Gözlənilən təbii fəlakətlər və ətraf mühitin aktual problemləri: qış aylarında tez-tez baş verən çovğunlar, yaz aylarında baş verən sel hadisələri, daşqınlar, torpaq sürüşmələri, istixana qazlarının atmosferə buxarlanması, sənaye tullantılarının basdırılması və s.
SUAL 8. B.Britaniyanın idarə olunma sistemi, əhalisi
İdarəolunma forması. Dövlət quruluşuna görə B.Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlament konstitusiyalı monarxiyadır. Milli bayram olan Birlik günü 13 mart tarixində qeyd olunur. Dövlətin vahid konstitusiyası yoxdur. Onu parlament aktlarının konstitusiya ənənələrinin və bəzi məhkəmə qərarlarının vəhdədi əvəz edir. İnzibat cəhətdən B.Britaniya 4 böyük inzibati – siyasi hissədən : İngiltərə, Uels, Şotlandiya, Şimali İrlandiya. onlarca qraflıq ərazilər mövcuddur.
Dövlət başçısı Kraliçadır (kral). Hal hazırda dövlətə 6 fevral 1952-ci ildən kraliça elan edilmiş II Yelizaveta başçılıq edir. Monarxın təvəllüd günü ölkənin Milli bayramı kimi qeyd olunur. ölkənin daxili və xarici siyasətinin formalaşmasında parlamentin və Nazirlər kabinetinin üzərinə düşür. Kraliçanın parlamentin sessiyalarını çağırma, aşağı palatanı buraxmaq, parlament tərəfindən qəbul olunmuş qanunları təsdiqləmək, beynəlxalq müqavilələri ratifikasiya etmək hüququ var.
Dostları ilə paylaş: |