Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   22   23   24   25   26   27   28   29   ...   33
Azərbaycan İqtisadiyyatı

Bakı-Tbilisi-Ceyhan Neft Boru Xətti 

Neft istehsalının artması halında fəaliyyətdə olan Bakı-Novorossiysk və Bakı-

Supsa xəttləri kifayət etməyəcəyindən, Qərb bazarlarına ixrac üçün əsas boru 

xətti mövzusunda fərqli alternativlər üzə çıxmışdır. Bu alternativlər arasında isə, 

Bakı-Tbilisi-Ceyhan seçilmişdir. 1768 km-lik Bakı-Tbilisi-Ceyhan xətti, Bakı 

yaxınlarındakı Səngəçal lima- nından quru yol keçidiylə, Gürcüstanın paytaxtı 

Tbilisi üzərindən keçib, Tür- kiyə sərhəddinin 42 dərəcə 49 dəqiqə şimal və 43 

dərəcə 18 dəqiqə şərq koor- dinatları arasından Anadoluya daxil olur. Xəttin 443 




 

66 


 

km-i Azərbaycan, 249 km Gürcüstan, 1076 km-i isə Türkiyə torpaqlarından 

keçir. Xətt Ardahan, Qars, Ərzurum, Ərzincan, Sivas, Kayseri, Qəhrəman 

Maraş, Osmaniyə və Adana şahəri sərhəd xəttini izləyərək Ceyhanda inşa 

ediləcək olan terminala bağlanır.Uzun müddətdə Şərq-Qərb Dəhlizi ilə 

Azərbaycanla yanaşı Qazaxıstan nefti və Turkmənistan təbii qazının da eyni 

xəttlə nəqli düşünülür. Buna görə Xəzər dənizin altına döşənməsi düşünülən 

Transqafqaz xətti ilə Qazax nefti və Türkmən təbii qazı Bakıya, buradan da 

Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyəyə ötürüləcək. 2002-ci ilin 18 

sentyabrında Azərbaycan,Türkiyə və Gürcüstan prezident- lərinin iştirakı ilə 

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşasının bünövrəsini atılması mərəsimi 

keçirilmişdir. ABŞ-ın ixrac və idxal bankı “Exim Bank” 30 dekabr 2003-cü ildə 

Bakı- Tbilisi-Ceyhan neft boru xəttinin inşası məqsədi ilə Amrerikan 

avadanlıqlarını ixracı və xidmətləri üçün 160 milyon dollar uzun müddətli kredit 

ayırmaq haq- qında qərar vermişdir. Layihə haqqında məlumatlar konqresə 

təqdim edildik- dən sonra bank bu qərarı qəbul etmişdir. Nəhayət, 3 fevral 2004-

cü ildə Bakı- Tbilisi-Ceyhanın reallaşması yolunda mühüm bir addım atılmışdır. 

Bu tarixdə bütün dünyada tanınan ən əhəmiyyətli maliyyə təşkilatları ilə 

layihənin maliy- yələşdirilməsi paketin hazırlanması tamamlanmışdır. Yeni 

prezident İlham Əliyevin imzaladığı “Azərbaycan xalqının milli lideri Həydər 

Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqinda” 10 mart 2004 

tarixli fərmanı ilə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə Heydər 

Əliyevin adının verilməsi qəraralaşdırılmışdır. Borularla neftin doldurulması 

xərcləri ilə birlikdə BTC-yə 3.6 milyard dollar pul xərclənmişdir. Bakı-Tbilisi-

Ceyhan boru kəmərinin Azərbaycan iqtisadiyyatına müsbət mənada faydası 

fəaliyyətə başladığı 2006 cı ildən etibarən özünü göstərməyə başlamışdır. BTC 

boru kəməri fəaliyyətə başlayınca birinci il 25 milyon ton, 2007-ci ildən etibarən 

isə Ceyhan limanına ildə 45-50 milyon ton neft nəql edilir. Ceyhan xam neft 

ixrac terminalı 120 milyon ton/il həcmli olub, təxminən 71 milyon ton həcmi 

olan İraq-Türkiyə xam neft boru kəməri də diqqətə alın- dıqda 49 milyon 

ton/illik qismi, BTC boru kəmərinin nəql ediləcək olan həcmi qarşılamağa 

kifayət edir. BTC boru kəmərinin həyata keçirilməsi nəticəsində, Azərbaycanda 

istehsal olunacaq neftlə birlikdə Qazaxıstan neftinin də bu boru kəmərindən 

dünya bazarlarına çatdırılması haqqında, neftin iqtisadi inkişafa və müstəqilliyə 

təsiri daha açıq olaraq müşahidə ediləcək. Qazaxıstan neftinin də bu kəmərdən 

nəqli haqqında müzakirələr mütəmadi olaraq gündəmdədir. Qazaxıstan tərəfi ilə 

neftin nəqli üçün bütün sənədlər hazırlanmışdır. Belə ki, “Chevron Texaco” 

şirkəti ildə 12 milyon ton Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri 




 

67 


 

ilə nəqlini düşünür. “Total” (Fransa), “ENİ” (İtalya), “İnpex” (Yaponiya) və 

“ConocoPHİLİPS” (ABŞ) şirkərləri də Xəzərin Qazaxıstan hissəsində “Kaşa- 

ğan” yatağından çıxardılan nefti dünya bazarlarına BTC ilə ixrac etməyi (ildə 12 

milyon ton) istəyirlər. 

Bakı-Tbilisi-Ərzurum Təbii Qaz boru kəməri 

Xəzər Dənizinin Azərbaycan regionunda yerləşən və sahildən 100 km. uzaqlıqda 

yerləşən Şahdənidə zəngin qaz yataqlarının kəşfindən sonra, təbii qazın necə 

ixrac ediləcəyi müzakirə edilməyə başlandı. Əliyev və Türkmənbaşı arasındakı 

telefon danışıqlarında Azərbaycanın Trans-Xəzər xəttindən ildə 5 milyard m3 

təbii qaz barədə razılaşılmasının müqabilində, Türkmənistanın Trans-Xəzər 

layihəsində iştirak edəcək şirkətin müqavilə müddətini uzatma- ması, xəttin 

həyata keçməsini təhlükəyə saldı. Bundan əlavə Türkmənistanın Rusiyaya ildə 

50 milyard m3 təbii qaz satacaq olması bir tərəfdən Türkmənistanın Trans-Xəzər 

boru xəttindən soyuması demək idi. Bunlar da Azərbaycanın öz təbii qazını 

satmaq üçün yeni yollar axtarmasına səbəb oldu.2001-ci ilin mart ayında 

Əliyevin Türkiyəni ziyarəti zamanı Ankarada Türkiyə-Azərbaycan arasında təbii 

qazın ixracına dair müqavilə imzalandı. Müqaviləyə görə, Türkiyəyə “Şahdəniz” 

yatağından çıxarılacaq 2 milyard m3 həcmində, 2005-ci ildə 3 milyard m3, 

2006-cı ildə 5 milyard m3 və 2007-2008– ci illərdə 6.6 milyard m3 olmaqla 5 il 

ərzində 23.2 milyar m3 təbii qaz ixracı planlaşdırılsa da sonrakı illərdə bəzi 

qiymət anlaşılmazlığı və texniki problem- lərdən qaynaqlanan müəyyən 

axsamalar olmuşdur. Hər nə qədər imzalanan mü- qavilədə ixraca 2004-cü ildə 

başlanacağı qərarlaşdırılsa da, hadisələrin gedişa- tına görə daha sonra Şahdəniz 

təbii qazının Türkiyəyə nəql edilməsi məqsədi ilə Bakı-Tbilisi-Ərzurum təbii 

qaz boru kəmərinin inşasına 2004-cü ildə başlanıl- mışdır196. Həmin bu kəmər, 

BTC neft kəmərinə paralel düşünülmüşdür. İki bo- ru xətti arasında məsafənin 

12 metr olaraq hesablanması isə, layihənin həyata keçməsində vaxtın və maliyyə 

xərclərinin azaldılmasına imkan verəcəkdir. 2004-cü ildə BP şirkəti “Şahdəniz” 

yatağının təbii qaz nəqli ilə əlaqədar Cənubi Qafqaz təbii qaz boru kəmərinin 

inşasına başlamışdır. İnşaatın 2005-ci ilin 4-cü rübündə tamamlanması, 2006-cı 

ilin qışında isə təbii qazın istehsal edilərək ixracatına başlanılmışdır. İmzalanan 

bir müqavilə ilə birinci il 1 milyard m3 olmaq üzrə təbii qaz Yunanıstan və 

Avropaya ixrac ediləcəkdir. İxrac miqdarı daha sonra 14.3 milyard m3-ə 

çıxacaqdır. Bu çərçivədə Yunanıstan ilə Türkiyə arasında kəmərinin inşası da 

planlanmışdır. Yunanıstanın bu kəmərdən təbii qaz alması ilə layihəyə 

qoşulması, Yunanıstanın “Şahdəniz” layihəsinin stratejik müttəfiqi olan Türkiyə 




 

68 


 

ilə dərinləşməsinə kömək edəcək. Yunanıstanın layihədə iştirakı Azərbaycana 

və Ermənistana qarşı siyasətində də tarazlıq yaradacaq. Trans–Xəzər təbii qaz 

boru kəmərinin də aktiv hala gətirilməsi halında enerji qaynaqlarının iqtisadi 

inkişafına təsiri daha aydın görüləcək. İran və İraqdan fərqli olaraq, Azərbaycan 

nefti və təbii qaz yataqları məh- duddur. Ancaq, bu qaynaqlar Azərbaycanın 

Avropaya inteqrasiyasına və Avropa İttifaqının yaxın qonşuluq strategiyasının 

reallaşmasına xidmət edəcəkdir. Əlbətdə, neft və təbii qaz layihələrinin həyata 

keçirilməsi, regiondakı digər ölkələrin iqtisadi inkişafına əhəmiyyətli təkan 

qazandıracaq. 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin