Sual 1. Azərbaycan Respublikası ərazisində ehtimal olunan sülh mənşəli FH-lar Fövqəladə hallarda əhalinin təhlükəsizliyini təmin etmək, maddi zərəri azaltmaq və belə halların nəticələrinin aradan qaldırılması işlərinin təşkili məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992- ci il 30 aprel tarixli 239 nömrəli qərarı ilə “ Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi” yaradılmış, onun tərkibini, vəzifələrini, fəaliyyət qaydalarını müəyyən edən Əsasnamə və digər normativ sənədlər təsdiq edilmişdir.
Bu sistem ərazi üzrə respublikanın bütün şəhər, rayon və digər yaşayış məntəqələrini; təsərrüfat sahələri üzrə isə bütün nazirlikləri, dövlət komitələrini, baş idarələri və hər cür iqtisadiyyat obyektlərini əhatə edir.
Azərbaycan Respublikası FH-da fəaliyyət göstərən Dövlət sistemi
Sistemin hər bir vəsiləsi üçün rəhbər orqanlar; gündəlik idarəetmə orqanları; ətraf mühitə, təhlükə potensiallı obyektlərə nəzarət və müşahidə edən qüvvə və vasitələr; fövqəladə halların nəticələrini aradan qaldıran qüvvələr; rabitə və xəbərdarlıq sistemi müəyyən edilmiş, lazımi maddi- texniki vəsait ehtiyatları yaradılmişdır.
Sistemin rəhbər orqanları bunlardır:
-bütün respublika üzrrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi(FHN)- rəhbəri FHN-nin naziri;
-muxtar respublika üzrə: Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar Komissiyası rəhbəri Naxçıvan MR baş Nazirinin müavini olmaqla;
-şəhər və rayonlar üzrə: rayon (şəhər) icra hakimiyyəti orqanlarının fövqəladə hallar komissiyası (RFHK)- rəhbəri icra hakimiyyəti başçısının birinci müavini olmaqla;
-təsərrüfat obyektlərində: obyekt fövqəladə hallar komissiyası (OFHK)- rəhbəri obyektin baş mühəndisi olmaqla (bu komissiyalar onlara ehtiyac və maddi- texniki baza olduqda yaradılır);
-Nazirliklərdə (dövlət komitələrində, baş idarələrdə): sahə fövqəladə hallar komissiyası (SFHK)- rəhbəri nazirin (komitə sədrinin) müavini olmaqla.