Dövlət başçısı prezidentdir. Prezident parlamentin deputatları və ştatların qanunverici yığıncaqları tərəfindən 5 il müddətinə seçilir. Vitse-prezident də həmin müddətə seçilir və yuxarı palatanın sədri vəzifəsini tutur. ali qanunverici orqan parlament- ştatlar Şurası və Xalq palatası. Ali icraedici orqan baş nazir başda olmaqla hökumət. Baş nazir ölkədə aparıcı siyasi partiyanın lideridir. Əsas siyasi partiyaları: Xalq Partiyası, Xalq Konqresi, Kommunist Partiyası, Sosialist Partiyası
AR ilə Hindistan Respublikası arasında diplomatik münasibətlər 28 fevral 1992-ci ildə yaradılmışdır. Bakıda və Dehlidə müvafiq səfirliklər fəaliyyət göstərir.
Əhali. əhalisinin sayına görə Çindən sonra dünyada 2-ci yerdədir. Hindistanda ilk siyahıyaalınma 1901-ci ildə aparılmış. 2018-ci ildə ölkədə 1,3 mlrd. əhali
Əhalinin sürətlə artımı ciddi sosial-iqtisadi problemlər yaradır. demoqrafik siyasət həyata keçirən ilk ölkədir. 1952-ci ildən ailənin planlaşdırılması milli proqramı- Bunun əsas məqsədi doğumun səviyyəsinin «əhalinin sabitləşməsi və Milli iqtisadiyyatın tələblərinə uyğun olaraq azaldılması»dır. 2000-ci ildə qəbul edilmiş uzun müddətli Milli demoqrafik siyasətin əsas məqsədi isə «2045-ci ilədək sabit əhali artımına iqtisadi artım, sosial inkişaf və ətraf mühitin qorunması tələblərinə uyğun olaraq» nail olmaqdır. Demoqrafik siyasətin istiqaməti düzgün seçilsə də bunun nəticələri qənaətbəxş deyildir. Bunun səbəbi isə ölkə əhalisinin xeyli hissəsinin savadsız olması, dini baxışlar və ənənələrin qorunması, sosial-iqtisadi problemlərdir.
Dostları ilə paylaş: |