Sual Azərbaycan dilində işgüzar kommunukasiya forması, məqsədi və vəzifələri



Yüklə 65,93 Kb.
tarix02.01.2022
ölçüsü65,93 Kb.
#36759
blok 1


Sual 1. Azərbaycan dilində işgüzar kommunukasiya forması, məqsədi və vəzifələri.

Cavab: İctimai həyatın istənilən sahəsində insanların qarşılıqlı fəaliyyəti, əməkdaşlığı nitq ünsiyyəti olmadan həyata keçirilə bilməz. Uğurlu peşəkar fəaliyyət yalnız effektli, məqsədyönlü və ahəngdar (yəni nitq və davranış mədəniyyətinin ümumi qaydalarına uyğun olan) nitq ünsiyyəti şəraitində mümkündür. Peşəkar fəaliyyətin məzmunu (təcrübə və biliklər) və forması (üsul və metodlar) demək olar ki, yalnız ünsiyyət prosesində reallaşır “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrsinin məqsədi – tələbələrdə şifahi və yazılı, işgüzar və akademik kommunikasiya aparmaq vərdişlərini formalaşdırmaqdır. İşgüzar və akademik kommunikasiya nəzəriyyəsi və təcrübəsi sahəsində biliklər vermək; işgüzar kommunikasiyanın ən təsirli üsulları və formalarına əsaslanaraq gələcəkdə peşəkar fəaliyyətlərini həyata keçirməyə imkan verəcək kommunikativ səlahiyyətlərini formalaşdırmaq və inkişaf etdirmək; işgüzar kommunikasiya texnologiyaları, həmsöhbətlə əlaqə qurmaq, etibarlı işgüzar və akademik ünsiyyət mühiti yaratmaq, peşə fəaliyyətində səmərəli istifadəsi məqsədilə əks əlaqə yaratmaq üçün geniş spektrli kommunikasiya texnikası və üsullarından istifadə və s. bu fənnin əsas məqsədlərindən sayılır. İşgüzar və akademik kommunikasının cəmiyyətdə çox böyük rolu var. Bu gün ali təhsil ocaqlarımızda minlərlə müəllim bu fənnin tədrisi ilə məşğul olur və onun inkişafına xidmət edir. Sual-cavablar, elmi konfranslar, seminarlar, disputlar, elmi mübahisələr və.s bu fənnin inkişafına, yüksək səviyyəli kommunikativ bilik və bacarıqlarının təbliğinə yönəlib. Ən başlıcası isə bu cür tədbirlər şifahi və yazılı işgüzar və akademik kommunikasiyanın inkişafına təkan verir. Təbii ki, cəmiyyət inkişaf etdikcə informasiya bolluğu yaranır. Dünyada baş verən hadisələrin şərhi, daxili və xarici xəbərlər, rəsmi xironika, iqtisadi icmallar və s. kommunikasiya mədəniyyətinin inkişafına xeyli köməklik göstərir, xalqın dünyagörüşünü zənginləşdirir. Bir sözlə “Azərbaycan dilində işgüzar və akademik kommunikasıya” birbaşa cəmiyyətə xidmət, onun maraqlarına və mənafeyinə hesablanıb. Çünki nəticədə Azərbaycan dilində normal, məntiqli, sistemli, aydın və elmi cəhətdən sanballı işgüzar və akademik kommunikasiya aparmaq vərdişlərinə yiyələnmək hər bir tələbənin bacarıqlarını artıracaq, Azərbaycan xalqının minilliklər boyu sahib olduğu dəyərlərin yaşadılmasına xidmət edəcək. Eyni zamanda cəmiyyətin inkişafına və tərəqqisinə kömək göst İctimai həyatın istənilən sahəsində insanların qarşılıqlı fəaliyyəti, əməkdaşlığı nitq ünsiyyəti olmadan həyata keçirilə bilməz. Uğurlu peşəkar fəaliyyət yalnız effektli, məqsədyönlü və ahəngdar (yəni nitq və davranış mədəniyyətinin ümumi qaydalarına uyğun olan) nitq ünsiyyəti şəraitində mümkündür. Peşəkar fəaliyyətin məzmunu (təcrübə və biliklər) və forması (üsul və metodlar) demək olar ki, yalnız ünsiyyət prosesində reallaşır “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrsinin məqsədi – tələbələrdə şifahi və yazılı, işgüzar və akademik kommunikasiya aparmaq vərdişlərini formalaşdırmaqdır. İşgüzar və akademik kommunikasiya nəzəriyyəsi və təcrübəsi sahəsində biliklər vermək; işgüzar kommunikasiyanın ən təsirli üsulları və formalarına əsaslanaraq gələcəkdə peşəkar fəaliyyətlərini həyata keçirməyə imkan verəcək kommunikativ səlahiyyətlərini formalaşdırmaq və inkişaf etdirmək; işgüzar kommunikasiya texnologiyaları, həmsöhbətlə əlaqə qurmaq, etibarlı işgüzar və akademik ünsiyyət mühiti yaratmaq, peşə fəaliyyətində səmərəli istifadəsi məqsədilə əks əlaqə yaratmaq üçün geniş spektrli kommunikasiya texnikası və üsullarından istifadə və s. bu fənnin əsas məqsədlərindən sayılır.



Sual 2. İşgüzar və akademik kommunikasiya barədə

Cavab: Azərbaycan dilində işgüzar və akademik kommunikasıya ” fənni işgüzar və akademik, elmi fəaliyyətdə ictimai nitq ünsiyyətinin xüsusiyyətlərini tədqiq edir. Akademik kommunikasiya ─ peşəkar ictimai nitqin yaradılması qanunauyğunluqları və onun effektivliyinin şərtləri haqqında elə bir bilik sahəsidir ki, hədəfi bu və ya digər sahəyə aid biliklərə yiyələnmək istəyən dinləyicilərə məqsədyönlü təsir göstərməkdir. Qeyd edək ki, peşəkar nitq deyəndə, peşəkar ünsiyyət zamanı istifadə edilən nitq başa düşülür (məs., müəllimin, hüquqşünasın, din xadiminin və b. nitqi). İctimai nitq isə çoxsaylı auditoriyaya müraciətlə söylənən nitqdir. İctimai nitqin müxtəlif növləri (akademik, diplomatik nitq, məhkəmə nitqi və s.) və müxtəlif yanrları (məruzə, mühazirə, tənqidi çıxış, vəsatət xarakterli çıxış, təbliğat yönümlü çıxış və s.) vardır. İctimai monoloqu natiqin nitqi də adlandırırlar. Akademik natiqlik kommunikativ təcrübə və biliklərin xüsusi sahəsi olaraq, effektiv, məqsədyönlü, harmonik və təsirli nitq haqqında elm və incəsənət kimi dəyərləndirilən ritorika, başqa sözlə bəlağət elmi çərçivəsində formalaşmışdır. Akademik natiqlik sosial əsaslara malikdir, onun inkişafı cəmiyyətin struktur xüsusiyyətləri, əxlaqi və estetik dəyərləri ilə bağlıdır. Akademik nitq natiqlik incəsənətinin bir növü olaraq, antik dövrdə, eramızdan əvvəl V əsrdə formalaşmağa başlamışdır, belə ki, o dövrdə təlim-tədrisin özü, o cümlədən də, ritorikanın tədrisi ictimai xarakter daşıyırdı. Heç də hamı inandırıcı, məntiqli və təsirli nitq hazırlamağı və cəmiyyət qarşısında çıxış etməyi bacarmırdı. Buna görə də qədim Yunanıstanda ritorika elmini tədris edən müəllimlər ─ sofistlər peşəkar nitqlər tərtib edən loqoqrafları və peşəkar natiqləri yetişdirirdilər. Ritorika elmini dahi filosoflardan Sokrat (e.ə. 469-399), Platon (e.ə. 427-347) və Aristotel də (e.ə. 384-322) tədris etmişlər. Natiqliyin nəzəri cəhətdən dərk edilməsi ilə bağlı yazılmış ilk əsərlər də antik dövrə aiddir. Natiqliyin antik nəzəriyyəsinin bir çox müddəaları bu gün də aktualdır. Müasir dövrdə kommunikasiya insanın həyat fəaliyyətinn əsas zəruri şərtlərindən biri və cəmiyyətin mövcudluğunun fundamental təməlidir. Cəmiyyət üzvlərinin qarşılıqlı əlaqələri və münasibətləri möhtəşəm önəmə malikdir. Bu, son dövrlər kommunikasiyanın araşdırılmasına böyük maraq göstərilməsinin əsas səbəbidir. İctimai fikir tarixi göstərir ki, filosof, sosioloq, politoloq, psixoloq və pedaqoqlar, dilçilər və mədəniyyətşünaslar daim insan təmasları problemlərilə bu və ya digər dərəcədə maraqlanmışlar. Lakin kommunikasiya ilə üzləşərkən onlar bu problematikanın çox mürəkkəb olduğunu görmüşlər. Kommunikasiya termini mənşəcə latın dilində «məlumat, əlaqə» anlamında olan «communication» sözü ilə bağlıdır. Öz növbəsində, «communication» sözü «communicare» sözündən yaranmışdır – «məlumat vermək, əlaqəlndirmək, ümumi olana çevirmək». Elmi ədəbiyyatda «kommunikasiya» anlayışına müxtəlif təriflər verilir. Məsələn, ensiklopedik sözlükdə deyilir: Kommunikasiya: 1) əlaqə, rabitə yolu, bir məkanın digəri ilə əlaqəsi; 2) təmas, informasiyanın bir insandan digərinə ötürülməsi – idrak-əmək fəaliyyəti prosesində insanların qarşılıqlı əlaqəsinin səciyyəvi forması, əsasən, dil vasitəsilə gerçəkləşdirilir (az-az hallarda başqa işarə sistemləri vasitəsilə); 3) heyvanlarda siqnal əlaqə üsulları. Ç.Kuliyə görə, kommunikasiya insan münasibətlərinin mövcudluğu və inkişafını təmin edən mexanizmdir. O, insan təfəkkürü ilə bağlı bütün simvolları, onların məkanda ötürülmə və qorunub saxlanma vasitələrini ehtiva edir. Digər bir alim – A.Ursul kommunikasiyanı mürəkkəb dinamik sistemlər və onların hissələri arasında informasiya mübadiləsi sayır. Həmin hissələr informasiyanı qəbul etmək, toplamaq və dəyişdirmək qabiliyyətinə malikdir. K.Çerrinin fikrincə, sözün geniş anlamında, kommunikasiya fərdlərin dil və ya işarələr vasitəsilə əlaqə üsulları. Ç.Kuliyə görə, kommunikasiya insan münasibətlərinin mövcudluğu və inkişafını təmin edən mexanizmdir. O, insan təfəkkürü ilə bağlı bütün simvolları, onların məkanda ötürülmə və qorunub saxlanma vasitələrini ehtiva edir. Digər bir alim – A.Ursul kommunikasiyanı mürəkkəb dinamik sistemlər və onların hissələri arasında informasiya mübadiləsi sayır. Həmin hissələr informasiyanı qəbul etmək, toplamaq və dəyişdirmək qabiliyyətinə malikdir. K.Çerrinin fikrincə, sözün geniş anlamında, kommunikasiya fərdlərin dil və ya işarələr vasitəsilə proseslər zamanı fərdlər həm şəxsi təmasda, həm qruplarda, həm təşkilatlarda, həm də cəmiyyətdə ətraf aləmə və başqalarına uyğunlaşmaq məqsədilə məlumatlar yaradır və onları təfsir edirlər. Kommunikasiya iki və daha artıq şəxs və ya sistem arasında işarələr, məlumatlar və informasiya ötürülməsi, mübadiləsi kimi də qəbul oluna bilər. Bu zaman kommunikasiya özlüyündə elə bir önəm daşımır. Önəmli olan onun məzmunu və son nəticədir. Bir qayda olaraq, kommunikasiya prosesi mürəkkəb struktura malikdir, onun vahidi isə müxtəlif funksiyalar yerinə yetirən siqnaldır. Həmin funksiyalara aşağıdakılar aid edilə bilər: - informativ-kommunikativ funksiya (informasiya mübadiləsi); - interaktiv funksiya (təmas); - qnoseoloji funksiya (dərketmə); - normativlik funksiyası (normaların təsbiti və ya ötürülməsi); - aksioloji funksiya (mənəvi və mədəni dəyərlər mübadiləsi); - sosial-praktik funksiya (bilik, bacarıq, vərdişlərin ötürülməsi). Kommunikasiyanın məzmunlu olması, əsasən, bu funksiyalardan asılıdır və bu, qarşılıqlı informasiya mübadiləsi prosesi üçün ilkin şərtdir. Bir məsələni də qeyd etmək zəruridir ki, kommunikasiya və təması eyniləşdirmək olmaz. Təmas ötəri və əksər hallarda məişətlə bağlı olan qarşılıqlı əlaqədir. Kommunikasiya isə peşəkar, konkret məqsəd daşıyan, öncədən hazırlanan qarşılıqlı əlaqəni nəzərdə tutur. Təmasın iştirakçısı istənilən şəxs ola bilər. Kommunikasiya iştirakçısı isə qarşı tərəfə (kommunikasiyadakı tərəfdaşa) müəyyən təsir məqsədi güdür. Təmasdan fərqli olaraq, kommunikasiya üçün hislər, emosiyalar səciyyəvi deyil. Onlar kommunikasiya zamanı təzahür etdiyi hallarda isə zərurətdən irəli gəlir, konkret əməli məqsəd daşıyır, bu və ya digər situativ məsələnin həllinə yardımçı olur. Müasir elmi ədəbiyyatda kommunikasiya növlərinin müxtəlif təsnifatları yer almışdır. Bunlardan ən geniş yayılanı həmin növləri aşağıdakı kimi təsnif edir: 1. İdraki kommunikasiya. Kommunikasiyanın bu növü tərəfdaşın bilik dairəsinin, informasiya fondunun genişləndirilməsi məqsədini güdür. Belə kommunikasiya nəticəsində yeni əldə olunan informasiya mənimsənilir, yeni biliklər əməli fəaliyyətdə tətbiq edilir; 2. İnandırıcı kommunikasiya. Bu zaman əsas məqsəd müsahibi müəyyən dəyərləndirmələrə yönəltmək, təşəbbüskarın özünə lazım olan fikirlər aşılamaq üçün zəruri olan müəyyən hislər oyatmaqdır. 3. Ekspressiv kommunikasiya. Məqsəd müsahibi sonradan sizin üçün zəruri hərəkətlərə sövq etmək üçün onda xüsusi psixoemosional durum formalaşdırmaqdır. Nəticədə tərəfdaşın emosional durumu dəyişir, o, təşəbbüskara sərf edən konkret əməllərə və fəaliyyətə cəlb olunur. 4. Akademik kommunikasiya. Elmlə bağlı hansısa informasiyanın çatdırılmasını nəzərdə tutur. Məqsəd ya müəyyən biliklərin aşılanması, ya da yeni elmi nailiyyətlərin açıqlanmasıdır. 5. İşgüzar kommunikasiya. İşgüzar münasibətlər, işbirliyi qurmaq, yeni məhsulu, əmtəəni təqdim etmək, mövcud işgüzar əlaqələri və münasibətləri genişləndirmək, daha yüksək səviyəyə qaldırmaq və s. məqsədlərə xidmət edir. Kommunikasiya problemləri getdikcə müxtəlif peşə sahibi olan, müxtəlif təhsil almış insanlarda daha böyük maraq doğurmaqla yanaşı, fəaliyyətin bütün sahələrində mütəxəssislər üçün ən zəruri peşə kompetensiyalarının tərkib hissəsinə çevrilmişdir. Müasir dövrdə istənilən mütəxəssis öz sahəsində kommunikasiya qurmağı bacarmalı, publik nitqin əsaslarına yiyələnməlidir. Həm ayrılıqda hər bir insanın, həm də bütövlükdə cəmiyyətin formalaşması və inkişafı üçün kommunikasiyanın önəmi nədən ibarətdir? Birincisi, kommunikasiya insan şəxsiyyətinin formalaşması, həm başqa insanları, həm də özünü dərk etmənin üsulu, onun cəmiyyətin üzvü kimi formalaşmasının zəruri şərti qismində çıxış edir. Kommunikasiya olmadan insan bir şəxsiyyət kimi formalaşa bilməz. Kommunikasiya həm də istənilən insan birliyinin mövcudluğunun əsas amillərindən və şərtlərindən biri kimi çıxış edir, çünki bunlar şəxslər, qruplar və birliklər arasında kommunikasiya əsasında meydana çıxır və fəaliyyət göstərir. Kommunikasiya olmadan insan fəaliyyətinin hər hansı bir sahəsi mövcud ola bilməz.



Sual 3. Rəsmi işgüzar və elmi üslub barədə.


Cavab: Rəsmi — işgüzar üslub — rəsmi və işgüzar sənədlərin dilidir. Bu üslubda fikir müəyyən qəlibə düşmüs (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi — işgüzar üslub hamı üçün eynidir — standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli rəsmi — işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşıbdır.
Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi — işgüzar üslubda bir sıra arxaik sözlər və köhnelmiş sintaktik qəliblər uzuu müddət qorunub saxlanılır.
Rəsmi — işgüzar üslub iki yerə ayrılır: rəsmi sənədlərin dili, işgüzar sənədlərin dili.
Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər (məsələn, prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, konstitusiya və s.) rəsmi sənədlər sayılır.
Rəsmi sənədlər mütəxəssislər tərəfindən hazırlamr, yerlərdə müzakirə edilir, sonra isə təsdiqlənir.
Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:


  • Dilin maksimum mükəmməlliyi;




  • Fikrin tam aydınlığı;




  • Fıkrin (sözlərin) birmənalılığı;




  • Fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması);




  • Dil yığcamlığı.

Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir.
İşgüzar sənədlər isə ayrı-ayrı vətəndaşlara aid olur. Ərizə, tərcüməyi-hal, akt, xasiyyətnamə, elan, reklam və s. İşgüzar sənədlərdir. İşgüzar sənədlər hamı üçün eyni olan standart formalarda hazırlanır. Belə sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır.

Rəsmi — işgüzar üslubun şifahi forması Rəsmi — işgüzar üslub — rəsmi və işgüzar sənədlərin dilidir. Bu üslubda fikir müəyyən qəlibə düşmüs (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi — işgüzar üslub hamı üçün eynidir — standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli rəsmi — işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşıbdır. Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi — işgüzar üslubda bir sıra arxaik sözlər və köhnelmiş sintaktik qəliblər uzuu müddət qorunub saxlanılır. Rəsmi — işgüzar üslub iki yerə ayrılır: rəsmi sənədlərin dili, işgüzar sənədlərin dili. Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər (məsələn, prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, konstitusiya və s.) rəsmi sənədlər sayılır. Rəsmi sənədlər mütəxəssislər tərəfindən hazırlamr, yerlərdə müzakirə edilir, sonra isə təsdiqlənir. Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır: — dilin maksimum mükəmməlliyi; — fikrin tam aydınlığı; — fıkrin (sözlərin) birmənalılığı; — fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması); — dil yığcamlığı. Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir. İşgüzar sənədlər isə ayrı-ayrı vətəndaşlara aid olur. Ərizə, tərcüməyi-hal, akt, xasiyyətnamə, elan, reklam və s. işgüzar sənədlərdir. İşgüzar sənədlər hamı üçün eyni olan standart formalarda hazırlanır. belə sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır. Rəsmi — işgüzar üslubun şifahi forması olmur.

Elmi üslub — milli elmi təfəkkürün ifadəsidir. O, müxtəlif elm sahalərinin dilidir. Elmi üslubun əsas xüsusiyyəti məntiqilik, dəqiqlik, ardıcıllıq və konkretlikdir. Elmin müxtəlif sahalərinə aid kitab,dərslik və məqalələr elmi üslubda yazılır. Bədii üslubun əsas göstəriciləri olan obrazlılığa, emosionallığa elmi üslubda, demək olar ki, təsadüf edilmir.

Elmi üslubun əsas səciyyəvi xüsusiyyətlərindən biri də onda ixtisas sözlərinin — terminlərin bol — bol işlənməsidir. Hər bir elm sahəsinin özünəməxsus terminləri vardır ki, onlar yalnız mütəxəssislər üçün tam və dəqiq şəkildə anlaşıqlı olur.

Elmi üslubda mürəkkəb cümlələr, modal sözlər çox işlənir. Elmi üslubda fikrin daha dəqiq və yığcam şəkildə ifadəsi üçün çox vaxt müxtəlif sxem və qrafiklərdən, şərti işarələrdən geniş istifadə edilir. Elmi üslubda söz və ifadələr müəyyən elmi anlayışları birmənalı şəkildə, birbaşa ifadə edir. Buna görə də elmi üslubda fikrin müxtəlif cür anlaşılmasına, mətnaltı mənaya və ya çoxmənalılığa yol verilmir.
Sözün terminoloji funksiyası.Sözün elmi üslubdakı əsas vəzifəsinə onun terminoloji funksiyası deyilir.Mətndə birbaşa terminoloji funksiya daşıyan söz və ya ifadə termin adlanır.

Başqa üslublar üçün səciyyəvi olmayan terminlər elmi üslubun əsas göstəricilərindən biridir. Elmi mətndəki hər hansı bir sözü termin kimi qəbul etmək olmaz. Termin, ilk növbədə, ayrı-ayrı elm sahəsinə aid oları və yalnız həmin elm sahəsində işləyən mütəxəssislər üçün anlaşıqlı olur.Terminin daha bir xüsusiyyəti təkmənalı olması, yəni bir anlamı ifadə etməsi və yığcamlığıdır. Dünyanın bir çox dillərində olduğu kimi, bizim dilimizdə də alınma terminologiya — beynəlmiləl səciyyə daşıyan ixtisas sözləri çoxdur. Elmi terminlərin çoxu bir sıra dünya dillərində eyni olur. Məsələn: fonetika, leksikologiya, sinus, kosinus, qravitasiya,hidrodinamika və s.







Sual 4. İşgüzar nitq mədəniyyəti barədə.


Cavab: İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi hansısa aydın saziş, söhbətin həllini nəzərdə tutur. Məsələn, həmkarlar, rəis və tabeçilikdə olan şəxs və s. Burada tərəfdaşların hər birinin statusu müəyyən olunur.

Ünsiyyət bacarığı hər hansı şəraitə uyğunlaşmağa imkan verir. İşçilər ünsiyyətin əlaqələndirici (kommunikator) tərəfinə lazımi əhəmiyyət vermədiklərinə görə çox şey itirirlər. Rəhbər həmişə üzdə olan şəxsdir. Ona görə də o, öz hərəkətinə nəzarət etməli, davranış taktikası barədə düşünməli, son nəticəni proqnozlaşdırmalı və işgüzar ünsiyyət etikasına riayət etməlidir.

İşgüzar ünsiyyət etikası məzmunca daha zəngindir. Məsələn, vergi sahəsindəki işgüzar ünsiyyət mədəniyyətinə diqqət yetirək. Burada işgüzar ünsiyyət etikası vergi işçisinin peşəkar davranışının və əxlaqının ən vacib tərəfidir. Xidmət bölməsinin vergi işçilərinin işgüzar ünsiyyət etikasını bilməmələri və ona riayət etməmələri bir çox vergi ödəyicilərinin onlarla ünsiyyət qurmaqdan imtina etmələri ilə nəticələnir və vergi işçiləri xoşagəlməz tənqid obyektinə çevrilirlər. Özlərinə hörmət edən vergi ödəyiciləri vergi əməkdaşının qeyri-peşəkar ünsiyyət etikası ilə qarşılaşdığı hallarda müvafiq reaksiya nümayiş etdirirlər. Bütün bunlar vergi əməkdaşlarının ictimai nüfuzunun azalmasına gətirib çıxara bilər. İşgüzar ünsiyyət və nitq mədəniyyətinin harmoniyası, bu harmoniyanın qoruyub saxlanılması vergi ödəyicilərinə xidmət sferasında funksional idarəetmənin yeni formalarının tətbiqinə geniş imkanlar yaradır. Bu yanaşma yeni mərhələdə vergi ödəyicilərinə göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsini, vergi ödəyicilərinə xidmət sahəsinin, vergi qanunvericiliyinə könüllü əməletmə prosesinin inkişaf etdirilməsini nəzərdə tutur.

Eyni sahədə çalışanların ünsiyyəti geniş mənada ünsiyyətdən onunla fərqlənir ki, belə ünsiyyət prosesində məqsəd və öz həllini tələb edən konkret vəzifələr qoyulur. İşgüzar ünsiyyətdə tərəf müqabili ilə qarşılıqlı əlaqələri kəsmək mümkün deyil. İşgüzar ünsiyyətin əhəmiyyətli hissəsini xidməti ünsiyyət, yəni insanların təşkilat daxilində, iş vaxtında həyata keçirilən qarşılıqlı fəaliyyəti tutur. Lakin işgüzar ünsiyyət xidməti ünsiyyətə nisbətən daha geniş anlayışdır, çünki həm də muzdlu işçilərin və fərdi işəgötürənlərin qarşılıqlı fəaliyyətini əhatə edir və təkcə təşkilatlarda yox, ən müxtəlif səviyyəli işgüzar qəbullarda, seminarlarda, sərgilərdə və s. Baş verir.

İşgüzar ünsiyyət aşağıdakı əsas formalarda həyata keçirilir: işgüzar söhbət; işgüzar danışıqlar; mübahisə, diskussiya, polemika; işgüzar müşavirə; kütlə qarşısında çıxış; telefon danışıqları; işgüzar məktublaşma. İşgüzar söhbət müəyyən suallar, yaxud problemlərlə əlaqədar informasiya, yaxud fikir mübadiləsidir. İşgüzar danışıqlar maraqlı tərəflərin ünsiyyəti prosesində razılaşdırılmış qərar qəbul edilməsinin əsas vasitəsidir. İşgüzar müşavirə problemlərin mütəxəssislər qrupu tərəfindən kollektiv müzakirəsi üsuludur. İşgüzar məktublaşma mətnin xüsusi üsulla ötürülməsi ilə əlaqədar müxtəlif məzmunlu sənədlərin ümumiləşdirilmiş adıdır.

İşgüzar ünsiyyətdə “yuxarıdan-aşağı”, daha doğrusu rəhbərliklə tabeçilikdəkilər arasındakı münasibətləri, etikanın qızıl qaydasını aşağıdakı kimi ifadə etmək olar: “Çalışın tabeçiliyinizdəkilərlə qurduğunuz münasibət, rəisinizdən gözlədiyiniz münasibətə bənzəsin”. İşgüzar ünsiyyət mədəniyyəti və uğuru çox hallarda rəhbərin öz işçilərinə qarşı istifadə etdiyi etik norma və prinsiplərdən asılıdır. Norma və prinsiplər dedikdə xidmət zamanı hansı hərəkətlərin etik cəhətdən məqbul, hansının isə qeyri-məqbul olduğu nəzərdə tutulur. Bu normalar ilk növbədə idarəetmə prosesində qəbul olunan sərəncamların nəyin əsasında verilməsinə, işgüzar ünsiyyəti müəyyən edən xidməti intizamın necə təzahür etməsinə aiddir.

Rəhbər və tabeçilikdəkilər arasında işgüzar ünsiyyət etikası pozulduqda kollektivdə insanların əksəriyyəti özlərini narahat, mənəvi cəhətdən müdafiəsiz hesab edirlər. Rəhbərin işçiyə münasibəti işgüzar ünsiyyətin bütün xarakterinə təsir edir, əksər hallarda isə onun əxlaqi-psixoloji iqlimini müəyyənləşdirir. İlk növbədə, məhz bu səviyyədə əxlaq etalonları və davranış qaydaları formalaşır.

İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi hansısa sövdənin gerçəkləşməsi, mövcud problemin həlli, yeni əməkdaşlığın qurulması və s. Ola bilər. Ünsiyyətin tərəfləri qismində isə həmkarlar, rəis və tabeçilikdə olan şəxslər, tərəfdaşlar və s. Çıxış edir. Burada tərəflərin hər birinin statusu müəyyən olunur.



İlk öncə şəxs öz işgüzar sahəsindən olan sanballı peşəkarların simpatiyasını qazanmalı və həmin insanlarla kontakta girməyi bacarmalıdır. Yeni başlayan əksər işgüzarların uğuru düzgün tərəfdaş seçimindən asılı olur.

Sözsüz ki, bu və ya digər sahədən olan məşhur peşəkar ilə əməkdaşlıq yeni başlayan tərəf üçün arzuolunan nəticənin əldə edilməsini asanlaşdırır. Amma bir çox insanlar işgüzar münasibətlər yaratmağa çalışdığı zaman kobud səhvlərə yol verir, bu əlaqələr bəzən çox birbaşa, dikbaş, kobud və bezikdirici şəkildə alınır. Belə cəhdlər təcrübəli biznesmenlərdə gülüş və kinayədən başqa heç nə oyatmır. Buna görə də hətta biznesmenlər mühitindən çıxmış ağıllı və hazırlıqlı insanlar belə, onları maraqlandıran şəxslərlə tərəfdaşlıq münasibətlərinin düzgün qurulması üçün müəyyən alqoritmlərə ehtiyac duyurlar. Bu, bir növ özünəməxsus dostluq və yoldaşlığın təməlidir, daha sonra isə onu partnyorluq münasibətlərinə və ya düşünülmüş layihənin gerçəkləşməsinin digər formasına çevirmək olar)İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi hansısa aydın saziş, söhbətin həllini nəzərdə tutur. Məsələn, həmkarlar, rəis və tabeçilikdə olan şəxs və s. Burada tərəfdaşların hər birinin statusu müəyyən olunur. Ünsiyyət bacarığı hər hansı şəraitə uyğunlaşmağa imkan verir. İşçilər ünsiyyətin əlaqələndirici (kommunikator) tərəfinə lazımi əhəmiyyət vermədiklərinə görə çox şey itirirlər. Rəhbər həmişə üzdə olan şəxsdir. Ona görə də o, öz hərəkətinə nəzarət etməli, davranış taktikası barədə düşünməli, son nəticəni proqnozlaşdırmalı və işgüzar ünsiyyət etikasına riayət etməlidir. İşgüzar ünsiyyət etikası məzmunca daha zəngindir. Məsələn, vergi sahəsindəki işgüzar ünsiyyət mədəniyyətinə diqqət yetirək. Burada işgüzar ünsiyyət etikası vergi işçisinin peşəkar davranışının və əxlaqının ən vacib tərəfidir. Xidmət bölməsinin vergi işçilərinin işgüzar ünsiyyət etikasını bilməmələri və ona riayət etməmələri bir çox vergi ödəyicilərinin onlarla ünsiyyət qurmaqdan imtina etmələri ilə nəticələnir və vergi işçiləri xoşagəlməz tənqid obyektinə çevrilirlər. Özlərinə hörmət edən vergi ödəyiciləri vergi əməkdaşının qeyri-peşəkar ünsiyyət etikası ilə qarşılaşdığı hallarda müvafiq reaksiya nümayiş etdirirlər. Bütün bunlar vergi əməkdaşlarının ictimai nüfuzunun azalmasına gətirib çıxara bilər. İşgüzar ünsiyyət və nitq mədəniyyətinin harmoniyası, bu harmoniyanın qoruyub saxlanılması vergi ödəyicilərinə xidmət sferasında funksional idarəetmənin yeni formalarının tətbiqinə geniş imkanlar yaradır. Bu yanaşma yeni mərhələdə vergi ödəyicilərinə göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsini, vergi ödəyicilərinə xidmət sahəsinin, vergi qanunvericiliyinə könüllü əməletmə prosesinin inkişaf etdirilməsini nəzərdə tutur. Eyni sahədə çalışanların ünsiyyəti geniş mənada ünsiyyətdən onunla fərqlənir ki, belə ünsiyyət prosesində məqsəd və öz həllini tələb edən konkret vəzifələr qoyulur. İşgüzar ünsiyyətdə tərəf müqabili ilə qarşılıqlı əlaqələri kəsmək mümkün deyil. İşgüzar ünsiyyətin əhəmiyyətli hissəsini xidməti ünsiyyət, yəni insanların təşkilat daxilində, iş vaxtında həyata keçirilən qarşılıqlı fəaliyyəti tutur. Lakin işgüzar ünsiyyət xidməti ünsiyyətə nisbətən daha geniş anlayışdır, çünki həm də muzdlu işçilərin və fərdi işəgötürənlərin qarşılıqlı fəaliyyətini əhatə edir və təkcə təşkilatlarda yox, ən müxtəlif səviyyəli işgüzar qəbullarda, seminarlarda, sərgilərdə və s. baş verir. İşgüzar ünsiyyət aşağıdakı əsas formalarda həyata keçirilir: işgüzar söhbət; işgüzar danışıqlar; mübahisə, diskussiya, polemika; işgüzar müşavirə; kütlə qarşısında çıxış; telefon danışıqları; işgüzar məktublaşma. İşgüzar söhbət müəyyən suallar, yaxud problemlərlə əlaqədar informasiya, yaxud fikir mübadiləsidir. İşgüzar danışıqlar maraqlı tərəflərin ünsiyyəti prosesində razılaşdırılmış qərar qəbul edilməsinin əsas vasitəsidir. İşgüzar müşavirə problemlərin mütəxəssislər qrupu tərəfindən kollektiv müzakirəsi üsuludur. İşgüzar məktublaşma mətnin xüsusi üsulla ötürülməsi ilə əlaqədar müxtəlif məzmunlu sənədlərin ümumiləşdirilmiş adıdır. İşgüzar ünsiyyətdə “yuxarıdan-aşağı”, daha doğrusu rəhbərliklə tabeçilikdəkilər arasındakı münasibətləri, etikanın qızıl qaydasını aşağıdakı kimi ifadə etmək olar: “Çalışın tabeçiliyinizdəkilərlə qurduğunuz münasibət, rəisinizdən gözlədiyiniz münasibətə bənzəsin”. İşgüzar ünsiyyət mədəniyyəti və uğuru çox hallarda rəhbərin öz işçilərinə qarşı istifadə etdiyi etik norma və prinsiplərdən asılıdır. Norma və prinsiplər dedikdə xidmət zamanı hansı hərəkətlərin etik cəhətdən məqbul, hansının isə qeyri-məqbul olduğu nəzərdə tutulur. Bu normalar ilk növbədə idarəetmə prosesində qəbul olunan sərəncamların nəyin əsasında verilməsinə, işgüzar ünsiyyəti müəyyən edən xidməti intizamın necə təzahür etməsinə aiddir. Rəhbər və tabeçilikdəkilər arasında işgüzar ünsiyyət etikası pozulduqda kollektivdə insanların əksəriyyəti özlərini narahat, mənəvi cəhətdən müdafiəsiz hesab edirlər. Rəhbərin işçiyə münasibəti işgüzar ünsiyyətin bütün xarakterinə təsir edir, əksər hallarda isə onun əxlaqi-psixoloji iqlimini müəyyənləşdirir. İlk növbədə, məhz bu səviyyədə əxlaq etalonları və davranış qaydaları formalaşır. İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi hansısa sövdənin gerçəkləşməsi, mövcud problemin həlli, yeni əməkdaşlığın qurulması və s. ola bilər. Ünsiyyətin tərəfləri qismində isə həmkarlar, rəis və tabeçilikdə olan şəxslər, tərəfdaşlar və s. çıxış edir. Burada tərəflərin hər birinin statusu müəyyən olunur. İlk öncə şəxs öz işgüzar sahəsindən olan sanballı peşəkarların simpatiyasını qazanmalı və həmin insanlarla kontakta girməyi bacarmalıdır. Yeni başlayan əksər işgüzarların uğuru düzgün tərəfdaş seçimindən asılı olur. Sözsüz ki, bu və ya digər sahədən olan məşhur peşəkar ilə əməkdaşlıq yeni başlayan tərəf üçün arzuolunan nəticənin əldə edilməsini asanlaşdırır. Amma bir çox insanlar işgüzar münasibətlər yaratmağa çalışdığı zaman kobud səhvlərə yol verir, bu əlaqələr bəzən çox birbaşa, dikbaş, kobud və bezikdirici şəkildə alınır. Belə cəhdlər təcrübəli biznesmenlərdə gülüş və kinayədən başqa heç nə oyatmır. Buna görə də hətta biznesmenlər mühitindən çıxmış ağıllı və hazırlıqlı insanlar belə, onları maraqlandıran şəxslərlə tərəfdaşlıq münasibətlərinin düzgün qurulması üçün müəyyən alqoritmlərə ehtiyac duyurlar. Bu, bir növ özünəməxsus dostluq və yoldaşlığın təməlidir, daha sonra isə onu partnyorluq münasibətlərinə və ya düşünülmüş layihənin gerçəkləşməsinin digər formasına çevirmək olar.




Sual 5. Sənəd haqqında danışın.


Cavab: Sənəd fakt və hadisələri özündə əks etdirir. Sənəd informasiyalarının hazırlanması, toplanması, məlumatların emalı, axtarışı, yayılması və istifadəsi

proseslərinin həyata keçirilməsinə xidmət edir. Bu anlayış

ictimai fəaliyyətin bütün sahələrində geniş istifadə olunmaqla, bir sıra mənalarda işlədilir.

Sənəd, ilk növbədə informasiya daşıyıcısıdır. Sənəd (lat. Documentum ) – qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcı.

Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır.

Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar:

Mətnli sənədlər əlyazması, makina və kompüter, kitab, jurnal, blanklar və s. Formada olurlar.

Qrafiki və təsviri sənədlər şəkil, sxem, kardioqramalar, planlar və s. Formada olurlar.

Audovüzal sənədlər səs yazılışları, diopozotivlər, kinofilmlər formasında olurlar. İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur.

İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır. Çap və əlyazması mətnində, maqnit lentində, foto-kino-video lent və kompakt diskdə qeydə alınmış hər hansı bir məlumat sosiologiyada sənədli məlumat (informasiya) adlanır. İstehsalın burada istifadə olunmuş mənası hamı tərəfindən işlədilən mənadan fərqlənir: danışıqda biz möhürlə təsdiq edilmiş və ya dövlət təşkilatları, vəzifəli şəxslər və s. Adından nəşr edilən materialları sənəd adlandırırıq. Bir çox hallarda sənədli mənbələr tədqiqatda ilkin məlumatlar toplanmasının nəinki əsas, həm də yeganə üsulu kimi çıxış edir. Məsələn, Avropa və Amerikada Polşa mühacirlərinin vəziyyətini təsvir etmək üçün Amerika sosioloqları U. Tomas və F. Znanietski çox böyük səy və diqqətlə onların şəxsi sənədlərini öyrənmişlər. İşdə istifadə olunmuş sənədlər arasında aşağıdakılar var idi: kəndli-mühacirlərin Polşada qalmış qohumlarına məktubları; mühacirət qəzetlərinin arxivləri; kilsə icmalarının, həmyerlilər birliklərinin, xeyriyyə cəmiyyətlərinin materialları və mühacirlərin işləri ilə bağlı məhkəmə materialları; nəhayət, kəndlilərdən birinin tədqiqatçıların xahişi ilə yazdığı 300 səhifədən ibarət nadir tərcümeyi-halı.


Sənədləri bir sıra əsasa görə təsnif etmək olar.
Məlumatların qeydə alınması üsuluna görə əlyazması və çap olunmuş sənədlər, kino və foto plyonkasına çəkilmiş, maqnit lentinə yazılmış sənədlər. Müəyyən bir məqsədlə bağlı olaraq yerinə yetirəcəyi vəzifəsinə görə tədqiqatçının özü tərəfindən seçilmiş materiallar da seçilir (məsələn, Tomas və Znanetskinin işində mühacirin tərcümeyi-halı). Bu sənədlər məqsədli sənədlər adlanır. Lakin sosioloq ondan asılı olmayaraq, hansısa digər məqsədlər üçün tərtib edilmiş materiallarla da, yəni hazırda mövcud olan sənədlərlə işləməli olur. Bir çox hallarda məhz bu materiallar sözün həqiqi mənasında sənədli məlumat adlandırılır.




Sual 6. Əməli yazı nümunələri.


Cavab: ərizə, tərcümeyi-hal, izahat, elan, bildiriş, reklam, anons, afişa, arayış, protokol, rəy, teleqram, annotasiya, akt, məktub, vəkalətnamə, əmr, etiket, hesabat, referat).

Sadalananlar əməli yazı nümunələrinə aiddir.Bunların hər biri gündəlik həyatımızda daim istifadə olunan nümunələrdir. Hər bir əməli yazı nümunələrinin özünəməxsus xüsusiyyəti var.







Sual 7. Elektron işgüzar kommunikasiya barədə.


Cavab: Sual 7)Elektron cihazlar müasir həyatın ayrılmaz hissəsinə çevrilib. Özəl və işgüzar həyatımızda elektron kommunikasiya əvəzedilməz yer tutur. Artıq internet şəbəkəsi həyatımızda zərurət hesab olunur. Təbii ki, bu inkişaf biznes dövriyyəsindən də yan keçməyib. Elektron kommunikasiya vasitəsilə kommersiya münasibətləri də sürətlənib. Şirkətdaxili və şirkətxarici əlaqələrdə e-mail yazışmalar, elektron sənəd dövriyyəsi və video danışıqlar biznes ahənginin zəruri hissəsinə çevrilib.
Texnoloji inkişafın gətirdiyi yeniliklər bəzən hüquqi qeyri-müəyyənliklərə də səbəb olur və bunların həlli hüquqşünasların üzərinə düşür. Bunlardan biri elektron yazışmanın (sənədin) məhkəmədə sübut kimi qəbul edilməsi məsələsidir. Hüquqdan fərqli olaraq, biznes yenilikləri daha tez qəbul və tətbiq edir. Sonradan problemlər və mübahisələr yarandıqda hüquqşünaslara müraciət edilir, hüquqşünaslarda isə bəzi hallarda sadə cavab olmur.
Korporativ həyatda elektron yazışma əsas kommunikasiya alətidir. Əksər hallarda biznes danışıqları elektron poçt (bundan sonra mətndə e-mail) vasitəsilə aparılır, kontragentlə müzakirələr və razılaşmalar e-mail ilə həyata keçirilir. Sənədlər elektron formada göndərilir.
Bütün bu proseslər çərçivəsində mübahisələr istisna deyil və tərəflər məhkəməyə getdikdə bir sual ortaya çıxır – məhkəmə məsələ üzrə danışıqları əks etdirən elektron yazışmanı sübut kimi qəbul edəcəkmi?
Elektron yazışmanın (sənədlərin) sübut kimi istifadəsinin qarşısında duran əsas problemlərdən biri elektron sənədin (məktubun) konkret şəxs tərəfindən göndərildiyini/alındığını müəyyən etməkdən ibarətdir.
Hazırda bəzən məhkəmələr müəyyən dərəcədə konservativ mövqeyə üstünlük verir və tələb olunan formata sahib olmayan elektron yazışmanı (sənədi) sübut kimi işə əlavə etməkdən imtina edirlər. Bu da anlaşılandır.
Elektron yazışma ilə kontragentlər biznesin və əməkdaşlığın müxtəlif hüquqi və təşkilati məsələlərini müzakirə edirlər. Tərəflər e-mail ilə əqdlərin vacib şərtlərini müəyyənləşdirir, əlavə və dəyişikliklər haqqında razılaşırlar. Bir çox hallarda çeviklik və sürət baxımından çatdırılma, ödəniş və sair vacib şərtlər e-mail ilə razılaşdırılaraq dərhal icra mərhələsinə addım atılır. Əqdin ikitərəfli imza-möhürlə rəsmiləşdirilməsi sonra həyata keçirilir və ya ümumiyyətlə, unudulur. Elektron cihazlar müasir həyatın ayrılmaz hissəsinə çevrilib. Özəl və işgüzar həyatımızda elektron kommunikasiya əvəzedilməz yer tutur. Artıq internet şəbəkəsi həyatımızda zərurət hesab olunur. Təbii ki, bu inkişaf biznes dövriyyəsindən də yan keçməyib. Elektron kommunikasiya vasitəsilə kommersiya münasibətləri də sürətlənib. Şirkətdaxili və şirkətxarici əlaqələrdə e-mail yazışmalar, elektron sənəd dövriyyəsi və video danışıqlar biznes ahənginin zəruri hissəsinə çevrilib. Texnoloji inkişafın gətirdiyi yeniliklər bəzən hüquqi qeyri-müəyyənliklərə də səbəb olur və bunların həlli hüquqşünasların üzərinə düşür. Bunlardan biri elektron yazışmanın (sənədin) məhkəmədə sübut kimi qəbul edilməsi məsələsidir. Hüquqdan fərqli olaraq, biznes yenilikləri daha tez qəbul və tətbiq edir. Sonradan problemlər və mübahisələr yarandıqda hüquqşünaslara müraciət edilir, hüquqşünaslarda isə bəzi hallarda sadə cavab olmur. Korporativ həyatda elektron yazışma əsas kommunikasiya alətidir. Əksər hallarda biznes danışıqları elektron poçt (bundan sonra mətndə e-mail) vasitəsilə aparılır, kontragentlə müzakirələr və razılaşmalar e-mail ilə həyata keçirilir. Sənədlər elektron formada göndərilir. Bütün bu proseslər çərçivəsində mübahisələr istisna deyil və tərəflər məhkəməyə getdikdə bir sual ortaya çıxır – məhkəmə məsələ üzrə danışıqları əks etdirən elektron yazışmanı sübut kimi qəbul edəcəkmi? Elektron yazışmanın (sənədlərin) sübut kimi istifadəsinin qarşısında duran əsas problemlərdən biri elektron sənədin (məktubun) konkret şəxs tərəfindən göndərildiyini/alındığını müəyyən etməkdən ibarətdir. Hazırda bəzən məhkəmələr müəyyən dərəcədə konservativ mövqeyə üstünlük verir və tələb olunan formata sahib olmayan elektron yazışmanı (sənədi) sübut kimi işə əlavə etməkdən imtina edirlər. Bu da anlaşılandır. Elektron yazışma ilə kontragentlər biznesin və əməkdaşlığın müxtəlif hüquqi və təşkilati məsələlərini müzakirə edirlər. Tərəflər e-mail ilə əqdlərin vacib şərtlərini müəyyənləşdirir, əlavə və dəyişikliklər haqqında razılaşırlar. Bir çox hallarda çeviklik və sürət baxımından çatdırılma, ödəniş və sair vacib şərtlər e-mail ilə razılaşdırılaraq dərhal icra mərhələsinə addım atılır. Əqdin ikitərəfli imza-möhürlə rəsmiləşdirilməsi sonra həyata keçirilir və ya ümumiyyətlə, unudulur.




Sual 8. İşgüzar və akademik kommunikasiyada etik normalar.

Cavab: Xalqın müstəqillik qazandığı, Azərbaycan dilinin sözün həqiqi mənasında

dövlət dili olduğu və geniş ünsiyyətə xidmət etdiyi indiki zamanda düzgün, aydın,

məntiqli, yığcam, canlı, sadə, dəqiq və təsirli danışa və yaza bilmək, başqa sözlə,

yüksək nitq mədəniyyətinə yiyələnmək mühüm tələb kimi qarşıya qoyulur.

Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və

aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı,

yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin

ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək

imkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacib

sayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər,

bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi

ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarından

nümunə götürməlidirlər.

Dilçilik ədəbiyyatında nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitq

mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik,

orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri

axtarışlar və təcrübi tədbirlər kompleksidir” Bu tərifi başqa bir şəkildə

ifadə etmiş olsaq, deyə bilərik ki, nitq mədəniyyəti danışıq və yazı zamanı

orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına

əməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir.

Nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğun

olaraq ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadə

edə bilmə bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündə

ehtiva edir: 1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını gözləməli. 2) nitq məharəti. Təkcə nitq normalarını deyil, həm də mövcud

variantlardan məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən daha

uyarlı dil vahidini seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika ilə

üslubiyyatın vəhdətidir.

Başqa bir mənbədə mədəni nitq, nitq mədəniyyəti anlayışı belə izah

olunur: “Nitq mədəniyyəti – nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadə

vasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadə

etmək bacarığı; dil səviyyələrinin və onlara daxil olan vahidlər sisteminin

formalaşdırılması, təkmilləşdirilməsi problemlərini, dil hadisə və proseslərinin

inkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsi”. Bu tərif nitq

mədəniyyəti anlayışını ehtiva etmək baxımından daha dəqiq və əhatəlidir.

Nitq mədəniyyəti insanın yüksək ictimai mədəniyyəti, təfəkkür mədə-

niyyəti, dilə şüurlu sevgisi, ən yüksək keyfiyyətdir. Böyük Britaniyada qadınların

nitqi ilə bağlı aparılan sosioloji tədqiqatlar göstərmişdir ki, nə qədər nitq

düzgündürsə qadın şəxsi və professional həyatda bir o qədər xöşbəxtdir. Bu nəticəni, şübhəsiz, dilin bütün daşıyıcılarına aid etmək olar. İnsanın nitqi onun iç dünyasını aşkarlayan başlıca vasitədir. Adamları tanımaq, onlara bələd olmaq üçün, hər şeydən əvvəl, ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Antik dövrün böyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”. Həzrət Əli buyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və ya ağılsız olması məlum olmur. Tarixi inkişafın bütün dövrlərində nitqə, onun

gözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət verilmişdir.

“Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm

söz anlayan olasan, həm də söz anladasan”

Maraqlı və canlı danışıq aləmi səslərin deyiliş tərzi, işlənmə forması ilə

çox bağlıdır. K.S.Stanislavskinin dediyi kimi, “sadə və gözəl danışığı bacarmaq

özü bir elmdir və onun xüsusi qanunları var”.

A.P.Çexov “Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiq

ola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər” fikrini söyləmişdir





Sual 9. İşgüzar va akademik kommunikasiyada etik normalar.


Cavab: İşgüzar yazışmalarda məktubların hazırlanmasında
Başlıca tələblərdən biri də - işgüzar etiket qaydalarının

Gözlənilməsidir. Etiket qaydalarının gözlənilməsi məktub

Müəllifi və yaxud onun təmsil etdiyi təşkilatla işgüzar mümasibətlərin qurulması və pozitiv istiqamətdə inkişafına

Kömək etməklə gələcək əməkdaşlığın sağlam təməl üzərində qurulmasına, qarşılıqlı fayda əldə edilməsinə və etibarlı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Ona görə də işgüzar məktubların hazırlanması zamanı qarşılıqlı

Münasıbətlərin arzu olunan istiqmətdə inkişafı üçün aşağıfakı etiket qaydalarına əməl edilməlidir:

Qarşı tərəfə hörmət əlaməti olaraq işgüzar məktubun bir ünvana göndərilməsi daha məqsədə uyğundur.

Bu birbaşa işgüzar əlaqələrin möhkəmlənməsinə münbit

Şərait yaradır.

Hüquqi və ya fiziki şəxsin ünvanına daxil olmuş

Məktuba mütləq cavab verilməlidir. Bu zaman verilən cavab konkret və aydın olmalı, quru sözlərdən və sırf dəftərxana ifadələrdən ibarət olmamalıdır. məktubun bir neçə ünvana göndərilməsi zərurəti

Yarandıqda, hər bir nüsxənin üzərinə “ surəti : ”sözü əlavə

Olunmalıdır. Məsələn, “Azərbaycan Respublikası Təhsil

Nazirliyinə”. Surəti : ”Bakı şəhər icra hakimiyyətinə”.

Bu kimi hallarda işgüzar məktubun göndərildiyi birinci şəxs və ya təşkilat həmin məktuba cavab verməlidir.

Məktubun surətinin göndərildiyi şəxsin və ya təşkilatın

Cavabı məcburi deyildir.

Hər bir işgüzar mektubun konkret mövzusu olmalıdır. Mövzunun aydınlığı qarşı tərəfə vaxta qənaət etməyə

Və digər yazışmalar arasından göndərilən məktubun asanlıqla tapılmasına və vaxtında cavab verilməsinə kömək

Edir.

İşgüzar məktub salamlaşma ilə başlamalı, sonra



İsə onun ünvanlandığı şəxsə və təşkilata müraciətlə davam

Etdirilməlidir. Bu etiket qaydası qarşı tərəfin sizin həmkarınız və ya digər şəxs olmasından asılı olmayaraq, onun sizin üçün vacib şəxs olması qənaətinə gəlməsinə səbəb ola bilər. Bu isə öz növbəsində işgüzar münasibətlərin daha

Səmərəli qurulmasına kömək edər.

Yuxarıda göstərilən etiket qaydalarına əməl etməklə yanaşı, eyni zamanda işgüzar məktubların hazırlanmasında şablon sözlər və ifadələr işlədilir. İşgüzar yazışmalarda aşagıdakı ünsiyyət formalarından istifadə olunur ki, bunlar

Da xahiş, məlumat, təklif və ya hər hansı faktın təsdiq edilməsi formasında ifadə olunur. Məsələn, məktub yazılarkən

Onun giriş hissəsində “xahiş edirik,” “çox xahiş edirik”,



”bir daha xahiş edirik”, ”bildiririk”, “eyni zamanda bildiririk”, ”bir daha xatırladırıq” və sair şablon ifadələrdən istifadə olunur.




Sual 10. İşgüzar söhbət və onun növləri.


Cavab: Blok 1 (Sual 10)İşgüzar ünsiyyət təkcə bütövlükdə bir müəssisənin deyil, həm də bir şəxsin uğurlu inkişafı üçün əsasdır. Norm və qaydalarla dəstəklənən insanlar arasındakı əlaqənin vacib bir növüdür. İşgüzar ünsiyyət etikasının məqsədləri yalnız tərəflərin tam hüquqlu və münaqişəsiz qarşılıqlı fəaliyyətinə yönəldiləcək, eyni zamanda insanların mənəvi davranışlarına zidd olmayan ünsiyyət prinsiplərinin formalaşdırılmasıdır. Məqsəd müəyyən bir istehsal, elmi və ya kommersiya vəzifəsinə tabedir. İşgüzar ünsiyyətin əsas vəzifəsi, məlumat mübadiləsi ilə müəyyən edilən və ortaq nəticəyə nail olmaq məqsədi ilə məlumatlandırma və ya intizam xarakteri daşıyan tərəfdaşlarla məhsuldar əməkdaşlıq və əlaqələrin yaxşılaşdırılmasıdır. İşgüzar ünsiyyət iş yerlərindəki həmkarlar, menecerlər və tabeliyində olanlar, tərəfdaşlar, rəqiblər və rəqiblər arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin qurulmasına və inkişafına kömək edir. Ortaq məqsədə çatmaq üçün bu cür metodları nəzərdə tutur ki, bu da nəinki istisna etmir, əksinə, şəxsən əhəmiyyətli hədəflərə çatmağı, şəxsi maraqların təmin edilməsini də şərtləndirir. Üstəlik, fiziki və hüquqi şəxslərin maraqlarından danışırıq. İşgüzar ünsiyyət təkcə bütövlükdə bir müəssisənin deyil, həm də bir şəxsin uğurlu inkişafı üçün əsasdır. Norm və qaydalarla dəstəklənən insanlar arasındakı əlaqənin vacib bir növüdür.
İşgüzar ünsiyyət etikasının məqsədləri yalnız tərəflərin tam hüquqlu və münaqişəsiz qarşılıqlı fəaliyyətinə yönəldiləcək, eyni zamanda insanların mənəvi davranışlarına zidd olmayan ünsiyyət prinsiplərinin formalaşdırılmasıdır. Məqsəd müəyyən bir istehsal, elmi və ya kommersiya vəzifəsinə tabedir. İşgüzar ünsiyyətin əsas vəzifəsi, məlumat mübadiləsi ilə müəyyən edilən və ortaq nəticəyə nail olmaq məqsədi ilə məlumatlandırma və ya intizam xarakteri daşıyan tərəfdaşlarla məhsuldar əməkdaşlıq və əlaqələrin yaxşılaşdırılmasıdır.
İşgüzar ünsiyyət iş yerlərindəki həmkarlar, menecerlər və tabeliyində olanlar, tərəfdaşlar, rəqiblər və rəqiblər arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin qurulmasına və inkişafına kömək edir. Ortaq məqsədə çatmaq üçün bu cür metodları nəzərdə tutur ki, bu da nəinki istisna etmir, əksinə, şəxsən əhəmiyyətli hədəflərə çatmağı, şəxsi maraqların təmin edilməsini də şərtləndirir. Üstəlik, fiziki və hüquqi şəxslərin maraqlarından danışırıq.
Belə birgə fəaliyyət ümumi məqsədlərin, motivlərin, iştirakçıların münasibətlərinə riayət olunmasını nəzərdə tutur əmək prosesi, həmçinin fərdi funksiyaların aralarında bölüşdürülməsi. İşgüzar danışıqları ustalıqla aparmaq bacarığı və həmsöhbətin şəxsi xüsusiyyətlərinin xüsusiyyətləri, məqsədləri, vəzifələri və maraqları düzgün peşəkar görüşlər və danışıqlar aparmaq üçün müəyyənedici amillər hesab edilə bilər.
Münasibətin düzgün variantını tapmaq bacarığı və qabiliyyəti, nüfuzunu qiymətləndirən hər bir şirkətin istədiyi işgüzar ünsiyyət sənətidir. Dəyərlər etik davranış bu gün azalır, bu, etik normalara zidd olaraq rüşvət, hədiyyə və digər qanunsuz ödənişlər təklif edən və ya hədə-qorxu gələrək firma və idarəçilərin davranışlarında əks olunur, buna görə işgüzar ünsiyyətin məqsəd və vəzifələri də müasir cəmiyyətin mədəniyyətinin yüksəldilməsində özünü büruzə verir. İşgüzar ünsiyyətin təşkili, ilk növbədə, əməkdaşlıq prinsiplərinə, qarşılıqlı ehtiyac və istəklərə, işin maraqlarından irəli gələn tərəfdaşlıq əsasında qurulmalıdır. Bu cür əməkdaşlıq istehsalın, ticarətin və biznesin tərəqqisində ən vacib amil olan əmək məhsuldarlığını, yaradıcılığı artıracaqdır.
İşgüzar ünsiyyət anlayışı
İşgüzar ünsiyyət, fəaliyyət, məlumat və təcrübə mübadiləsinin aparıldığı qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət prosesidir. Əvvəllər qeyd olunduğu kimi, ünsiyyətdən geniş mənada, onun həllində bir məqsəd və konkret vəzifələr qoyulduğu ilə fərqlənir. İşgüzar ünsiyyətdə, hər iki tərəf üçün itkisiz bir tərəfdaşla əlaqəyə son qoymaq mümkün deyil.
İşgüzar ünsiyyətin xüsusiyyətləri bunlardır:


  1. Tərəfdaş həmişə mövzu üçün əhəmiyyətli bir insan kimi çıxış edir;




  1. Ünsiyyətcil insanlar iş məsələlərində yaxşı qarşılıqlı anlaşma ilə fərqlənir;




  1. İşgüzar ünsiyyətin əsas vəzifəsi məhsuldar əməkdaşlıqdır.

Gündəlik həyatda çoxsaylı böyük və kiçik qruplar şəklində təmsil olunan müəyyən cəmiyyətlərdə (sosial, peşə, milli-etnik, cins, yaş və s.) Cəmiyyətin daimi və zəruri bir hadisəsi olaraq işgüzar ünsiyyət yaranır və fəaliyyət göstərir. Onların içərisində insanların psixikası formalaşır və inkişaf edir, ümumi bir cəmiyyətdə rəsmi və qeyri-rəsmi işgüzar ünsiyyətin məzmununu müəyyən edən spesifik sosial-psixoloji hadisələr və proseslər.


İşgüzar ünsiyyət aşağıdakı şərtlərin həyata keçirilməsini əhatə edir:


  1. Bəyənmə və bəyənməməyinizdən asılı olmayaraq bütün rabitə iştirakçılarının məcburi təmasları;




  1. Ünsiyyətin mövzu-hədəf məzmunu;




  1. Tabeçilik və iş etiketinə riayət edərkən iş rolları, hüquqları, funksional vəzifələri nəzərə alınmaqla qarşılıqlı fəaliyyətin formal rol prinsiplərinə riayət etmək;




  1. İşgüzar ünsiyyətin bütün iştirakçılarının son nəticəyə çatmasında və şəxsi niyyətlərinin həyata keçirilməsində qarşılıqlı asılılığı;




  1. Yüksək (oyun, manipulyasiya) daxil olmaqla qarşılıqlı əlaqədə iştirakçıların kommunikativ nəzarəti;




  1. Rəsmi məhdudiyyətlər:




    1. Şərti, yəni hüquqi, sosial normalara riayət edilməsi, qaydalara riayət edilməsi (məsələn, təlimat, protokol və s.);




    1. Situasiya, yəni rabitə vəziyyətini nəzərə alan məhdudiyyətlər (məsələn, işgüzar söhbət, görüş, təqdimat, danışıqlar və s.). Müvafiq bir məkan mühiti yaratmaqla, adekvat rabitə vasitələrindən istifadə etməklə, müəyyən bir qaydada məqsədli şəkildə qarşılıqlı əlaqə qurmaq lazımdır;




    1. Emosional, yəni stresə qarşı müqavimət göstərmək ehtiyacı – özünü idarə etmək, emosional mədəniyyət nümayiş etdirmək; d) şiddətlidir, yəni məlumat mahiyyətli olmadıqda əlaqələrin kəsilməsinə icazə verilir.

İşgüzar ünsiyyət dili rəsmi şəxsdir iş tərzi hecanın funksional növü olan və işgüzar, sahibkarlıq, ticarət və digər peşə fəaliyyəti sahəsində kommunikativ qarşılıqlı fəaliyyət üçün nəzərdə tutulmuş nitq. Belə birgə fəaliyyət ümumi məqsədlərin, motivlərin, iştirakçıların münasibətlərinə riayət olunmasını nəzərdə tutur əmək prosesi, həmçinin fərdi funksiyaların aralarında bölüşdürülməsi. İşgüzar danışıqları ustalıqla aparmaq bacarığı və həmsöhbətin şəxsi xüsusiyyətlərinin xüsusiyyətləri, məqsədləri, vəzifələri və maraqları düzgün peşəkar görüşlər və danışıqlar aparmaq üçün müəyyənedici amillər hesab edilə bilər. Münasibətin düzgün variantını tapmaq bacarığı və qabiliyyəti, nüfuzunu qiymətləndirən hər bir şirkətin istədiyi işgüzar ünsiyyət sənətidir. Dəyərlər etik davranış bu gün azalır, bu, etik normalara zidd olaraq rüşvət, hədiyyə və digər qanunsuz ödənişlər təklif edən və ya hədə-qorxu gələrək firma və idarəçilərin davranışlarında əks olunur, buna görə işgüzar ünsiyyətin məqsəd və vəzifələri də müasir cəmiyyətin mədəniyyətinin yüksəldilməsində özünü büruzə verir. İşgüzar ünsiyyətin təşkili, ilk növbədə, əməkdaşlıq prinsiplərinə, qarşılıqlı ehtiyac və istəklərə, işin maraqlarından irəli gələn tərəfdaşlıq əsasında qurulmalıdır. Bu cür əməkdaşlıq istehsalın, ticarətin və biznesin tərəqqisində ən vacib amil olan əmək məhsuldarlığını, yaradıcılığı artıracaqdır. İşgüzar ünsiyyət anlayışı İşgüzar ünsiyyət, fəaliyyət, məlumat və təcrübə mübadiləsinin aparıldığı qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət prosesidir. Əvvəllər qeyd olunduğu kimi, ünsiyyətdən geniş mənada, onun həllində bir məqsəd və konkret vəzifələr qoyulduğu ilə fərqlənir. İşgüzar ünsiyyətdə, hər iki tərəf üçün itkisiz bir tərəfdaşla əlaqəyə son qoymaq mümkün deyil. İşgüzar ünsiyyətin xüsusiyyətləri bunlardır: 1) tərəfdaş həmişə mövzu üçün əhəmiyyətli bir insan kimi çıxış edir; 2) ünsiyyətcil insanlar iş məsələlərində yaxşı qarşılıqlı anlaşma ilə fərqlənir; 3) işgüzar ünsiyyətin əsas vəzifəsi məhsuldar əməkdaşlıqdır. Gündəlik həyatda çoxsaylı böyük və kiçik qruplar şəklində təmsil olunan müəyyən cəmiyyətlərdə (sosial, peşə, milli-etnik, cins, yaş və s.) Cəmiyyətin daimi və zəruri bir hadisəsi olaraq işgüzar ünsiyyət yaranır və fəaliyyət göstərir. Onların içərisində insanların psixikası formalaşır və inkişaf edir, ümumi bir cəmiyyətdə rəsmi və qeyri-rəsmi işgüzar ünsiyyətin məzmununu müəyyən edən spesifik sosial-psixoloji hadisələr və proseslər. İşgüzar ünsiyyət aşağıdakı şərtlərin həyata keçirilməsini əhatə edir:


1) bəyənmə və bəyənməməyinizdən asılı olmayaraq bütün rabitə iştirakçılarının məcburi təmasları;
2) ünsiyyətin mövzu-hədəf məzmunu;
3) tabeçilik və iş etiketinə riayət edərkən iş rolları, hüquqları, funksional vəzifələri nəzərə alınmaqla qarşılıqlı fəaliyyətin formal rol prinsiplərinə riayət etmək;
4) işgüzar ünsiyyətin bütün iştirakçılarının son nəticəyə çatmasında və şəxsi niyyətlərinin həyata keçirilməsində qarşılıqlı asılılığı;
5) yüksək (oyun, manipulyasiya) daxil olmaqla qarşılıqlı əlaqədə iştirakçıların kommunikativ nəzarəti;
6) rəsmi məhdudiyyətlər:
a) şərti, yəni hüquqi, sosial normalara riayət edilməsi, qaydalara riayət edilməsi (məsələn, təlimat, protokol və s.);
b) situasiya, yəni rabitə vəziyyətini nəzərə alan məhdudiyyətlər (məsələn, işgüzar söhbət, görüş, təqdimat, danışıqlar və s.). Müvafiq bir məkan mühiti yaratmaqla, adekvat rabitə vasitələrindən istifadə etməklə, müəyyən bir qaydada məqsədli şəkildə qarşılıqlı əlaqə qurmaq lazımdır;
c) emosional, yəni stresə qarşı müqavimət göstərmək ehtiyacı - özünü idarə etmək, emosional mədəniyyət nümayiş etdirmək;
d) şiddətlidir, yəni məlumat mahiyyətli olmadıqda əlaqələrin kəsilməsinə icazə verilir. İşgüzar ünsiyyət dili rəsmi şəxsdir iş tərzi hecanın funksional növü olan və işgüzar, sahibkarlıq, ticarət və digər peşə fəaliyyəti sahəsində kommunikativ qarşılıqlı fəaliyyət üçün nəzərdə tutulmuş nitq.


Blok 2


Sual 1. Rəsmi və işgüzar sənədlər

Rəsmi və işgüzar sənədlərin dil təzahürünə rəsmi – işgüzar üslub deyilir. Bu üslubun əsas göstəricisi fikrin standart formalarla, yığcam verilməsidir. Bu üslub bir qədər quru görünür. Bu üslubda artıq sözlər, obrazlı ifadələr işlədilmir, fərdi nitq ünsürlərindən qaçılır. Rəsmi – işgüzar üslubun lüğət tərkibi yığcam , sintaksisi məhdud olsa da, normalılığı möhkəmdir.

Bu üslub tarixi təkamül prosesində formalaşmış standarty formalardan kənara çıxmır. Buna görə də bu üslubda arxaik leksika, əski sintaktik konstruksiyalar uzun zaman mehafizə oluna bilir. Rəsmi – işgüzar üslub dövlətçilik, müstəqillik ənənələri ilə bağlıdır. Müstəqillikdsən əvvəl ərəb, fars sonra rus dilinin təsiri bu üslubun tam fəaliyyətinə imkan verməmiş, milliliyinə xələl gətirmişdir. Indi Azərbaycan dövlətinin müstəqilliyi, ana dilinin həqiqi mənada dövlət dilinə çevrilməsi rəsmi – işgüzar üslubun funksional imkanlarını genişləndiri. Rəsmi – işgüzar üslub a) rəsmi və b) işgüzar sənədlərin dilini əhatə edir.





Sual 2. Sənəd ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilir.

Sənəd ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilir.

Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi və ona möhür vurulması

vasitəsilə həyata keçirilir.

Bir qayda olaraq, sənədin bütün nüsxələri imzalanır.

İmzanın tərkibinə sənədi imzalamış şəxsin adı, soyadı, onun şəxsi imzası daxildir.

Əgər sənəd blankda tərtib edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa

şəkildə göstərilir. Məsələn:

Sədr: «-------» Əli Məmmədov

Əgər sənəd blankda tərtib edilməmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi

tam şəkildə göstərilir. Məsələn:

Nümunə

Azərbaycan Respublikası Dövlət Tikinti və



Arxitektura Komitəsinin sədri: «-------» Həsən Nuriyev

(tarix)


Təşkilatlara göndərilən sənədlər onu göndərən təşkilatın rəhbəri və ya onun

müavinləri tərəfindən imzalanır. Fiziki və hüquqi şəxslərə göndərilən sənədlər isə

müvafiq struktur bölməsinin rəhbəri və ya onun müavini tərəfindən imzalanır.




Sual 3. İşgüzar üslub başqa üslublardan birinci növbədə leksik xüsusiyyətləri ilə fərqlənir.

İşgüzar üslub başqa üslublardan birinci növbədə leksik xüsusiyyətləri ilə

fərqlənir. Burada konkret sahələrə aid sözlər, terminlər işlədilir.

İşgüzar üslubun leksik xüsusiyyətlərindən danışarkən onu da qeyd

etməliyik ki, bütövlükdə bu üslubda, eləcə də onun yarımüslublarında –

sahələrində dilimizdə mövcud olan bəzi standartlar, ştamp şəkli almış ifadə və formalar tez-tez işlədilir. Məsələn, qərar vermək, təqdim etmək, tələb etmək, imza etmək, təmin etmək, qəbul etmək, məruzə etmək, lehinə (əleyhinə) səs vermək, tədbir görmək, müzakirə etmək, irəli sürmək, həyata keçirmək, yerinə yetirmək, cəlb etmək, istifadə etmək, təltif etmək,təsis etmək,nəzərdə tutmaq, məsuliyyət daşımaq, qüvvəyə minmək, qüvvədən düşmək, qadağan etmək, nəzərinə çatdırmaq, xəbərdarlıq etmək və s.

Bu qrup hazır ifadələrin işgüzar üslubda işlənilməsi sənədlərin dilinin aydın

olmasını, asan başa düşülməsini bir növ təmin edir.

Yeri gəlmişkən onu da qeyd edək ki, işgüzar üslubda müəyyən sabit söz

birləşmələrindən (məsələn, tədbir görmək, qüvvəyə minmək, qüvvədən düşmək, məsuliyyət daşımaq və s.) savayı, frazeoloji birləşmələrdən, məcazlardan, bədii ifadə vasitələrindən, bədii müqayisələrdən, epitetlərdən, təkrarlardan, bir qayda olaraq, istifadə olunmur. Bu da onu bədii üslubdan fərqləndirən əsas amillərdən biridir.




Sual 4. Telefon, kompüter şəbəkəsi informasiyanın çatdırılmasında üstünlük

əldə etsə də, yazışma işgüzar əlaqələrin ən yayılmış növüdür. Reklam

fəaliyyətində, kommersiya təkliflərinin çatdırılmasında adi məktub

əvəzolunmazdır, belə ki, bu, şirkətin tərəfdaşlarının ilkin xarakteristikasını verə bilir. İşgüzar yazışma şirkət və onun əməkdaşları haqqında təsəvvür yaratmağa imkan verir. Şirkətin etibarlı olmasında şübhə yaratmamaq məqsədi ilə məktub tərtib edilməlidir; zərf və kağız qüsursuz olmalıdır.

Məktubları sənədlərin rəsmiləşdirmə standartlarına uyğun tərtib etmək lazımdır. Amma bunları qaydalardan kənar çərçivədə, özəl üslubda da yazmaq olar. Yazılanları göndərməkdən öncə diqqətlə yoxlamaq lazımdır ki, səhvlər olmasın. Xidməti məktub kifayət qədər dəqiq, şərhsiz, əlavə sözlərsiz, emosiyalarsız tərtib

olunmalıdır. Buna görə də işgüzar yazışmada şəxssix cümlələr üstünlük təşkil edir.

Məsələn: «Sizin təkliflərə baxıb, hesab edirəm …»

Dövlət standartlarına əsasən, sənəd insan tərəfindən yaradılmış, müəyyən zaman və

məkanda ötürmək üçün maddi informasiya obyektidir.

Sənədlərin əsas funksiyası-informasiya ötürməsidir.

Əksər hallarda sənədləşdirmə mütləqdir, qanuni nəzarət və qanuna əsasən uyğun

möhkəmləndirmə üsuludur.

Hüquqi tərəfdən sənədlər hüquq formalarından biridir.

Bir sıra sənədlər hüquq normalarını və hüquqi münasibətləri qoruyur,

möhkəmləndirir və dəyişdirir; digər sənədlərin hüquqi gücü var və məhkəmədə,

notariatda, arbitrajda və s.-də bunlardan sübut kimi istifadə edilə bilər.

İdarəetmənin bütün növləri sənədlərdə öz əksini tapır.

Sənədləşdirmə idarəetmə fəaliyyəti ilə sıx əlaqəlidir və idarəetmə aparatında onun

üzərində qoyulmuş funksiyaların reallaşdırılmasının idarəetmə üsuludur.

Bəzi idarəetmə funksiyaları (təşkilati-sərəncam, uçot, hesabat, maliyyə fəaliyyəti

və s.) idarəetmə aparatının fəaliyyətində olan müəyyən tipə uyğun olurlar. Bu

funksiyalar idarə və firmalarda qəbul edilmiş sənədlərdə öz əksini tapır.

Sənədləşdirmənin təkmilləşdirilməsinin mühüm istiqamətlərindən biri

unifikasiyadır, yəni vahid sistemin mövcudluğudur.

Sənədlər poçt vasitəsi ilə alına bilər, kuryer (xidmətçi) tərəfindən çatdırıla bilər,

faks və elektron poçtla qəbul edilə bilər. Sənədləri alarkən onların düzgün

çatdırılmasına əmin olmaq lazımdır. Səhv alınmış yazışma göndərənə qaytarılır.

Zərf açılandan sonra sənədin və əlavələrin səhifələrinin mövcudluğu yoxlanılır.

Faksla aparılan yazışma da analoji üsulla yoxlanılır.

Əgər sənədlər poçtla gəlibsə, bütün zərflər açılır (istisna «şəxsi» sözü yazılan

məktublardır). Zərflər açılandan sonra məhv edilir (istisna – vətəndaşların şəxsi

məktublarıdır, çünki geri ünvan yalnız zərfin üzərində göstərilir).

Adətən alınmış məktub ya əllə, ya da elektron üsulla möhürlənir. Faksla alınan

sənədin alınma vaxtı göstərilir. Sənədlərin ilkin alınması icraçılar və şöbələr üçün

qeydiyyatlı və qeyri-qeydiyyatlı məktublara ayrılır.







Sual 5.İşgüzar yazışmanın əsas qaydaları barədə danışın.

İdarənin istər daxili, istərsə də xarici əlaqələrini təmin edən əsas sənədlərdən biri məktubdur. Məktub həm də tərəfdaş şirkətlər, xarici şirkətlər və ayrı-ayrı vətəndaşlar arasında rəsmi əlaqələrin əsas vasitəsidir. Operativ surətdə məsələni həll etmək mümkün olmadıqda (şəxsi danışıq, telefon danışığı) məktublar rəsmiləşdirilir, standartlara uyğun (DÜST) tərtib edilir.

Məktub bir məsələyə həsr edilməlidir. Bir təşkilata bir neçə məsələ ilə əlaqədar müraciət edəndə bir neçə məktub göndərmək məsləhət görülür. Bu, sənədlərin hazırlığının operativliyini və işlənməsini daha da sürətləndirir. Xidməti məktubların çoxnövlülüyünə baxmayaraq, onları iki vacib kateqoriyaya ayırmaq lazımdır:

 Cavab tələb edən məktublar

 Cavab tələb etməyən məktublar


Cavab tələb edən məktublara aşağıdakılar aiddir:

 Xahişnamələr

 Müraciətlər

 Təkliflər

 Tələblər

 İradlar

 Dəvətlər

Cavab tələb etməyən məktublar bunlardır:

 Xəbərdarlıqlar

 Xatırlamalar

 İmtinalar

 Sərəncamlar

 Müşahidə məktubları

 Bildirişlər

 Zəmanət məktubları

 İnformasiya məktubları

 Təlimat məktubları

Məktub tərtib edəndə aydın təsəvvür etmək lazımdır ki, bununla hansı məqsədə nail olmaq istəyirsiniz, burada hansı dəlilləri gətirəcəksiniz. İşgüzar məktub qüsursuz olmalıdır, çünki kiçik bir kənarlaşma hüquqi münaqişələrə səbəb ola bilər. Əgər məktub hər hansı bir təşkilata birinci dəfə göndərilirsə, adresatın soyadını, adını, atasının adını (səhvsiz) aydınlaşdırmaq lazımdır. İşgüzar əlaqələrdə bu, zəruridir. Məlumat kitabçasından təşkilatın telefon nömrəsini və ya katibdən lazımi informasiyanı almaq olar. Müxtəlif ünvanlara göndərilən təlimat məktublarında şəxssiz formadan istifadə edilir. Toxunulan məsələni həll etmək üçün məktubun

məzmununu qısa, inandırıcı və məntiqi izah etmək lazımdır. Məktubun tonu sakit,

nəzakətli, sadə olmalıdır. Həddindən artıq nəzakət isə kobudluq və diqqətsizliklə bərabər yersizdir. Dəqiqsizlik ikimənalılığa, artıq professionalizm, lazım olmayan qısaldılmış ifadələr isə sonrakı dəqiqliyin zəruriliyinə gətirib çıxarır. İşgüzar tərəfdaşa göndərilən informasiya tam dürüst olmalıdır. Əgər sizin məktubunuzda hər hansı bir xahişin, ya da tapşırığın yerinə yetirilməsinin imtinası varsa, əvvəlcə belə qərarın motivlərini izah etmək lazımdır. Əgər vəziyyətin dəyişməsi ehtimalı varsa, söz vermək lazımdır ki, gələcəkdə həmin məsələnin baxılmasına qayıtmaq olar. Konkret rəhbər, ya da reqlament sənədlərinə istinad məktub müəllifinin işgüzar imicini artırır. Məktuba olan müasir tələblər bunlardır: aydınlıq, dəqiqlik, məntiqlilik və kifayət qədər yığcamlıq. Əgər telefon zəngi ilə kifayətlənmək olarsa, məktub yazmayın. İşgüzar məktubları adətən bir səhifə həcmində yazırlar. Əgər məktub bir neçə səhifədən ibarətdirsə, birincidən başqa, digər bütün səhifələr ərəb rəqəmləri ilə nömrələnir. İşgüzar məktublar xüsusi blanklarda sənədləşdirilir. Onların üzərində şirkətin emblemi, tam adı, poçt ünvanı, telefonlar və bank rekvizitləri göstərilir. Məzmunundan asılı olaraq, yazı kağızlarında da bu məktublar sənədləşdirilə bilər. Bəzi vacib işgüzar məktubları bükmürlər, xüsusi böyük zərflərdə göndərirlər. Böyük müasir şirkətlərin xüsusi şəffaf pəncərəcikli zərfləri olur. Belə zərflərdə ünvan yazılmır. İşgüzar məktubları əllə yazmırlar. Onlar mütləq çap olunmalıdır





Sual 6. Ərizə barədə məlumat verin

Ərizə və ya petisiya (ing. petition) — bir adam və ya birliyin düşüncə və şikayətlərini, ya da müəyyən bir mövzudakı istəklərini səlahiyyətli orqanlara (əksəriyyətlə rəsmi) göndərilməsini təmin edən yazı. Tərtib olunma qaydası Redaktə Vərəqin əvvəlində abzasdan böyük hərflə təşkilatın və müraciət edilən şəxsin adı və soyadı qeyd edilir. Sətrin yarısı həcmində sağ tərəfdə kimdən formasında ərizəçinin adı, soyadı göstərilir. Vərəqin ortasında ərizə sözü yazılır. Təzə sətirdən qısa, aydın və məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur. Ərizənin sonunda imza qoyulur və onun yazılma tarixi göstərilir.



Sual 7. Tərcümeyi –Hal haqqında məlumat verin

Tərcümeyi-hal təqdim etdiyi şəxs barədə tam məlumatdır. Tərcümeyi-hal adətən işə girərkən dövlət orqanları, böyük şirkətlər və yaxud da qurumlar tərəfindən işə götürülərkən tələb olunur. Hər bir şəxs özü haqqında bu sənədi öz əl yazısı ilə yazmağı bacarmalıdır.
Tərcümeyi-hali yazmağa başlayarkən ilk öncə özünüz barədə dəqiq və ardıcıl məlumatları yazmalısınız. Aşağıdakılar bu siyahıya aid olanlardır.
Ad və soyad

Doğulduğunuz il və yer

Məktəbə daxil olduğunuz və bitirdiyiniz il

Ali məktəbə qəbul olmusunuzsa daxil olduğunuz və bitirdiyiniz il.

Və işlədiyiniz yerlər və vəzifələr:
Tərcümeyi-hal hazırlayarkən ailə üzvlərininiz, evlisinizsə yoldaşınız və uşaqlarınız haqqında ətraflı məlumat yazmalısınız. (Yəni ad və soyadları, doğulduqları il və yer. Hal-hazırda işlədikləri yer və vəzifələri)

Siz forumu doldurarkən heçbir şeyin üstündən keçməməyə və nəyinsə əksik olmamasına diqqət etməlisiniz.

Tərcümeyi halı yazarkən doğulduğunuz gündən olan bütün hadisələri, yəni məktəbə neçənci ildə getmisiniz, neçənci ildə bitirmisiniz, işlədiyiniz yerlər, vəzifələriniz ardicil olaraq qeyd olunmalidir.

Sənədi hazirlayarkan çalışın çox uzun və yorucu yazmayın. Və yazarkən dizaynına, qrammatik, stilistik və durğu səhvlərinin olmamasina fikir verin.

Tərcümeyi hal A4 formatlı vərəqdə adətən əl ilə yazılır, və “Mən, adım, soyadım…” şəklində başlayır.

Və sonda formanın altında adınız, soyadınızı, bugünki tarixi və imza atmağı unutmayın.





Sual 8. Xasiyyətnamə barədə danışın

Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər

hansı bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir edən rəsmi sənəd və ya xarakteristikadır. Xasiyyətnamənin islənmə dairəsi genisdir. s, rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb olunduqda hər hansı şəxs haqqında xasiyyətnamə verilir. Belə xasiyyətnamə əməli yazı növü kimi rəsmi üslubda yazılır. Əvvəlki xasiyyətnamələrd ə səxsin partiyalılıgı, partiya cəzası olması, siyasi dəyanəti xasiyyətnamədə mütləq öz əksini tapmalı idi. Buna görə də xasiyyətnaməni partiya təskilatı katibi də imzalamalı idi. Xasiyyətnamə belə bir cümlə ilə qurtarırdı:

«Siyasi cəhətdən dəyanətlidir (dəyanətli deyil)». Müasir xasiyyətnamələr daha

demokratik, daha sadədir. Xasiyyətnaməni yalnız müəssisə rəhbəri və həmkarlar

təskilatının sədri imzalayır. Böyük müəssisələrdə xasiyyətnaməni söbə müdiri tərtib edir. Xasiyyətnamədə asagıdakılar öz əksini tapmalıdır: səxsin təvəllüdü; vəzifəsi; milliyyəti; ailə vəziyyəti; idarə və müəssisədəki əmək fəaliyyəti; stajı; əxlaqi-mənəvi keyfiyyəti; öz vəzifəsinə münasibəti.

Xasiyyətnamə rəsmi sənəd oldugu üçün o, rəsmi üslubda yazılmalı,

Xasiyyətnamə alan adamın müsbət və mənfi cəhətləri rəsmi dillə ifadə olunmalıdır.

Heç bir emosional ifadəyə, bənzətmələrə yol vermək olmaz (Məsələn, Zalım oglu

Səhərdən axsama qədər dəzgah arxasında yoruldum demədən isləyir – kimi cümlələr xasiyyətnamə üçün yolverilməzdir).

Xasiyyətnamənin yazılmasına verilən tələblər hansılardır?

Xasiyyətnamənin yazılmasına verilən tələblər asagıdakılardır:

1. Dövlət sənədi kimi xasiyyətnaməni idarə rəhbəri verir.

2. Xasiyyətnamədə bu və ya digər səxsin ictimai fəaliyyəti, əxlaqı və siyasi

Keyfiyyətləri obyektiv səkildə ardıcıl sadalanır.

3. Xasiyyətnamədə kimə, kimdən və haraya təqdim olunması göstərilir.

4. Dövlətə əhəmiyyətli bəzi xasiyyətnamələr müzakirə olunur.

5. Xasiyyətnamələr vahid formada yazılır.

6. Xasiyytnamənin həcmi 1-2 səhifədən artıq olmur.



7. Xasiyyətnaməni ən azı iki məsul səxs imzalayır və müəssisənin möhürü vurulur.



Sual 9. Arayış barədə danışın

Arayış türk mənşəli söz olub arama, axtarma mənasında işlənir. Müasir dövrdə hüquqi sənəd olub şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə nəyi isə təsdiq edir.
Hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi, oxuması, müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib edilir. (Bu səbəbdən də arayışa xalq arasında yoxlama da deyilir.) Arayışın kimə nə üçün verildiyi göstərilir. Habelə arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilir. Arayışın müəssisə rəhbəri tərəfindən imzalanır.(Bəzi hallarda müəssisənin kadrlar şöbəsinin müdiri, mühasibat,fakültə dekanları və s. arayış verə bilər). Arayışın sonunda sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin imzası möhürlə təsdiq olunmalıdır. Çox vaxt arayışlar xüsusi blankda yazılır. Arayış sözü vərəqin ortasinda yazılır. Vərəqin sol tərəfində idarənin ştampı olur. Ştampın aşağı sətirində nömrəsi və verildiyi tarix göstərilir. Arayışın məzmunu qurtardıqdan sonra müəssisə rəhbərinin imzası, soyadı və titulu göstərilir. Arayışın dili xüsusi üslubda tənzimlənir. Burada söz sırası pozulur. Xəbər əvvəldə gəlir. Arayış sırf elmi ədəbi dildə yazilmalı, heç bir bədiiliyə, emisionallığa yol verilməməlidir. Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədilə bu və ya digər təşkilat tərəfindən verilən əməli yazi nümunəsidir. Bir arayışda bir və ya neçə şəxs haqqinda da məlumat vermək mümkündür, lakin mürəkkəb məzmuna malik olan arayış növü də vardır. Belə arayışı təşkilatlar bir-birinə təqdim edir. Çox zaman burada müəyyən bir hadisənin gedişində öz əksini tapır. Bəzən cinayət xarakterli məsələlər də arayışda əks etdirilir. Arayışın özünəməxsus forması var. Belə ki,arayışın sol tərəfdən üst küncündə idarənin ştampı, ortada arayış sözü, aşağıda məzmunu, daha sonra arayışın təqdim olunduğu yer göstərilir. Axırda arayışı təsdiq edən idarə rəhbərinin imzası və möhürü olur.



Sual 10. Rəy haqqında anlayış

Rəy— sorğunukeçirmək uçun hər şeydən əvvəl anket tərtib etmək lazımdır ki, onun köməyi ilə lazım olan məlumatları toplamaq mümkün olsun. Anket — müəyyən tərzdə struktur cəhətdən təşkil olunmuş və hər biri tədqiqatın əsas vəzifəsi ilə məntiqi surətdə bağlı olan suallar yığımıdır.
Anketin tərtib edilməsi prosesi əslində tədqiqatın əsas hipotezasını suallar dilinə çevirməkdən ibarətdir. Bu çox mürəkkəb və olduqca çox zəhmətli, tədqiqatçı-sosioloqdan diqqətlə, səbirlə işləməyi, sualların tipləri haqqında yaxşı biliklərin olmasını, sualları dəqiq ifadə etməyi və onları müəyyən ardıcıllıqla düzməyi bacarmağı tələb edən əməliyyatdır.
Anket sualları, adətən, üç əsasa görə fərqləndirilir:
məzmununa görə;

formasına görə;

funksiyasına görə



Blok 3



Sual 1. Ünsiyyət mədəniyyəti. Ünsiyyət problemləri.

Cavab: Ünsiyyət həyatımızın vacib tələbatıdır. Məkanından vəzamanından asılı olmayaraq, doğulduğumuz gündən etibarən daim ünsiyyətdəyik. Bu prosesin inkişafında cəmiyyət vəətraf mühitin oynadığı rol olduqca böyükdür. Ünsiyyətsiz cəmiyyət mövcud olmadığı kimi, cəmiyyətsiz dəünsiyyətin mövcudluğunu təsəvvür etmək qeyri-mümkündür. Məhz ünsiyyət vasitəsiləyaşadığımız cəmiyyətdəsosial bir varlıq kimi müntəzəm olaraq ailədəailəüzvləri ilə, ailədən kənarda doğmalarımızla, dostlarla, məktəb vəiş yoldaşlarımızla, küçədə, nəqliyyatda, mağazada vəbaşqa yerlərdəisətanıdığımız vətanımadığımız adamlarla ünsiyyətəgirir, əlaqələr qura bilirik. Beləliklədə, biz özümüz dəhiss etmədən tqimizi məhz bu proses əsasında formalaşdırırıq.

Lakin təəssüflər olsun ki, bu gün cəmiyyətimizdəünsiyyət prosesindəmövcud olan problemlər dəaz deyil. Bəli, ünsiyyət mədəniyyəti insanın digər bütün mənəvi keyfiyyətləri içərisindədaha çox diqqəti cəlb edir vədinləyənlərdəhaqqımızda müəyyən təəssürat yaradır. Ancaq təəssüf ki, bugünkü cəmiyyətimizdəbu məsələyəbir qədər laqeyd yanaşma mövqeyi müşahidəolunmaqdadır. Mövcud ünsiyyət problemlərindən danışdığımız zaman, əlbəttəki, ən xoşagəlməz cəhətlərdən biri kimi öncəana dilimizəolan biganəmünasibəti qeyd etməliyik. Bu gün nədənsənitqimizdəəcnəbi sözlərdən istifadəgeniş vüsət alıb. Geniş istifadəolunan beləsözlərin, demək olar ki, hər birinin ana dilimizdəqarşılığı var. Məsələn, uje (artıq), prosto (sadəcə), vobşe (ümumiyyətlə), vsyo (vəssalam), prava (sürücülük vəsiqəsi), astanovka (dayanacaq), balkon (eyvan), moyka (yuyucu), nauşnik (qulaqcıq), xolodelnik (soyuducu), kuxna (mətbəx), vilka (çəngəl), pesok (şəkər tozu) vəsair. Nəqədər qəribəolsa da, bu günün ünsiyyət prosesindəbeləsözlərəçox rast gəlinir. Bundan əlavə, ünsiyyəti reallaşdıran nitqimizdəhəftənin günləri vəyemək vaxtları iləbağlı da böyük problemlər var. Yəni nədənsəçoxları həftənin günlərini dilimizəuyğun söyləmək əvəzinə, sıra sayları iləsöyləməyə(1-ci, 2-ci, 3-cü gün vəsair) üstünlük verir. Bazar günü isəçox vaxt “vxadnoy” sözü iləəvəzlənir. Vəya səhər yeməyi, nahar vəşam yeməkləri söyləmək əvəzinə, “zavtrak”, “obed” və “ujin” sözləri işlədilir. Həmçinin əksər sözlərin tələffüzündədəədəbi dilin nitq prosesindəki ifadəliliyi pozulur. Bu, daha çox sözün vəya cümlənin intonasiyasında vəvurğusunda özünü göstərir. Bütün bunlar mədəni ünsiyyətin keyfiyyətini aşağı salır.




Sual 2. Monoloq, dialoq, diskussiya barədə.

Monoloq-Akademik lüğətlərdəmonoloqu «öz-özü ilətəklikdənitq, yaxud bir şəxsin dinləyicilərəünvanlanmış sürəkli nitqi» şəklindəizah edirlər. Şifahi monoloji nitq ünsiyyətin mürəkkəb formasıdır. Monoloji nitq məqsədyönlü məlumatvermə, insanlara dil vasitəsiləşüurlu təsir göstərməprosesidir.

Dialoq-İki vəya bir neçəadam arasında gedən danışıq (söhbət) dialoq adlanır. Dilçilikdə: fikir-replikaların müntəzəm mübadiləsindən ibarət nitq forması; danışanların nitqinin bilavasitəanlaşılması replikaların dil tərkibinəqarşılıqlı təsir göstərir. Dialoq üçün məzmun əlaqəsi (sual-cavab, xəbər-aydınlaşdırma, /əlavə/, etiraz, /razılıq/, dəyərləndirmə; nitq etiketi formulları) vəonun stimullaşdırdığı replikaların konstruktiv (leksik-qrammatik) əlaqəsi tipikdir.

Diskussiya-hər hansı bir mübahisəli məsələnin müzakirəsi; hər bir tərəfin mübahisədəhəmsöhbətin rəyinəcavab olaraq, öz məqsədinəçatmaq vəproblemi tədqiq etmək üçün mövqeyini müdafiəetməsi. Diskussiyanın məqsədi –həmsöhbəti əsaslandırılan nəzər nöqtənizin düzgünlüyünəinandırmaq –məntiqidəlilləşdirmənin yüngülləşdirilməsi üçün yanlış, yaxud aldadıcı üsullardan fərqli

olaraq, «mübahisənin doğru üsulları» adını almış xüsusi texniki üsulların tətbiqini nəzərdətutur.





Sual 3. Auditoriya qarşısında çıxışın ümumı qaydaları. Tələbləri.

Nitqlərdəhər şey mühümdür: məzmun, intonasiya, şərhin tərzi,

Jestlər, mimika. Yadda saxlamaq lazımdır ki, informasiyanın, təqribən, yarısı intonasiya vasitəsiləötürülür. Müxtəlif şəkildəsöylənən eyni söz vəifadələr tamamiləəks nəticələrəgətirib çıxara bilər.

Kifayət qədər ucadan, aydın, ifadəli vəanlaşıqlığı təmin etmək üçün sadədanışmaq lazımdır. Nitq monoton olmamalıdır, amma yuxugətirici «dalğalı» (yəni gah yüksək, gah yavaş səslə) da olmamalıdır. Çıxışın emosionallığı məzmuna uyğun olmalı vəvəziyyəti

nəzərəalmalıdır. Nitqin ucadan səslənməsinəçalışaraq səs tellərini

gərginləşdirmək lazım deyil, rezonatorlardan -səsi qüvvətləndirən

orqanlardan -ağız boşluğu, burun boşluğu, alın pərləri, döş qəfəsindən istifadəni öyrənmək lazımdır.

Çıxış prosesindənəfəsi tənzimləmək üçün düzgün nəfəsalmanı

öyrənmək lazımdır. Hazırlıqsız adam nitq prosesindəkəskin oksigen çatışmazlığından əzab çəkir; onun damarları şişir, üzü qızarır, tərləyir, nəfəsi vənəbzi sürətlənir. Bu hallardan qaçmaq üçün səsin vənəfəsin düzgün istifadəsi üzərindəişləmək, lazımsız fasilələrəyol vermədən, hiss edilmədən səslər arasında

nəfəs almağı öyrənmək lazımdır. Bundan başqa, mətnin əzbərlənməsi metodu ona görəpisdir ki, nitqəauditoriyanın münasibətinəuyğun şəkildədəyişikliklər etməyəimkan vermir.




Sual 4. Şifahi akademik nitqin növləri.

Dialoji nitq. Bu nitq fəaliyyətinin bir forması olaraq müəyyən situasiyada iki vədaha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyət, danışıqdır. Burada danışan, daha doğrusu, fikri ifadəedən şəxs əvvəlcədaxilən öz-özünədüşünür, sonra isəxarici nitqəkeçir, demək istədiyini sözləifadəedir. Fikri qəbul edən (dinləyən, eşidən) əvvəlcədinləyir, sonra düşünür, daxilinitqdən xarici nitqəkeçərək müsahibinəmüvafiq cavab verir. Dialoji nitqdəhəmsöhbətlərdən birinin ifadəetdiyi fikir digəri tərəfindən qavranılır. Burada monoloji nitqdən fərqli olaraq söhbətəöncədən hazırlıq görülmür. Bu səbəbdən dialoji nitqdətərəflər daha fəal olurlar. Lakin nitqin situasiyasından, təşkili formasından asılı olaraq dialoji nitqədəhazırlıq görüləbilər.

Monoloji nitq. Dialoji nitqləmüqayisədəmonoloji nitq struktur baxımından sadədir. Fikir bir nəfər tərəfindən geniş vəya müxtəsər şəkildə, rabitəli bir tərzdəifadəedilir. Burada danışanın müsahibi (vəya müsahibləri) iləəks əlaqəsi olmur. Monoloji nitqdəməqsəd nitqin əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadəetməkləhər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu, təşkil olunmuş, proqramlaşdırılmış nitqdir. Yəni danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadəedəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir, müəyyən fərdəvəya auditoriyaya müraciət formasını, dil materiallarını seçir, müsahibinin (müsahiblərinin) səviyyəsini, deyəcəklərinin ona (onlara) necətəsir edəcəyini təsəvvüründəcanlandırır.





Sual 7. Ünsiyyətin verbal imkanları.

İnsanlar tarix boyu bir biriləünsiyyət etməyəehtiyac duymuşlar. Hər nəqədər ki, son dövrlər insanlar virtual ünsiyyətədaha çox üstünlük verirlər, buna rəğmən ünsiyyət yenədəhəyatımızın əsas tərkib hissəsidir. Gündəlik həyatımızın demək olar ki, hər mərhələsində–evdə, işdə, bazarda v.s digər yerlərdəünsiyyətəehtiyac duyuruq. Ünsiyyət iki vədaha artıq insan arasında baş verən qarşılıqlı münasibətdir demək olar. Ünsiyyət bir neçənövəayrılır. Onlardan verbal vəqeyri verbal ünsiyyəti qeyd etmək istəyirəm. Verbal ünsiyyət nitq vasitəsiləbaş verir.



8. Ünsiyyətin qeyri-verbal imkanları.

1. Göz kontaktı qurmaq.-Ünsiyyətdəgöz kontaktı vəya göz təması qurmaq çox vacibdir. Bu, özünəəminliyin, qarşı tərəfəgöstərdiyiniz hörmətin, qarşı tərəfləünsiyyətəgöstərdiyiniz diqqətin vəeləcədəsözlərin yalan olmadığının göstəricisidir. Ünsiyyət zamanı gözləri yayındırmaq vətərəf müqabilinin gözünəbaxmaqdan çəkinmək qorxu, təlaş, eləcədəməlumatların doğru olmadığına bir işarədir. Bu baxımdan ünsiyyət zamanı göz təması əsas qızıl qaydalardandır. Göz kontaktından çəkinmək qarşı tərəfdə əminsizlik yarada bilər vəünsiyyət gözlənilən faydanı verməz.

2. Bədən dilindən istifadəetmək.-Bədən dili dedikdəjestlər vəmimikalar, hətta ünsiyyət zamanı səs tonu nəzərdətutulur. Araşdırmalara görəqarşı tərəfəməlumatların effektiv ötürülməsi baxımından jestlər vəmimikalar 55-60 %, səs tonu 30-35 %, sözlər isə8-10 % əhəmiyyət daşıyır. Bu baxımından, məlumatların effektiv ötürülməsi baxımından vəünsiyyətin təsirli olması üçün bədən dilindən istifadəedin. Ünsiyyət zamanı bədən dilindən istifadəedilməməsi nəticəsindəsözləriniz nəqədər əhəmiyyətli olsa bele fayda verməyəcək.

3. Xoş ifadələrdən istifadəetmək.-Aqressiya aqressiya gətirir. Eynilədə, ünsiyyət zamanı birinəxoş söz söyləsəniz qarşılığı da xoş söz olacaqdır. Bunu bir bumeranq kimi düşünün. Ona görədətəsirli bir ünsiyyət üçün xoş ifadələrdən istifadəetmək məsləhətdir. Unutmayın ki, xoş sözlər hamının xoşuna gəlir.

4. Yaxşı bir natiq kimi, yaxşı bir dinləyici dəolmağı bacarmaq.-Təsirli danışmaq qədər, dinləmək dəönəmlidir. Bu baxımdan aktiv bir dinləyici olmaq, effektiv ünsiyyətin təməl prinsiplərindən biridir.

5. Empatiya qura bilmək.-Empatiya özünü qarşıdakının yerinəqoyaraq onun düşüncəvədavranışlarına şərik çıxmaqdır. Empatiya quraraq dediyin hər hansı bir sözün qarşı tərəfdəhansı hiss yarada biləcəyini öyrənəbilərsiniz vəbununla da kəlimələr seçərkən daha diqqətli davranaraq ünsiyyətin uğurlu olmasına nail ola bilərsiniz.




9. Akademik kommnukasiyanın əsas xüsusiyyətləri.

4. Akademik kommunikasiya. Elmləbağlı hansısa informasiyanın çatdırılmasını nəzərdətutur. Məqsəd ya müəyyən biliklərin aşılanması, ya da yeni elmi nailiyyətlərin açıqlanmasıdır. Akademik kommunikasiya ─ peşəkar ictimai nitqin yaradılması qanunauyğunluqları vəonun effektivliyinin şərtləri haqqında eləbir bilik sahəsidir ki, hədəfi bu vəya digər sahəyəaid biliklərəyiyələnmək istəyən dinləyicilərəməqsədyönlü təsir göstərməkdir.



10. Epistolyar üslub barədədanışın. Məktub nədir?

Epistolyar üslüb —Məktublar, intim məktublar, rəsmi məktublar vəədəbi məktublar.

Məktub —xəbər, vacib məlumat çatdırmaq üçün ənənəvi vasitədir. İnsanlar arasında informasiya mübadiləsi üçün nəzərdətutulmuşdur. Məktubun tərtib olunma qaydası

Müraciət hissəsi (başlıq). Məktubun ünvanlandığı şəxsəxitabı əhatəedir;

Ümumi hissə. Hal-əhval tutulur, yazan özünün vəziyyəti haqda məlumat verir;

Fərqləndirici hissə. Bu hissəməktubun əsasını, məzmununu əhatəedir.

Yekunlaşdırıcı hissə(məktubun sonluğu. Bu hissədəsağollaşmaq vəaxırda tarixi qeyd etmək lazımdır.





Sual 1. İşgüzar kommunikasiyada nitq etiketləri

Adamlar onları əhatə edənlərlə ünsiyyətdə müxtəlif məqsədlərlə əksəriyyətin işlətdiyi bir sıra ifadələrdən istifadə edirlər ki, onların böyük bir qismini mədəni danışığın etiketləri təşkil edir. Vaxtilə monarx saraylarında, diplomatik dairələrdə və s. davranış qaydaları “etiket” adlanırdı. Hal-hazırda hər hansı bir cəmiyyətdə qəbul edilmiş davranış və nəzakət formalarına da “etiket” deyilir. Xalqımızın milli təfəkkürünə, etnoqrafiyasına, ənənələrinə uyğun işlənilən bu ifadələr, hazır nitq modelləri bütün hallarda adamları razı salır, onlarda xoş ovqat yaradır, müsahibin fəaliyyətini istiqamətləndirir, qarşılıqlı anlaşmanı təmin edir. Dilimiz belə ifadələrlə zəngindir. Adamların gündəlik nitq fəaliyyətində onların dünyagörüşü, savad dərəcəsi, dilə şüurlu münasibətindən irəli gələn rəngarəng ifadələr tez-tez işlədilir.
Elmi dilçilikdə sözün bir neçə vəzifəsi olduğu göstərilir: a) adlandırma (nominativ); b) ünsiyyət (kommunikativ); v) müraciət (apelyativ).
Öz tarixi inkişafına görə müraciət növlərini belə qruplaşdırmaq olar: a) ailə-qəbilə daxilində müraciətlər; b) xalq dilində müraciətlər, milli dildə müraciətlər.
Nitqlə ünsiyyətə başlamazdan əvvəl natiq müraciət etiketlərindən istifadə edir. Bunu nəzərə alaraq, ümumiyyətlə, Azərbaycan dilinin ədəbi müraciət, danışıq etiketləri haqqında bir neçə söz demək lazım gəlir:
Kömək etmək, qulluq göstərmək məqsədilə: İcazə verin kömək edim; Siz əziyyət çəkməyin, bunu mən edərəm; Qulluğunda olum; Sizə kömək etmək lazımdır?; Köməyə ehtiyacınız varmı?; Mən sizi eşidirəm; Cavab verməyə tələsməyin, bir qədər fikirləşin; Sizi narahat edən nədir?; Sizə nə kömək edə bilərəm?; Nə buyurursunuz? və s.

İş gördürmək, soruşmaq, üzrxahlıq etmək məqsədilə: İnciməyin, sizə zəhmət verəcəyəm; əgər mümkünsə; zəhmət olmasa; Buyruq olmasın; vaxtınız varsa; imkanınız olsa; Sizə əziyyət olacaq; Sizi yormayım; Rica edirəm danışın; Lütfən söyləyin; Üzr istəyirəm; Əvvəlcədən minnətdarlığımı bildirirəm və s.

Məmnun olmaq məqamında: Razıyam; Etiraz etmirəm; Sizinlə şərikəm; Xoşuma gəlir; Çox şadam; Minnətdaram; Məmnuniyyətlə; Xoşdur; baş üstə; göz üstə; Arxayın olun; Sizi unutmaram; Sizinlə işləmək mənim üçün böyük şərəfdir; Allah köməyin olsun; Tanrı sənə yar olsun.

Etiraz etmək, razılıq verməmək məqamında: Bu, məni təmin etmir; Etirazımı bildirirəm; Etiraz edirəm; Sizin fikrinizlə şərik deyiləm; Mən başqa cür düşünürəm; Bağışlayın, bu məsələdə sizinlə razı deyiləm; Bu, mənim xoşuma gəlmir; Belə etməyin; Bu, ürəyimcə deyil və s.

Təskinlik vermək, razı salmaq məqamında: Bir qədər ətraflı düşünün; Əsəbiləşməyin; Darıxmayın; İcazə verin danışım; İmkan verin fikrimi izah edim; Özünüzü ələ alın; Səbr edin; Bir qədər səbrli olun; Nə etmək olar, qismət belə imiş və s.

İntizama dəvət, məzəmmət etmə:Sizdən bu hərəkəti gözləməzdim; Belə hərəkət sizə yaraşmaz; Siz adınıza layiq hərəkət etməlisiniz; Danışığınıza fikir verin; Allah xatirinə razı olun; Nəzakətli olun; Çalışın ki, başqaları sizdən razı qalsın; Bir qədər səmimi olun, səhvinizi etiraf etməkdən çəkinməyin və s.

Qarşılama məqamında: Xoş gördük; Nə gözəl təsadüf; Xoş gəlmişsiniz; Lap vaxtında gəlmişsiniz; Həmişə siz gələsiniz; Sizin gəlişinizə şadam; Sizi arzulayırıq; Səni çoxdan gözləyirdim; Gələn qədəmləriniz var olsun və s.

Dəvət etmək məqsədilə: Xoş gəlmisiniz; Buyurun qonağımız olun və s.

Vidalaşma məqamında: Sizi səbirsizliklə gözləyirik; Salamat qalın; Zəhmət çəkdiniz; Sizə əziyyət verdik; Gecəniz xeyrə qalsın; Yuxunuz şirin olsun; Allah amanında; Eviniz abad olsun; Həmişə şadlığa gələk; Sizləri bir daha evimizdə görsək, şad olarıq; Allah yolunuzu açıq eləsin, işinizi xeyrə calasın və s.

Görülən işin müqabilində razılıq, rəğbətləndirmə: Afərin; Əhsən; Minnətdaram; Hər şey üçün minnətdaram; Təşəkkür edirəm; Sizə zəhmət verdim; Sizə borcluyam; Zəhmət çəkmə; Narahat olma; Sağ olun; Allah sizdən razı olsun; Allah köməyin olsun; Biz bundan məmnun olduq; Sizin əl qabiliyyətinizə heyranam; Sizə qibtə edirəm; Çox sağ olun; Afərin, mərhaba; Allah səni dərd-bəladan uzaq eləsin; Allah ürəyinizə görə versin; Allah sizi bizə çox görməsin; Qəm, kədər sizdən uzaq olsun; Səni Allah saxlasın və s.

İcrası hər hansı bir səbəbdən mümkün olmayan işin müqabilində: Çox sağ olun; Sizə zəhmət verdim; Əziyyət çəkdiniz; Nə etmək olar, siz bacardığınızı etdiniz və s.

Arzu-istək və təbrik etmək məqamında: Yaxşı yol; Sağlıqla qalın; Uğur olsun; Xoşbəxt olun; İşiniz avand olsun; Allah işinizə fərəc versin; Allah sənə yar olsun; Ürəyincə ömür sürəsən; Min bir budaq olun; Var olasan; Gözünüz aydın olsun; Yolunuz uğurlu olsun; Bayramınız mübarək; Ad gününüz mübarək; Yeni dərs iliniz mübarək; Həmişə şənlikdə; Halal olsun; Xeyirli olsun; Allah balalarını saxlasın; Allah köməyin olsun; Allah səni ümid yeri eləsin; Allah imdadına çatsın; Ananın südü sənə halal olsun; Əlin-qolun var olsun; Üzün ağ, başın uca olsun; Bərəkətli olsun; Göz dəyməsin; Ömrün uzun olsun; Allah iltifatını artıq eləsin; İlahi, mərhəmətinə min şükür və s.

Hal-əhval tutmaq məqamında: Əhvalınız necədir? Necə dolanırsınız?;Güzəranınız necədir?; Xanımınız necədir?; Həyat yoldaşınız necədir?; Özünüzü necə hiss edirsiniz? və s.

Öyrənmək məqsədilə verilən suala cavab məqamında: Buyurun, soruşun; Lütfən buyurun; Sizə məmnuniyyətlə cavab verməyə hazıram; Bu mənim üçün xoşdur; Bu, mənim vəzifə borcumdur; Bu dəqiqə öyrənib sizə deyərəm; Bir dəqiqə gözləyin, öyrənim; Cavabım sizi qane etdimi? Daha nəyi bilmək istəyirsiniz?; Bağışlayın, bu barədə məlumatım azdır (yoxdur); Xeyr, tanımıram; Yaxşı tanımıram; Xeyr, bilmirəm.

Əzizləmə, yalvarış məqsədilə: “Canım qurban”, “baş üstə”, “Göz üstə yerin var”, “qurban olum”, “quzum”, “sonam”, “dilbərim”, “ağrın alım”, “canım qurban”, “başına dönüm” və s.

Danışmağa başlamaq məqamında: İcazənizlə fikrimi bildirim. Mənə söz verdiyiniz üçün minnətdaram. Məni dinlədiyiniz üçün təşəkkür edirəm və s.

Deyilənlərlə razılaşmaq, mübahisədən imtina etmək məqamında: Bu məsələyə hazır deyiləm. Sizin fikrinizə şərikəm. Məsələ mənə aydındır. Bu barədə söhbət açmağa ehtiyac duymuram.

Məsləhət vermək məqamında: Bunları nəzərə alsanız, yaxşı olar. Bu, sizin xeyrinizədir. Bu, sizə başucalığı gətirər. Çalışın müsahibinizi axıra qədər dinləyə biləsiniz və s.

Məsləhəti qəbul etmək məqamında: Dediklərinizlə razıyam. Bunlar mənim xeyrimədir. Faydalı məsləhətiniz üçün çox sağ olun. Sizin bu xeyirxah məsləhətinizi heç vaxt unutmaram. Sizin təklifinizi qəbul edirəm. Çalışacağam ki, dediklərinizə əməl edim. Sizin üçün bu işi etməyə çox şad olardım və s.

Telefonla danışanda; Zəng edəndə: Alo, sabahınız (axşamınız, hər vaxtınız) xeyir olsun. Bağışlayın, mən kiminlə danışıram? Sizi narahat edən Kamilədir. Bilmək istəyirəm… Fikrimi sizə çatdıra bildimmi? Çox sağ olun. Bağışlayın, vaxtınızı aldım. Deyəsən, sizi yordum. Təşəkkür edirəm. Minnətdaram. Zəngə cavab verəndə: Alo, salam, eşidirəm sizi. Buyurun. Zəhmət olmasa bir qədər ucadan danışın. Bağışlayın, zəng edən kimdir? Xoşdur. Bu saat çağıraram. Mütləq yetirərəm. Arxayın olun! Sağ olun!

Süfrə etiketləri: “Bismillah”, “Bərəkətli olsun”, “Allah bol eləsin”, “Nuş olsun”, “Buyurun”, “Çox sağ olun”.




Sual 2. Ünisiyyətdə etika məsələləri

Nitq etiketləri nitq daşıyıcısının davranış norma və qaydalarını ehtiva etməklə, etik davranış mədəniyyətini formalaşdırır. Bundan başqa, insanların verbal və qeyri-verbal davranışını müəyyənləşdirməklə insanların bir-birinə olan münasibətinin təzahürüdür. Nitq etiketləri verbal və qeyri-verbal ünsiyyət prosesində geniş istifadə edilir. Verbal ünsiyyət kommunikasiya vasitələrinin – dilin, söz və ifadələrin köməyi ilə yaradılır. Qeyri-verbal ünsiyyət isə mimika, jestika, pantomimika, işarələr sistemi ilə qurulur.

İctimai yerlərdə, müəyyən cəmiyyət daxilində, kollektivdə və ya ailədə insanın özünü necə aparması, kimə necə müraciət etmək qaydaları danışıq etikasında yer alır. Danışıq etikası sistem təşkil edib, özünün normaları mövcuddur. Səmimi və mədəni ünsiyyətin yaradılmasında danışıq etikasının gözlənilməsi olduqca əhəmiyyətlidir. Danışıq etikası bir sıra komponentlərdən ibarətdir: 1) müraciət qaydaları; 2) şad və ya qəmli xəbərləri çatdırma qaydaları; 3) dinləmə qaydaları; 4) söhbətə qoşulma; 5) verilən suallara mədəni cavab qaydaları; 6) mimika və jestlərdən məqamında düzgün istifadə etmə qaydaları. Danışıq etikasına istər şifahi, istərsə də yazılı nitqdə riayət edilməsində nitq etiketlərindən düzgün və səmərəli istifadə gərəkdir. Nitq etiketləri cəmiyyətdə insanlararası sağlam münasibətin tənzimlənməsində böyük əhəmiyyət kəsb edir. Bu və ya digər situasiyalarda nitqin səlis, məqsədəuyğun qurulmasında hər situasiyaya müvafiq söz və ifadələrdən lazımınca və məqsədli surətdə istifadə insanlar arasında anlaşıqlı dialoqun qurulmasını təmin edir.

Məqalənin aktuallığı. Nitq etiketlərinin üzvi əlaqə və mahiyyətinin açılması onlardan ünsiyyət prosesində məqsədyönlü istifadəni təmin edir. Məqalənin praktik əhəmiyyəti. Nitq etiketlərinin daşıdığı etik xarakteri onun fəlsəfə elmi daxilində öyrənilən etika ilə üzvi əlaqəsini ortaya qoyur. Bu əlaqəni aşkara çıxarmaq, etiketin digər növləri ilə nitq etiketinin fərqini göstərmək onların mahiyyətini açmağa kömək edir.




Sual 3. İşgüzar kommunikasiyada fonetik normalar

İşgüzar üslubun diplomatik yarımüslubunda düzəltmə isimlərin və eləcə də eyni sözün təkrarı ilə yaranan

mürəkkəb isimlərin işlənilməsinə çox az təsadüf olunur.

Elmi tədqiqatların nəticələrinin təhlili göstərir aydın ki,

isimlərin işlənilməsində termin-söz birləşmələri, ismi-dominantlar da işgüzar üslubun səciyyələndirilməsində

müəyyən rol oynayır və bunlar yarımüslubların əhatə etdiyi müxtəlif sənədlərin dilinə xasdır7

.

Yuxarıda qeyd etdiyimiz kimi işgüzar üslubda dilimizdə mövcud olan sifətlər az işlədilir. Belə ki, bu üslubda əşyanın, hadisənin keyfiyyətini, xarakterik xüsusiyyətlərin bildirən sifətlərdən istifadə olunur. Məsələn,



“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”

Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il

tarixli Fərmanında deyilir: “Azərbaycan Respublikasının

dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq

edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmış-

dır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş

haqsızlıqların, təzyiq və təhriflərin aradan qaldırılması

üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur.

Dil öz daxili Qanunları əsasında inkişaf edirsə də onun

tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar

bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.

İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq

əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. İşgüzar üslubun diplomatik yarımüslubunda düzəltmə isimlərin və eləcə də eyni sözün təkrarı ilə yaranan

mürəkkəb isimlərin işlənilməsinə çox az təsadüf olunur.

Elmi tədqiqatların nəticələrinin təhlili göstərir aydın ki,

isimlərin işlənilməsində termin-söz birləşmələri, ismi-dominantlar da işgüzar üslubun səciyyələndirilməsində

müəyyən rol oynayır və bunlar yarımüslubların əhatə etdiyi müxtəlif sənədlərin dilinə xasdır7

.

Yuxarıda qeyd etdiyimiz kimi işgüzar üslubda dilimizdə mövcud olan sifətlər az işlədilir. Belə ki, bu üslubda əşyanın, hadisənin keyfiyyətini, xarakterik xüsusiyyətlərin bildirən sifətlərdən istifadə olunur. Məsələn,



“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”

Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il

tarixli Fərmanında deyilir: “Azərbaycan Respublikasının

dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq

edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmış-

dır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş

haqsızlıqların, təzyiq və təhriflərin aradan qaldırılması

üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur.

Dil öz daxili Qanunları əsasında inkişaf edirsə də onun

tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar

bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.

İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq

əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.




Sual 4. İşgüzar kommunikasiyada leksik normalar

Rəsmi işgüzar üslubun leksikası ali leksikadır. Bu

üslubda dilimizdə işlənən bir sıra ifadə qəlibləri, ştaplaş-

mış sözlərdən və ifadələrdən istifadə olunur. (məsələn: elan etmək, qərara almaq, sərəncam vermək, təklif vermək, müzakirə etmək və s.). Bu üslub üçün xarakterik cə-

hətlərdən ən başlıcası sabit söz birləşmələrinə daha çox

yer verilməsi və metaforaların, məcazların, epitetlərin, frazaloji birləşmələrin işlənməməsidir.

Qeyd etmək lazımdır ki, diplomatik sənədlərin və

dövlət qanunvericiliyi sənədlərinin dilində fərqlər olsa da,

bütün rəsmi sənədlərin dili vahid rəsmi üslubun daşıyıcı-

sıdır. Bu səbəbdən də rəsmi üslubun özünəməxsus leksikası, standart ifadələri vardır.

2. Rəsmi üslubun leksikasına ümumxalq danışıq dilində, bədii dildə işlənən, lakin rəsmi sənədlərdə rəsmi xarakter daşıyan sözlər və frazeoloji birləşmələr daxildir.

Məsələn: “qonaq”, “danışıq”, “görüş”, “elçi”, “söhbət”,

“səfər”, “razılıq” və s. Lakin ümumxalq danışıq dilindən

və bədii üslubdan fərqli olaraq, bu sözləri rəsmiləşdirmək

üçün onların əvvəlinə “rəsmi” sifəti əlavə olunur: “rəsmi

görüş”, “rəsmi səfər” və s.

3. Rəsmi üslubun özünəməxsus terminləri vardır:

bəyannamə, bəyanat, diplomatik, konsul, müqavilə, nota,

ultimatum, fərman, əmr, xasiyyətnamə, etibarnamə, arayış

və s.

4. Rəsmi üslub diplomatik sənədlərin, rəsmi sənədlərin gücünü, təsirini artırmağa xidmət edir.



Qeyd olunanalarla yanaşı rəsmi üslubda danışığa

təntənəli xarakter vermək, xüsusi hörmət ifadə etmək üçün

“cənab”, “zati alilər” kimi xitablardan istifadə olunur.

“Şah”, “kral”, “əlahəzrət”, “şahzadə”, “ser” kimi titul bildirən sözlərin işlənməsi də rəsmi üslubun özünəməxsus

xüsusiyyətlərindən biridir.




Sual 5. İşgüzar kommunikasiyada sintaktik normalar

işgüzar yazışmalar zamanı

sənədlərin tərtib edilməsində işgüzar üslubun sintaktik

xüsusiyyətlərindən düzgün istifadə edilməsi bu sənədlərin

forma və məzmunun, habelə məqsəd və vəzifələrinin tam

aydın ifadə olunmasında mühüm rol oynayır. Ümumiyyətlə, mövcud qrammatik qaydalara görə cümlənin əsas üzvü

olan mübtəda və xəbərin uzlaşması işgüzar sənədlərdə fikrin dolğun ifadə olunması, onun məzmun və mahiyyətinin

düzgün dərk edilməsi üçün zəruri şərtlərdən biri hesab

olunur. Ona görə də işgüzar sənədlərin tərtibatında bu mü-

hüm qrammatik qaydaya ciddi surətdə əməl olunmalıdır.

Bunu nəzərə alaraq, işgüzar üslubun əhatə etdyi sənədlə-

rin tərtibatı zamanı mübtəda və xəbərin uzlaşması xüsusi olaraq diqqətdə saxlanılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, bu üslubda mübtəda bir qayda olaraq, idarə, müəssisə və təşkilatların adları ilə ifadə olunur. Sənədlərin tərtibi zamanı həmcins

üzvlü cümlələrə daha çox yer verilir. Həmin cümlələrdə

adətən bir mübtəda bir neçə xəbərlə və yaxud bir neçə

xəbər bir neçə mübtəda ilə uzlaşdırılır.





Sual 6. Şifahi ünsiyyət prosesində dialoq

Dialóq (yun. διάλογος – danışıq, söhbət) – dilçilikdə: fikir-replikaların müntəzəm mübadiləsindən ibarət nitq forması; danışanların nitqinin bilavasitə anlaşılması replikaların dil tərkibinə qarşılıqlı təsir göstərir. Dialoq üçün məzmun əlaqəsi (sual-cavab, xəbər-aydınlaşdırma, /əlavə/, etiraz, /razılıq/, dəyərləndirmə; nitq etiketi formulları) və onun stimullaşdırdığı replikaların konstruktiv (leksik-qrammatik) əlaqəsi tipikdir: “Sən harada idin?” – “İşdə ləngidim”. Bu cür əlaqələrin yoxluğu danışanın nitqə deyil, nitqin gerçəkləşdiyi vəziyyətə reaksiyası zamanı (“Harada idin?” – “Qapıdan çəkil, soyuqlayarsan”) və ya müəyyən nitq aktı ilə heç bir əlaqəsi olmayan şəraitdə mümkündür.
Dialoq dil ünsiyyətinin ilkin formasıdır. Genetik olaraq şifahi ifadə vasitələrinin qənaəti prinsipi ilə səciyyələnən şifahi danışıq sahəsinə aiddir.
Bədii ədəbiyyatda dialoq şəklində nitqin ifadəsi zamanı situasiya rolunu müəllif şərhləri (remarkalar) oynayır. Dialoqun dil və üslubi xüsusiyyətləri yazıçının fərdi üslubuna və janrın normalarına uyğun olur. Dialoqun köməyilə təkcə danışıq nitqi üslublaşdırılmır. Dialoqun zahiri forması (replikaların növbələşməsi), onlarda canlı Dialoq nitqinin tipoloji əlamətlərinin çox hissəsi olmasa da, fəlsəfi-publisistik janr üçün səciyyəvidir (məs., Platonun, Q.Qalileyin dialoqları və “dəyirmi masa” arxasında müasir müzakirələr, müsahibələr, söhbətlər və s.). Ayrı-ayrı danışanların öz fikrini söyləməsinin növbələşməsi prinsipi poliloqda – iki deyil, bir neçə şəxsin danışığında da saxlanılır.



Sual 7. Şifahi akademik nitqin növləri

Bu nitq fəaliyyətinin bir forması olaraq müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyət, danışıqdır. Burada danışan, daha doğrusu, fikri ifadə edən şəxs əvvəlcə daxilən öz-özünə düşünür, sonra isə xarici nitqə keçir, demək istədiyini sözlə ifadə edir. Fikri qəbul edən (dinləyən, eşidən) əvvəlcə dinləyir, sonra düşünür, daxili nitqdən xarici nitqə keçərək müsahibinə müvafiq cavab verir. Dialoji nitqdə həmsöhbətlərdən birinin ifadə etdiyi fikir digəri tərəfindən qavranılır. Burada monoloji nitqdən fərqli olaraq söhbətə öncədən hazırlıq görülmür. Bu səbəbdən dialoji nitqdə tərəflər daha fəal olurlar. Lakin nitqin situasiyasından, təşkili formasından asılı olaraq dialoji nitqə də hazırlıq görülə bilər.

Dialoji nitqin bütün formalarında (dialoji söhbət, danışıq formalarında) onun iştirakçıları hadisəni təfərrüatı ilə danışır, olanlara öz münasibətini bildirir, dediklərinin daha inandırıcı olması üçün sübutlar, dəlillər gətirirlər. Qarşılıqlı söhbət zamanı tərəflərin işlətdikləri müxtəlif formalar (müraciətlər, ara sözlər, ritorik suallar və s.) ümumi bir bütövlük, fikri vəhdət yaradır.

Dialoq zamanı leksik təkrarlara, suala sualla cavabvermə, cümlədə söz düzümünün pozulması, fikrin elliptik qurulması, pauzalar və s. özünü göstərə bilir. Əlbəttə, belə ünsiyyət prosesində anlaşılmanın təmin olunması üçün dilin bütün normalarına riayət edilməklə yanaşı, normal intonasiyanın gözlənilməsi vacib sayılmalıdır.

Nitqin dialoji forması mükalimə də adlanır. O, danışıq dili üçün səciyyəvi, yığcam və ixtisar olunmuş nitqidir. Orada ifadələr bir qədər qısa, sintaktik quruluşlar sadədir. Yarımçıq cümlələrdən daha çox istifadə olunur. Nitqin bu növündə digər vasitələrdən də - jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur. Dialoji nitqdə intonasiya mühüm rol oynayır.

Dialoji nitqin özünəməxsus xüsusiyyətləri vardır. Psixoloji ədəbiyyatda həmin xüsusiyyətlərə aşağıdakıları aid edirlər. Hər şeydən əvvəl dialoji nitq bilavasitə reaksiya tələb edən nitqdir. Belə ki, dialoji nitq zamanı həmsöhbət deyilənlərə öz münasibətini bildirir: ya sual verir, ya təsdiq edir, ya inkar edir. Dialoji nitqin bu cəhəti danışanan öz fikrini ifadə etmək istiqamətinə təsir göstərir, onu müəyyən səmtə yönəldir.

Dialoji nitqin digər xüsusiyyətləri dialoqun danışan adamların emosional-ekspressiv rabitəsi şəraitində baş verməsidir. Bu zaman dialoji nitqin iştirakçıları bir-birlərini bilavasitə qavrayır və emosional vəziyyətlərini qiymətləndirirlər. Nəhayət dialoji nitqin bir xüsusiyyəti də onun müəyyən şəraitlə və ya obyektlə bağlı olmasıdır. Bu mənada o situativ səciyyə daşıyır, söhbətin obyekti dəyişən kimi dialoqun istiqaməti və xarakteri də dəyişir.


Monoloji nitq. Dialoji nitqlə müqayisədə monoloji nitq struktur baxımından sadədir. Fikir bir nəfər tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın müsahibi (və ya müsahibləri) ilə əks əlaqəsi olmur. Monoloji nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu, təşkil olunmuş, proqramlaşdırılmış nitqdir. Yəni danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət formasını, dil materiallarını seçir, müsahibinin (müsahiblərinin) səviyyəsini, deyəcəklərinin ona (onlara) necə təsir edəcəyini təsəvvüründə canlandırır.

Nitqin bu formasında danışan fikrən və ya yazılı şəkildə plan tutur, şərh edəcəyi məzmunu vermək üçün ona, necə deyərlər, dil donu geyindirir. Hansı sözlərdən, ifadələrdən istifadə edəcəyini, nitqini necə başlayacağını və quracağını və s. özü üçün müəyyənləşdirir.

Monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən bir sıra növləri vardır: mühazirə, məruzə, məlumat, çıxış, nitq və s. Monoloji nitqin digər formalarında olduğu kimi, mühazirə o vaxt effektli şərh üsulu sayılır ki, lektor ona yaxşı hazırlaşsın, nəyi, necə, harada deməyi bacarsın, şərhi auditoriyanın səviyyəsinə uyğun qurulsun. Telenitq isə monoloji və dialoji formalarda olur, məzmun hərəki təsvir və səs ifadəsi ilə dinləyiciyə çatdırılır.

Monoloji nitq tamamilə mütəşəkkil nitq növü hesab olunur. Bu baxımdan müəllimin mühazirəsini monoloji nitqə misal göstərmək olar. Bədii ədəbiyyatda da çoxlu monoloqa rast gəlirik, məsələn, İsgəndərin monoloqu, Hamletin monoloqu və s. monoloqlara diqqət yetirdikdə onun fasiləsiz, əlaqəli, ardıcıl və məntiqli olduğunu görürük. Monoloji nitqin rəvan getməsi üçün ondan istifadə edən adamın çatdıracağı məzmunu dərindən və aydın dərk etməsi, zəngin söz ehtiyatına malik olması, nitqin təsirlilik, emosionallıq xüsusiyyətlərinə, danışdığı dilin qayda-qanun larına mükəmməl yiyələnməsi zəruridir.





Sual 8. Görüntülü işgüzar komunikasiya barədə

Prezentasiya.

Təqdimatın məzmunu.

Təqdimatın daha maraqlı olması üçün dinləyiciləri ilk növbədə çıxışın məzmunu ilə tanış etmək, qısa xülasə vermək , sonda isə qeyd edilənləri yekunlaşdırmaq lazımdır.

Giriş, əsas hissə, nəticə.

Mövzunun məzmunu məruzəçinin dinləyicilərə ötürəcəyi informasiyadan ibarətdir. Mövzunun məzmunun ardıcıl olaraq təqdim edilməsi, dinləyicilər tərəfindən diqqətlə və maraqla qarşılanır. Məruzəçi mövzunu təqdim edərkən özünü , iş yerini, vəzifəsini də təqdim etməlidir. Görüntülü akademik kommunikasiya zamanı məruzəçi öz məqsədinə nail olmaq üçün, əsasən 3 məsələyə diqqət ayırmalıdır. Auditoriyanı cəlb etmək, təqdim edəcəyi movzunun məqsədini açıqlamaq, mövzunun məzmununu qısa strukturla diqqətə çatdırmaq, araşdırmanın istiqamətini göstərilməlidir. Təqdimat zamanı hansı suala cavab axtarıldığı açıqlanmalıdır. Mətnin və slayıdların başlıqları eyni qaydada tərtib edilməsi tövsiyyə edilir. Əgər slayıdın fonu yaşıl rəngdə seçilibsə, bütün slayıdların yaşıl rəngdə olması olmalıdır. Slayıdlar mövzunu tam əks etdirməlidir. Prezentasiya zamanı təqdim edilən mətnin məzmunu dinləyicinin təlimciyə ehtiyacını ödəməlidir. Slaydlar asanlıqla oxunmalı, eyni struktura malik olmalıdır. Rəngli mətnlərdən çox istifadə edilməsi məqsədəuyğun hesab olunmur. Yazılar beynəlxalq aləmdə qəbul olunmuş şriftlərlə yazılmalıdır. Slaydin fonunun açıq rənglərdə olması, mətnin isə tünd rənglərdə olması daha uyğundur.

Akademik təqdimatda müxtəlif cür informasiyalar ( mətn,qrafik, təsvir,səs effekti, animasiya, videofraqmentlər və s.) bir- birini tamamlamalıdır.

Məsələn, mətn üçün şriftin seçimi vacibdir, qrafika üçün rənglərin parlağlılığı və zənginliyi, bunların birgə anlaşılması üçün slaydda optimal rəng seçimi ilə yerləşdirilməsi vacibdir.

Təqdimat görünüşlü olmalıdır, cədvəl və sxemlərin görünüşü mətnlə tamamlamalıdır.

Sonuncu slaydın təşəkkürlə bitirilməsi tövsiyə olunur, sonda əsas fikrinizi bir daha xatırladın.

Görüntülü akademik kommunikasiya sistemli maraqlı, görünüşlü olmali, dinləyiciləri monoton mətnlə və ya çoxrəngliliklə yormamalıdır. Təqdimat zamanı sizi dinləyən şəxslərlə göz təmasında olun, səs tonunuzu düzgün idarə edin. Cümlələriniz qısa və aydın olmalıdır. Təqdimata əlavə etdiyiniz şəkillər, videolar, musiqi təqdimatın mövzusuna uyğun olmalıdır.





Sual 9. Dəyirmi masa nədir?

Dəyirmi masa anlayışı simvolikdir. Bu o deməkdir ki dəyirmi masa da bütün iştirakçıların fikir bildirmək üçün eyni hüquqlari və imkanları var.Hər hansı məsələni danışıqla həll etməyin, müzakirə yolu ilə razılığa gəlməyin qarışılıqlı anlaşmaya nail olmaq üçün dialoq aparmağın ən əlverişli üsulu dəyirmi masa ətrafında toplanmaqdır. Dəyirmi masa iştirakçılara müəyyən bir məsələni daha dərindən anlamaqda kömək edə bilər, həmçinin problemlə bağlı digər iştirakçıların mövqelərini nəzərdən keçirə bilər.

Dəyirmi masa necə keçirilməlidir?

Rezonans doğuran bir problem və ya mövzunu müəyyənləşdirin.

1. Bu mövzuda danışmaq üçün kifayət qədər səlahiyyətli olan mütəxəssisləri, yəni iştirakçıları seçin. Onların problemlə bağlı fərqli münasibət təqdim etmələri arzu olunur. Dəyirmi masada 3-5-8 mütəxəssis istirak edə bilər.

2. Lider və ya moderator seçilir- müzakirəni izləyəcək, lazımi sözləri iştirakçılara ötürəcək, müzakirəni düzgün istiqamətə yönəldə bilən şəxs.

3. Dəyirmi masanın moderatoru mövzunu səsləndirir və mütəxəssislər müəyyən müddət ərzində problemlə bağlı fikirlərini təqdim edirlər

4. İştirakçılar mövzunu öz aralarında sərbəst müzakirə edirlər. Müzakirə moderator tərəfindən idarə olunur.

5. Müzakirənin bitdiyi hiss olunduqda moderator müzakirəni bagliyir və ekspert təqdimatlarını ümumiləşdirir və yekun nəticə elan olunur.

6. Dəyirmi masada problemin uğurlu müzakirəsi həm moderatorun, həm də iştirakçıların bir- birilərinin fikrinin rədd etməsi yox, bir- birilərinin fikrinə hörmətlə yanaşması, həqiqətin obyektivliyinə nail olmaqdır, əldə edilmiş nəzəri biliklərin təcrübədə istifadə olunmasıdır.
Dəyirmi masanın quruluşu:

1 Təşkilatı an( salamlama...)

2 Nəzəri hissə ( mövzuya giriş, iştirakçılarin mövzu ilə tanışlığı)

3 Praktik hissə: fikir mübadiləsi başlayır

4 Nəticə: elmi qənaətlərin yekunu

5 Vida mərasimi ( sagollasma)


Mövzular: 1 Uşaqların internet təhlükəsizliyi

2 Elektron xidmətlərə keçid: mövcud vəziyyət və perspektivlər

3 ------




Sual 10. Görüntülü akademik kommunikasiya barədə (prezentasiya)

Prezentasiya.

Təqdimatın məzmunu.

Təqdimatın daha maraqlı olması üçün dinləyiciləri ilk növbədə çıxışın məzmunu ilə tanış etmək, qısa xülasə vermək , sonda isə qeyd edilənləri yekunlaşdırmaq lazımdır.

Giriş, əsas hissə, nəticə.

Mövzunun məzmunu məruzəçinin dinləyicilərə ötürəcəyi informasiyadan ibarətdir. Mövzunun məzmunun ardıcıl olaraq təqdim edilməsi, dinləyicilər tərəfindən diqqətlə və maraqla qarşılanır. Məruzəçi mövzunu təqdim edərkən özünü , iş yerini, vəzifəsini də təqdim etməlidir. Görüntülü akademik kommunikasiya zamanı məruzəçi öz məqsədinə nail olmaq üçün, əsasən 3 məsələyə diqqət ayırmalıdır. Auditoriyanı cəlb etmək, təqdim edəcəyi movzunun məqsədini açıqlamaq, mövzunun məzmununu qısa strukturla diqqətə çatdırmaq, araşdırmanın istiqamətini göstərilməlidir. Təqdimat zamanı hansı suala cavab axtarıldığı açıqlanmalıdır. Mətnin və slayıdların başlıqları eyni qaydada tərtib edilməsi tövsiyyə edilir. Əgər slayıdın fonu yaşıl rəngdə seçilibsə, bütün slayıdların yaşıl rəngdə olması olmalıdır. Slayıdlar mövzunu tam əks etdirməlidir. Prezentasiya zamanı təqdim edilən mətnin məzmunu dinləyicinin təlimciyə ehtiyacını ödəməlidir. Slaydlar asanlıqla oxunmalı, eyni struktura malik olmalıdır. Rəngli mətnlərdən çox istifadə edilməsi məqsədəuyğun hesab olunmur. Yazılar beynəlxalq aləmdə qəbul olunmuş şriftlərlə yazılmalıdır. Slaydin fonunun açıq rənglərdə olması, mətnin isə tünd rənglərdə olması daha uyğundur.

Akademik təqdimatda müxtəlif cür informasiyalar ( mətn,qrafik, təsvir,səs effekti, animasiya, videofraqmentlər və s.) bir- birini tamamlamalıdır.

Məsələn, mətn üçün şriftin seçimi vacibdir, qrafika üçün rənglərin parlağlılığı və zənginliyi, bunların birgə anlaşılması üçün slaydda optimal rəng seçimi ilə yerləşdirilməsi vacibdir.

Təqdimat görünüşlü olmalıdır, cədvəl və sxemlərin görünüşü mətnlə tamamlamalıdır.

Sonuncu slaydın təşəkkürlə bitirilməsi tövsiyə olunur, sonda əsas fikrinizi bir daha xatırladın.

Görüntülü akademik kommunikasiya sistemli maraqlı, görünüşlü olmali, dinləyiciləri monoton mətnlə və ya çoxrəngliliklə yormamalıdır. Təqdimat zamanı sizi dinləyən şəxslərlə göz təmasında olun, səs tonunuzu düzgün idarə edin. Cümlələriniz qısa və aydın olmalıdır. Təqdimata əlavə etdiyiniz şəkillər, videolar, musiqi təqdimatın mövzusuna uyğun olmalıdır.



Yüklə 65,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin