Boru xətti nəqliyyatı
ABŞ-dan sonra ilk dəfə boru xəttinın tikildiyi Azərbaycanda nəqliyyat
sektorunda boru xəttləri ilə daşınmanın xüsusi əhəmiyyəti vardır. Neft və təbii
qazın nəqlində daha çox boru xəttlərindən istifadə edilir.Nəqliyyat sektorunda
yük daşınmasında boru xətlərinin payı 1990-cı ildə 9.5% ikən, 1995-ci ildə
31.5%-ə yüksəlmişdir. Ancaq, daha sonrakı illərdə bu payda azalmalar görülür.
Nəqliyyat sektorundakı rolu, neft hasilatının artmağa başlaması ilə əhəmiy- yət
kəsb edən boru xəttləri, əsas ixrac boru xətti olaraq Bakı-Tbilisi-Ceyhan neft
boru kəmərinin işə düşməsi ilə yanaşı təbii qaz ixracı ilə əlaqədər Bakı- Tbilisi-
Ərzurum təbii qaz boru kəmərinin tikilməsi ilə daha da əhəmiyyət qaza-
nacaqdır. Boru xəttləri ilə əlaqədar məlumatları isə, Xəzər enerji qaynaqlarının
iqtisadi əhəmiyyəti adlı fəsildə daha ətraflı məlumat veriləcəkdir. İpək Yolunun
yenidən tikintisi, Azərbaycanda müstəqillikdən sonra atılan ən vacib və müsbət
addımlardan biridir. Mərkəzi Asiyadan Avropaya gedən ən əlverişli yol Xəzər
dənizindən və Azərbaycandan keçən yoldur. Mərkəzi Asiya, Xəzər dənizi,
Azərbaycan, Gür- cüstan və Qara dənizdən keçərək Avropaya uzanan yeni bir
avtomobil yolu açılmışdır. Fəaliyyətdə olan bu yol, köhnə İpək Yolunu yenidən
canlandırmaq mənasına da gəlir. Bu yolla Mərkəzi Asiyadan Avropanın ən
ucqarında yerlə- şən ölkələrə və Avropadan Mərkəzi Asiyaya ən əlvərişli və
etibarlı şəkildə da- şınma həyata keçiriləcəkdir. Həm Orta Asiyadan Avropaya,
həm də Avropadan Orta Asiyaya yük daşınır. Bu yükləri Xəzər dənizi üzərində
Azərbaycana aid olan xırda gəmilər nəql edir.1996-cı ildən başlayaraq bu yolun
tikintisi üçün atılan addımlar, region nəq- liyyat dəhlizləri ilə rəqabət edə bilən
və ölkə iqtisadiyyatının inkişafına, yerüstü nəqliyyat kompleksinin
formalaşmasına təsir edən vacib amillərdən biridir146. 1998-ci ilə nisbətlə 2001-
ci ildə İpək Yolu ilə yük daşınması 1.5 dəfə, tranzit yük daşınması 1.9 dəfə, əldə
edilən gelir isə 1.6 dəfə artmışdır.
Şimal-Cənub nəqliyyat koridoru
İran, Rusiya və Azərbaycan arasında 2005-ci ilin əvvəllərində Bakıda “Şimal-
Cənub” nəqliyyat koridoru layihəsi imzalanmışdır. "Şimal-Cənub" nəqliyyat
koridoru layihəsi çərçivəsində Rusiya, Azərbay- can və İran arasında Qəzvin-
Rəşt dəmir yolu xəttinın layihələndirilməsi, tikin- tisi və istifadəsi, eyni zamanda
Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu- nun layihələşdirilməsi ilə
35
əlaqədar müştərək şirkətin qurulması haqqında me- morandum imzalanmışdır.
Protokol dəmir yolu layihəsinin tikintisi məqsədi ilə bir anonim şirkətin (joint
stock company) qurulmasını və layihəyə investorları cəlb etməyi qarşısına
məqsəd qoymuşdur. Şimal-Cənub nəqliyyat koridorunda Azərbaycan hissəsinin
uzunluğu 505 km-dir. Layihə Xəzər dənizi limanları, Rusiyanın su kanalları və
dəmir yolları Azərbaycan İqtisadiyyatı vasitəsi ilə İran Körfəzi və Şərqi
Asiyadan Avropaya yük daşınmasını qarşıya hədəf olaraq qoymuşdur.
Layihənin reallaşması ilə Azərbaycan şimaldan Şərqə daşınacaq yüklərin tranzit
mərkəzinə çevriləcəkdir. Beynəlxalq nəqliyyat koridoru tam olaraq fəaliyyətə
başladığı zaman Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqazın, İran
körfəzi və Hindistana çıxışına, Xəzərin sahilyanı ölkələrinin Qara dəniz
limanları ilə ticarət əlaqələrinin artmasına imkan verəcəkdir. Eyni koridor
Azərbaycanın tranzit yük daşımalarından əldə ettiyi gəlirlərin artmasına da
imkan verəcəkdir. Ölkədə beynəlxalq nəqliyyat yolları başda olmaqla avtomobil
yolları 2008- ci ilə qədər yenidən tikiləcək. 2004-2008-ci illər ərzində 1225
kilometr uzunlu- ğunda şəhərlərarası yolda, 1807 kilometr uzunluğunda isə şəhir
daxili avtomo- bil yollarında təmir və yenidən qurma fəaliyətləri həyata
keçiriləcəkdir. Bu çərçivədə önəmli layihələr üzərində fəaliyətlər davam edir:
1. Bakı-Ələt-Qazax-Gürcüstan sərhəddi boyunca uzunluğu 508 km olan yolun
Bakı-Ələt (47 km) hissəsində yenidən qurma fəaliyyətlərinə başlanılmış və
2005-ci ilin sonuna qədər yekunlaşdırılmışdır;
2. Uzunluğu 85 km, layihə həcmi 41 milyon dollar olan və Avropa Yenidən
Qurma və İnkişaf Bankının maliyyələşdirdiyi Qazməmməd-Kürdəmir yolu- nun
tikintisi isə 2006-cı ilin sonunda ; yekunlaşdırılmışdır
3. Kürdəmir-Ucar-Yevlax-Gəncə boyunca uzunluğu 188 km, layihə 102 mil-
yon dollar olan yol 2008-ci ilin sonuna qədər yekunlaşdırılmalıdır;
4. Gəncə-Qazax-Gürcüstan sərhəddinə qədər uzunluğu 132 km, layihə dəyəri 60
milyon dollar olan yolun yenidən qurma işləri də 2009-ci ildə yekunlaş-
dırılmalıdır;
5. Bakı-Quba-Rusiya sərhəddinə qədər uzunluğu 208 km, layihə dəyəri 280
milyon dollar olan birinci dərəcəli yolun tikintisi 2009-ci ildə yekunlaşdı-
rılmalıdır;
6. Uzunluğu 21 km, layihə dəyəri 30 milyon dollar olan Bakı dairəvi yolunun
2010-ci ilin sonlarında tamamlanması planlaşdırılmışdır.
36
7. Bundan əlavə, Ələt-Astara istiqamətində uzunluğu 243 km, layihə dəyəri
təxminən 300 milyon dollar olan yolun yenidən tikintisi ilə əlaqədar texniki və
iqtisadi layihələndirmə fəaliyyətləri tamamlanmış vəziyyətdədir. Yolun
tikintisinin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə müəssisələri ilə
müzakirələr nəticəsində bu yolun yenidən tikintisi üçün fəaliyyətlərə də baş-
lanmış olacaqdır. Ələt-Astara yolunda yenidən tikinti fəaliyyətlərinin, 2010- cu
ilə qədər tamamlanması nəzərdə tutulmuşdur.
8. İnşasına başlanan Biləsuvar-İran sərhəddi boyunca uzunluğu 19,5 km, layihə
dəyəri 35 milyon manatolan yolun da 2009-ci ildə tamamlanması
planlanlaşdırılmışdır.
9. Bakı-Şamaxı-İsmayıllı boyunca uzunluğu 162 km, layihə dəyəri 270 mil- yon
manatolan yol isə 2006-2010-cı illərdə yenidən qurulacaqdır.
10. Uzunluğu 71 kilometr olan Şəmkir-Qazax avtomobil yolunun yenidən ti-
kintisinə Dünya Bankı 40 milyon dollar kredit ayırmışdır.
11. Şəmkir-Qazax avtomobil yolunun yenidən tikintisinə Dünya Bankı 40
milyon dollar kredit ayırmışdır.
Layihələr çərçivəsində Bakıdan Gürcüstan sərhəddinə qədər uzanan yolun Ələt-
Qazıməmməd hissəsi və Gəncə-Qazax avtomobil yolunun 23 kilometrlik Gəncə-
Şəmkir hissəsi artıq dünya standartlarına cavab verəcək şəkildə asvalt örtüyü ilə
təmin edilmişdir.
Dostları ilə paylaş: |