Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»


Sual 3. Azərbaycan milli iqtisadiyyatının formalaşması və inkişafı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   2   3   4   5   6   7   8   9   ...   33
Azərbaycan İqtisadiyyatı

 

Sual 3. Azərbaycan milli iqtisadiyyatının formalaşması və inkişafı. 

Hər bir xalqın, müstəqil dövlətin mövcudluğunun maddi əsası, onun 

iqtisadiyyatıdır. Bu mənada iqtisadi sistem kimi Azərbaycan İqtisadiyyatını və 

bu iqtisadiyatı bir elm olaraq öyrənən “Azərbaycan iqtisadiyyatı”-ndan 

fərqləndirmək lazımdır, onlar bir-birindən fərqli olan anlayışlardır və onları 

eyniləşdirmək olmaz. I halda söhbət insanların əsas fəaliyyət sahəsindən gedirsə, 

II halda elmin xüsusi saəsindən, konkret tədris fənnindən gedir. I mənada, 

Azərbaycan iqtisadiyyatı təsərrüfat sahələrinin vəhdət halında birləşdirən, 

özünün milli ənənələri və xüsusiyyətləri ilə fərqlənən, kifayət qədər təbii 

sərvətləri və məhsuldar qüvvələrə malik, ictimai təşkiliu forması və idarəetmə 

mexanizmi ilə səciyyəvi olan bir iqtisadiyyatdır, iqtisadi bir sistemdir. Bu 

sistemdə məhsuldar qüvvələr (maddi-texniki və subyektiv amil) iqtisadiyyatın 

məzmununu, istehsal münasibətləri onların ictimai təşkili formasını, idarəetmə 

mexanizmini isə onu hərəkətə gətirən və tənzimləyən tərəfini təşkil edir. 

Bütövlükdə götürülən iqtisadi sistem Azərbaycanın milli iqtisadiyyatıdır ki, 

milli ictimai məhsulun istehsalı, bölgüsü, mübadiləsi və istehlakı onun  

sayəsində baş verir. Azərbaycan iqtisadiyyatı: 1) iş qabiliyyətli əhalini işlə təmin 

edir; 2) xalqın sərvətinin yaradılması və artırılması burada baş verir; 3) əməyin 

ictimai təşkili və insanlararası iqtisadi münasibətlər burada formalaşır; 4) elmin, 

səhiyyənin, incəsənətin, idmanın inkişafı üçün zəruri olan maddi şəraiti yaradır; 

5) ölkənin müdafiə qabiliyyətini artırır, maddi-texniki bazasını 

möhməkləndirməyin etibarlı dayağı olur. ən başlıcası da odur ki, Azərbaycan 

Respublikasının müstəqil dövlət kimi mövcud olub yaşamasının və dünya 

dövlətləri cərgəsinə qoşulub fəaliyyət göstərməsinin iqtisadi əsasını da onun 

milli iqtisadiyyatı təşkil edir. Bütün bunlara görə bir elm kimi “Azərbaycan 

iqtisadiyyatı” bütövlikdə götürülən milli iqtisadiyyatımızı özünün tədqiqat 

obyekti kimi seçib öyrənir. Bununla belə, Azərbaycanın  bütövlükdə götürülən 

iqtisadiyyatı konkret fəaliyyət sahələrinə ayrılır və nisbi müstəqil sahələr kimi 

fəaliyyət göstərir ki, onların hər birini müstəqil öyrənən bir elm  vardır. 

“Azərbaycan iqtisadiyyatı”  isə ictimai sosial bir elmdir, o da öz predmetini 

Azərbaycanın iqtisadi həyatından götürüb tədqiq edir və bir çox funksiyaları 

yerinə yetirir. Beynəlxalq iqtisadi inteqrasiya dövlətlər arasında istehsal 

amillərinin və malların sərbəst hərəkətini nəzərdə tutur. İqtisadi inteqrasiyaya 



 

 



uğrayan Azərbaycan Respublikası siyasi cəhətdən müstəqil olmaqla iqtisadi 

cəhətdən qarşılıqlı asılı vəziyyətdə olur. Azərbaycan Respublikasının regional 

iqtisadi birləşmələrini nəzərdən keçirdikdə məlum olur ki, coğrafi mövqe 

mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan Respublikasının xarici 

iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli 

xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün 

sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır. Müstəqilliyi bərpa etdikdən 

sonra (1991-ci ilin oktyabr ayının 18-də) ölkənin ilk əməkdaşlıq münasibətləri 

əldə etdiyi beynəlxalq iqtisadi təşkilatları aşağıdakı kimi təsnifləşdirmək olar:  

1. İslam Konfransı Təşkilatı (İKT) – 8 dekabr 1991-ci il;  

2. İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) – fevral 1992-ci il;  

3. Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı 

– 1992 - ci il;  

4. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) – 1993-cü il;  

5. Ümumdünya Ticarət Təşkilatı (keçmiş QATT) müşahidəçi statusunda – 1993-

cü il;  


6. Müstəqil Dövlətlər Birliyi (MDB) – 1993-cü il;  

7. Avropa Şurası – 25 yanvar 2001-ci il. 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin