Sual 25. Azərbaycan Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığı.
Müstəqilliyi bərpa etdikdən sonra (1991-ci ilin oktyabr ayının 18-də) ölkənin ilk
əməkdaşlıq münasibətləri əldə etdiyi beynəlxalq iqtisadi təşkilatları aşağıdakı
kimi təsnifləşdirmək olar:
1. İslam Konfransı Təşkilatı (İKT) – 8 dekabr 1991-ci il;
2. İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) – fevral 1992-ci il;
3. Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
– 1992 - ci il;
4. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) – 1993-cü il;
5. Ümumdünya Ticarət Təşkilatı (keçmiş QATT) müşahidəçi statusunda – 1993-
cü il;
6. Müstəqil Dövlətlər Birliyi (MDB) – 1993-cü il;
7. Avropa Şurası – 25 yanvar 2001-ci il.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) - İslam Əməkdaşlıq Təşkilatı BMT-dən sonra
dünyanın ikinci ən nəhəng beynəlxalq təşkilatıdır və 4 qitəni təmsil edən 57
72
üzvü vardır. İƏT 1969-cu ildə təsis edilmiş və əsas məqsədi İslam dünyasının
maraqlarını müdafiə etmək, iqtisadi inkişaf və sülhü təşviq etməkdən ibarətdir.
Baş qərargahı Ciddə (Səudiyyə Ərəbistanı) şəhərində yerləşir, Baş katibi isə
2016-cı ildən etibarən Yusif Əl-Otaymendir (Səudiyyə Ərəbistanı). Azərbaycan
Respublikası 1991-ci ilin dekabrında İƏT-ə üzv seçilib. İƏT-ə üzv dövlətlərlə
Elm və Texnologiyalar üzrə Komitə (COMSTECH) və İqtisadi və Ticarət
Əməkdaşlığı Daimi Komitəsi (COMCEC) çərçivəsində əməkdaşlıq edilir.
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) haqqında. ÜTT 1995-ci ildə yaradılıb.
Təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Ən gənc beynəlxalq
təşkilatlardan olan ÜTT əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş
Sazişin (GATT) davamçısıdır. Hazırda dünyanın 164 ölkəsi ÜTT-nin üzvüdür.
Bundan başqa, 23 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi
statusuna malikdir. Dünya ticarətinin 98%-dən çoxu ÜTT-yə üzv ölkələrin
payına düşür. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət
münasibətlərinin tənzimlənməsini həyata keçirir. Təşkilatın normativ-hüquqi
bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər əmtəə və xidmətlərlə
ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli
məsələlərini tənzimləyir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum
dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla
da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin
yaxşılaşdırılmasıdır. Təşkilatın əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının
Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsasında
üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsidir.
Funksiyaları:
- ÜTT-nin funksiyaları qurumun hüquqi əsasını təşkil edən çoxtərəfli ticarət
sazişlərinin qəbul olunmasına və qəbul olunan sazişlərin yerinə yetirilməsinə
nəzarətin həyata keçirilməsi,
-üzv ölkələr arasında ticarət danışıqlarının təşkil edilməsi,
-üzv ölkələr tərəfindən həyata keçirilən ticarət siyasətinin müşahidə edilməsi,
-digər beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi,
-üzv ölkələr arasında ticarət mübahisələrinin həll edilməsinə köməklik
göstərilməsi,
73
-beynəlxalq ticarətə və ticarət siyasətinə dair informasiyaların toplanılması,
öyrənilməsi və təqdim olunmasıdır.
Azərbaycan və ÜTT
Azərbaycan Respublikasının ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət 23
iyun 1997-ci il tarixində ÜTT Katibliyinə təqdim edilmişdir. Azərbaycanın
ÜTT-yə üzv olma prosesinin sürətləndirilməsində ən vacib məsələlərdən biri
olan çoxtərəfli danışıqlar davam etdirilir. 16 iyul 1997-ci ildə Azərbaycan üzrə
ÜTT katibliyində yaradılmış İşçi Qrupun 1-ci iclası 2002-ci ildə Cenevrədə
təşkil olunmuşdur. 2004-cü ildən başlayaraq İşçi Qrupunun iclasları ardıcıl
olaraq keçirilir. 2008-ci ildə ilk dəfə olaraq bir il ərzində İşçi Qrupunun 2 iclası
keçirilmişdir. Belə ki, 2008-ci ilin 6 may və 11 dekabr tarixlərində Cenevrədə
İşçi Qrupunun 5-ci və 6-cı iclasları təşkil olunmuşdur. 5-ci iclasın sonunda
Azərbaycan üzrə ilk ümumiləşdirici sənədin - Faktlar İcmalının - hazırlanmasına
dair qərar qəbul edilmişdir. Sənəd ÜTT Katibliyi tərəfindən hazırlanaraq
Azərbaycan tərəfinə təqdim olunmuşdur. Sənədə dair aidiyyəti qurumlar
tərəfindən rəy və təkliflər bildirilmişdir. Sənədin növbəti variantı Danışıqlar
Qrupunun üzvlərinə rəy bildirilməsi üçün paylanılmış və İşçi Qrupun 10-cu
iclasında yenidən müzakirə edilmişdir. 2012-ci ildə Cenevrədə İşçi Qrupun 2
iclası keçirilmişdir: 24 fevral tarixində 9-cu iclas və 7 dekabr tarixində 10-cu
iclas. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı sonuncu,
14-cü iclas 28 iyul 2017-ci il tarixdə Cenevrə şəhərində keçirilmişdir. İclasda
baş danışıqçı, xarici işlər nazirinin müavini cənab Mahmud Məmməd-Quliyev
qeyri-neft sektorunun inkişaf etdirilməsilə bağlı Dövlət Proqramları, 2020-ci
ilədək icrası nəzərdə tutulan Strateji Yol Xəritələri haqqında üzv ölkələrə
məlumat verdi. O qeyd etdi ki, hazırda ticarətin asanlaşdırılması, logistika və
ticarət infrastrukturunun inkişafı ölkə üçün prioritet məsələdir. İclasda İşçi
Qrupun 13-cü iclasından sonra bir sıra üzv ölkələr tərəfindən ünvanlanmış
suallara Azərbaycan tərəfinin verdiyi cavablar müzakirə edilmişdir. Həmçinin
üzv ölkələr tərəfindən Azərbaycan üzrə İşçi Qrup Hesabat Layihəsinin bölmələri
üzrə suallar verilmiş və həmin suallar Azərbaycan nümayəndə heyəti tərəfindən
cavablandırılmışdır. İclasdan sonra ABŞ, Aİ və Türkiyə tərəfindən Azərbaycana
suallar təqdim olunmuş və ticarətlə əlaqəli müxtəlif sahələri əhatə edən bu
sualların cavablandırılması məqsədilə aidiyyəti işlər görülmüşdür. Üzv
dövlətlər: Azərbaycan Respublikası, Belarus Respublikası, Ermənistan
Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Moldova
Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan,
74
Özbəkistan Respublikası və Ukrayna. Tarixi: MDB 8 dekabr 1991-ci il tarixində
Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk
şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında
Saziş” əsasında təsis edilmişdir. 22 yanvar 1993-cü ildə Minsk şəhərində MDB-
nin Nizamnaməsi qəbul edilmişdir. Sözügedən sənəd Ukrayna və Türkmənistan
tərəfindən imzalanmamışdır. Beləliklə, bu ölkələr de-yure olaraq MDB üzv
dövləti deyil, MDB-ni təsis edən ölkələr olmaqla, sadəcə iştirakçı dövlətlər
hesab olunurlar.
Dostları ilə paylaş: |