsidir
D) operator – repressorun bağlanma hissəsidir
E) operator – repressorun iştirakı ilə struktur genin transkripsiyasını idarə edir
Sual 19
Mikroorqanizmlərin modifikasiyası baş verir:
A) ətraf mühitin dəyişilmiş amillərinə qarşı uyğunlaşması nəticəsində
B) struktur və requlyator genlərin dəyişilməsi nəticəsində
C) genetik materialın donordan resipientə ötürülməsi nəticəsində
D) transduksiya nəticəsində
E) DNT nukleotidlərinin növbələşmə sırasının dəyişilməsi nəticəsində
Sual 20
Bakteriyalarda konyuqasiya baş verir:
A) F – plazmidlərin iştirakı ilə
B) transpozonların iştirakı ilə
C) bakteriofaqların iştirakı ilə
D) plazmidlərin iştirakı olmadan
E) İS – elementlərinin ötürülməsi zamanı
Sual 21
Transformasiyanın tezliyi asılıdır:
A) Bakteriofaqdan
B) donor bakteriyaların kompetentliyindən
C) RNT və kəmiyyət xüsusiyyətləri
D) rRNT - nin xüsusiyyətləri
E) resipient hüceyrələrin kompetentliyindən
Sual 22
Bakteriyalarda DNT - nin köçürülməsi aşağıdakı proseslərdə baş verir:
A) transformasiya , konyuqasiya
B) transformasiya ,transduksiya
C) konyuqasiya, mutasiya
D) konyuqasiya, transduksiya
E) transformasiya, mutasiya
Sual 23
Bakterial plazmidlərin xüsusiyyətlərinə hansı aid deyil
A) transformasiyada iştirak edə bilərlər
B) ekzotoksinin sintezinə nəzarət edə bilər
C) levomisetini asetilləşdirən fermentin sintezinə nəzarət edən geni daşıyır
D)qızılı stafilokoklarda penisillazanın sintezini kodlaşdıran geni daşıyır
E) gen mühəndisliyinin adi obyektlərindəndir
Dostları ilə paylaş: |