Sual Azərbaycan Respublikası ərazisində ehtimal olunan sülh mənşəli fh-lar



Yüklə 68,47 Kb.
səhifə6/8
tarix07.01.2024
ölçüsü68,47 Kb.
#202970
1   2   3   4   5   6   7   8
mülki sual 1

İctimai asayişi mühafizə xidməti. Rayon polis şöbəsinin bazası əsasında təşkil olunur (xidmət rəisi- rayon polis şöbəsinin rəisidir). Xidmətə: dövlət hakimiyyətini və ictimai mülkiyyəti, habelə vətəndaşların şəxsi əmlakını qorumaq; çaxnaşmanın qarşısını almaq; nəqliyyatın hərəkətini təmin etmək; əhalinin müəyyən edilmiş davranış qaydalarının yerinə yetirilməsinə nəzarət etmək həvalə olunur. Xidmət köçürülmə işlərinə, MM siqnalları üzrə əhalinin daldalanmasına yardım göstərir, zədələnmə ocağına buraxılma rejiminin və bakterioloji yoluxma ocağında karantin tədbirlərinin yerinə yetirilməsini təmin edir.
Yanğından mühafizə xidməti. Yanğından mühafizə təşkilatlarının bazası əsasında yaradılır (xidmətin rəisi- rayonun yanğın müfəttişidir). Bu xidmətin vəzifələri: yanğınsöndürən dəstələr hazırlamaqdan, yanğına qarşı profilaktika tədbirlərini həyata keçirməkdən, müəssisə, idarə və qəsəbələrin ərazisində su hovuzları tikilməsini təşkil etməkdən ibarətdir. Yanğınlar baş verdikdə onların məhdudlaşdırılması və söndürülməsi üçün xidmət hər cür tədbir görür.
Ərzaq və paltarla təchizat xidməti. Rayon istehlak cəmiyyəti və ticarət bazası əsasında yaradılır (xidmətin rəisi rayon istehlak cəmiyyətinin sədridir). Bu xidmət: anbarlarda, ictimai iaşə və ticarət müəssisələrində saxlanan malların zəhərləyici, radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafizəsi məsələləri ilə məşğul olur; köçürülən və zərər çəkmiş əhalini və MM dəstələrini yeməklə təmin edir, onları ən lazımi əşyalarla təzhiz edir;
Heyvanları və bitkiləri mühafizə xidməti. Baytarlıq və aqronomiya idarələrinin bazası əsasında təşkil olunur. Xidmət baytarlıq tədbirlərini və heyvanların, kənd təsərrüfatı bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə vasitələrindən qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə vastlərindən qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı məhsulları emal edən müəssisələrdə bu xidmət həmçinin su mənbələrinin, taxıl, alaf və başqa kənd təsərrüfatı məhsullarının mühafizəsi üzrə tədbirlər görür. Heyvanları və bitkiləri mühafizə xidməti heyvandarlıq məhsullarının baytarlıq- sanitariya ekspertzasını təşkil edir, kənd təsrrüfatı müəssisələrində su məhbələrinin və ərzaq ehtiyatlarının vəziyyətinə nəzarət edir. Tibb xidməti, ərzaq və paltarla təchizat xidməti ilə birlikdə zəhərlənmiş məhsullardan istifadə olunması qaydalarını müəyyənləşdirir. Lazım gəldikdə rayon (respublika) rəhbərliyinin razılığı ilə rayonda yuxarıda göstərilənlərdən əlavə başqa xidmətlər də yaradıla bilər.
Əgər xidmət bir neçə idarənin bazası əsasında yaradılırsa, bu zaman həmin idarələrin rəhbərlərindən biri xidmətin rəisi, qalanları isə onun müavinləri təyin edilir.
Obyekt dəstələrinin hazırlığına gündəlik rəhbərliyi təmin etmək və mülki müdafiə tədbirlərini planlaşdırmaq üçün obyektlərdə 3-5 nəfərdən ibarət qərargah (qərargahın heyətinə daxik edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə) yaradılır.

Yüklə 68,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin