Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»


Sual 15. Azərbaycan milli iqtisadiyyatının rəqabətliliyi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   11   12   13   14   15   16   17   18   ...   33
Azərbaycan İqtisadiyyatı

Sual 15. Azərbaycan milli iqtisadiyyatının rəqabətliliyi. 

Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin edilməsi aspektləri

Milli iqtisadi təhlükəsizliyin təmin olunması - iqtisadi, sosial, siyasi və mədəni 

amillərin və onların qarşılıqlı təsirinin iştirak etdiyi çoxfunksional prosesdir. 

Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, dünya təsərrüfatının müasir durumu 

onun fəaliyyətinin sabitliyini pozan çoxlu sayda müxtəlif amillərin olması ilə 

xarakterizə olunur. Bu şəraitdə ayrı-ayrı fərdlərin rifahını və bütün millətin 

dayanıqlı inkişafını təmin edən dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsi 

xüsusi əhəmiyyət kəsb edir. Dövlətlər qarşısında iqtisadiyyatın açıqlığı ilə milli 

maraqların qorunması, milli iqtisadi təhlükəsizliyin təmin edilməsi arasında 

optimal nisbəti necə tapmaq dilemması durur. Müasir mərhələdə hər bir ölkə 

üçün iki vəzifə arasında ziddiyyət mühüm əhəmiyyət kəsb etməyə başlayır: 

dünya təsərrüfatına inteqrasiya və özünün bazar prinsiplərinə əsaslanan daxili 



 

37 


 

bütöv təsərrüfatının yaradılması ilə. Burada iqtisadiy- yatdaxili fəaliyyətin milli 

təhlükəsizliyinin təminatının əsas istiqamətləri aşağıdakılardır: 

əminatı və qanunvericiliyə riayət edilməsi üçün səmərəli 

nəzarət mexanizminin yaradılması; 

ət tənzimlənməsinin gücləndirilməsi; 

 

məhsulların və birinci dərəcəli emal məhsulları istehsalının üstün artımının 



təmin edilməsi, geniş istehsalın əsasını təşkil edən sahələrə kömək; 

-texniki, texnoloji və istehsal potensialının saxlanması və inkişafı, yerli 

sənaye məhsullarının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi ilə iqtisadi artıma 

keçilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, xalqın maddi rifahının 

yüksəlişi. 

İqtisadi təhlükəsizlik anlayışı iqtisadi münasibətlərdə iqtisadi təhlükəsizliyin 

reallaşması olan iqtisadi rəqabətqabiliyyətliliyi anlayışı ilə sıx bağlıdır. İqtisadi 

təhlükəsizliyin olmaması subyektin öz iqtisadi tələbatlarını effektiv 

mövqeləşdirməyə imkan vermir. İqtisadi rəqabətqabiliyyətliliyi, öz növbəsində 

həm iqtisadi təhlükəsizliyə, həm də subyektin özünə qarşı əks təsirə malikdir. 

Effektiv iqtisadi rəqabətqabiliyyətliliyi iqtisadi təhlükəsizliyi inkişaf etdirir, 

həmçinin subyektə iqtisadi təhlükəsizliyin əhəmiyyətini, onun hüquqi 

səlahiyyətini və faydalılığını yenidən qiymətləndirməyə imkan verir. Beləliklə, 

müasir dünyanın iqtisadi inkişafının dinamikliyi rəqabətqa- biliyyətliliyini 

şərtləndirir ki, bu da hökuməti milli prioritetlərin sərt prinsiplərini rəhbər tutaraq 

çevik iqtisadi siyasətin köməyi ilə yorulmadan rəqabət qabiliyyətliliyinin 

yüksəldilməsi qayğısına qalmağa məcbur edir. Yeni iqtisadiyyat şəraitində bazar 

mexanizmləri elə düzəlməlidir ki, iqtisadi təh- lükəsizliyin möhkəmlənməsinə 

kömək etmiş olsunlar. İqtisadi təhlükəsizlik probleminə olan baxışları və 

qərarları qabaqcadan müəyyən edən çoxlu sayda amillər arasında ikisini 

fərqləndirirlər. Birincisi, milli iqtisadiyyatın vəziyyəti, onun rəqabət 

qabiliyyətliliyinin səviyyəsidir. İkincisi, dünya təsərrüfatında rəqabətin qızış- 

ması, ranqlar üzrə dünya iqtisadi tabelində mövcud yer uğrunda mübarizədir. 

Dövlətin rəqabət qabiliyyətliliyinin artımı və bu zaman baş verən bütün qlobal 

miqyaslı dəyişikliklər dünya iqtisadiyyatının qarşılaşmaqdan yan keçə 

bilməyəcəyi çoxlu sayda mürəkkəb çağırışlar olmadan başa gəlmir. Və hər bir 

ölkə bu çağırışlara öz güc və imkanlarından, xüsusilə də nail olduğu inkişaf 



 

38 


 

səviyyəsindən, malik olduğu resurslardan irəli gələrək cavab vermək 

məcburiyyətində qalır. Bu gün innovasiyaların, texnoloji prosesin və azad 

sahibkarlığın gur inkişafı ilə bağlı qlobal dəyişikliklər çoxlu sayda qlobal çağırış 

doğurmuşdur ki, dünyanın bütün ölkələrinin iqtisadiyyatları bunlarla 

qarşılaşmışdır. Azərbaycan da, mühüm geostrateji əhəmiyyət kəsb edən təbii 

resursların çoxlu sayda növlərinin böyük ehti- yatlarına malik olan ölkə olaraq

bu və ya digər dərəcədə bu çağırışlarla üz-üzə gəlir. Gerçəkliyin daha mühüm və 

miqyaslı çağırışları dəqiq qarşılıqlı əlaqəsi olan və aşağıdakı dəyişikliklərdən 

asılı olan amillərlə müəyyən edilir: 

əkcə ənənəvi əmtəə, kapital, texnologiyalar və işçi qüvvəsi bazarlarını deyil, 

həm də siyasi idarəetmə sistemlərini, innovasiyalara kömək, insan poten- 

sialının inkişafını əhatə edən qlobal rəqabətin güclənməsi; 

-iqtisadi inkişafda rolunu gücləndirən və rəqabətqa- 

biliyyətliliyinin bir çox ənənəvi artım amillərinin təsirini azaldan texnoloji 

dəyişikliklərin gözlənilən yeni dalğası; 

ə dayanıqlı rəqabət üstünlüklərinin formalaşmasının əsas 

amili kimi insan kapitalının rolunun artması, elmtutumlu iqtisadiyyat key- 

fiyyətcə əməktutumlu və kapitaltutumlu iqtisadiyyatın tələb etdiyindən fərqli 

kadrlar tələb edir; 

ə xammal ixracının sürətlə yetişməsinə 

əsaslanan ixrac-xammal potensialının tükənməsi; 

ərzaq böhranının mürəkkəbləşməsi; 

əskinləşməsi; 

ə immiqrasiya vəziyyətinin mürəkkəbləşməsi, həm 

istehklakçı, həm də işçi qüvvəsi kimi çıxış edən əhalinin sayının və keyfiyyət 

strukturunun dəyişməsi; 

ənilən ekoloji dəyişikliklər və bunların nəticəsi kimi, iqtisadi inkişafın 

texnogen xarakterindən imtina, onun ekologizasiyasının sürətləndirilməsi. 

Bununla  belə, qeyd etmək istərdik ki, Azərbaycanda əldə edilmiş siyasi sabitlik 

şəraiti, həmçinin, son illər islahatların gələcək irəliləyişi üçün yaradılmış uğurlu 

sosial-iqtisadi baza, zənnimizcə, artıq bu gün iqtisadiyyatımız qarşısında rəqabət 

qa- biliyyəti daha yüksək olan ilk əlli ölkə sırasına daxil olmaq imkanını 



 

39 


 

gündəmə gətirir. Bu, fikrimizcə, milli iqtisadi təhlükəsizliyimizin təmin 

edilməsinin təkmilləşdirilməsinin davam işinin real və eyni zamanda, irimiqyaslı 

məqsəddir. Çoxillik beynəlxalq təcrübə göstərir ki, iqtisadiyyatın 

modernləşdirilməsinin davam etdirilməsi və Azərbaycanda innovasiya 

sisteminin formalaşması iqtisadiyyatımızı üstün xammal ixracı inkişafı 

zonasından çıxarmağa imkan verəcək və emal sahələrinin artım dinamikasına 

güclü təkan verəcək, ölkənin dünya birliyində rəqabətqabiliyyətliliyini və onun 

dünya iqtisadi məkanına bərabər hüquqlu inteqrasiyasını tam mənada təmin 

edəcək. 


 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin