Hidroqrafiya. Ölkənin daimi axara malik çayı və əsas su mənbəyi Nil. Nil çayı iqtisadi həyatında xüsusilə əhəmiyyətlidir.suvarmada, əhalinin içməli su ilə təminatında əsas mənbə, mühüm nəqliyyat yoludur. daşqınlar yay-payız mövsümünə təsadüf edir. Axımı nizama salmaq məqsədilə Nil və onun qolları üzərində iri bəndlər (Köhnə Asuan, Yüksək Asuan), SES (Asuan, Əl-Fəyyum) tikilmişdir.
Yerüstü sulardan müvəqqəti axınların-vadilərin əhəmiyyəti böyükdür. Dağlara düşən yağıntılardan sonra bu vadilər su ilə dolur. Köçərilər bu suları süni hovuzlara toplayır,-məişətdə, kiçik sahələrin suvarılmasında istifadə edirlər. Yağmursuz illərdə vadilər tamamilə quruyur.
Ölkənin səhra rayonlarında qrunt sularının əhəmiyyəti misilsiz dərəcədədir. Misir zəngin yeraltı su ehtiyatlarına malikdir. Nildən qərbdə Liviya səhrasında «yeraltı Nil»in olması ehtimalı təsadüfi deyildir. Lakin yeraltı sulardan hələ lazımi səviyyədə istifadə olunmur. Bu sular həm təbii, həm süni yolla səthə çıxır.
Dostları ilə paylaş: |