Sual dünyanın siyasi xəritəsinin formalaşması Si­ya­si xə­ri­tə



Yüklə 0,75 Mb.
səhifə257/284
tarix19.02.2022
ölçüsü0,75 Mb.
#52843
1   ...   253   254   255   256   257   258   259   260   ...   284
İQTİSADİ İMTAHAN

Tor­paq-bit­ki ör­tü­yü. Əra­zi­si­nin çox ye­rin­də şo­ran, Nil va­di­si və del­ta­sın­da, va­hə­lər­də al­lü­vi­al tor­paq­lar ya­yıl­mış­dır. Nil va­di­si və del­ta­sı­nın tor­paq­la­rı Ni­lin Efio­pi­ya yay­la­sın­dan gə­tir­di­yi dağ sü­xur­la­rı­nın qı­rın­tı­la­rı­nın çök­mə­si nə­ti­cə­sin­də for­ma­laş­mış­dır. Tər­ki­bin­də ya­rar­lı ele­ment­lər və duz­lar olan bu tor­paq­lar­da əsr­lər bo­yu əkin­çi­lik­lə məş­ğul olun­du­ğun­dan tə­bii mün­bit­li­yi­ni itir­miş­dir. Sü­ni güb­rə­lər­dən ge­niş is­ti­fa­də olu­nur. -Nil va­di­si və del­ta­sın­da müx­tə­lif - sa­rı-boz, səh­ra, kar­bo­nat­lı, gil­li-boz və di­gər tor­paq növ­lə­ri­nin ya­ran­ma­sı­na sə­bəb ol­muş­dur.

Mi­sir­də mə­də­ni bit­ki ör­tü­yü­nə Nil va­di­si və del­ta­sın­da,va­hə­lər­də rast gəl­mək olar. Ara­lıq də­ni­zi sa­hil­bo­yu zo­na­sın­da ağot (cey­ra­no­tu), gə­vən, də­və­ti­ka­nı, it­bur­nu ge­niş ya­yıl­mış­dır. Qış­da efe­mer­lər­dən sü­sən, la­lə, qay­maq­çi­çə­yi, nər­giz­gü­lü çi­çək­lə­nə­rək səh­ra­nın hə­yat­sız si­ma­sı­nı ta­ma­mi­lə də­yiş­dir­miş­dir. Sa­hil­bo­yu zo­na­dan cə­nub­da Li­vi­ya səh­ra­sın­da kse­ro­fit kol bit­ki­lə­ri ,Qır­mı­zı də­niz sa­hi­lin­də şo­ra kol bit­ki­si , Nil va­di­si və del­ta­sın­da tə­bii bit­ki ör­tü­yü­nə yal­nız del­ta­nın şi­ma­lın­da­kı göl­lər ra­yo­nun­da rast gəl­mək olar.



TF: döv­rü ola­raq tək­rar­la­nan qu­raq­lıq­lar; tez-tez baş ve­rən zəl­zə­lə­lər; sel ha­di­sə­lə­ri; sü­rüş­­mə­lər; qu­raq, is­ti və bo­ğu­cu kü­lək­lər (xəm­sin­lər); yaz­da əsən toz və qum bu­rul­ğan­la­rı və s. Ət­raf mü­hi­tin ak­tu­al prob­lem­lə­ri; ur­ba­ni­za­si­ya və qum bu­rul­ğan­la­rı nə­ti­cə­sin­də kənd tə­sər­rü­fa­tı­na ya­rar­lı tor­paq sa­hə­lə­ri­nin azal­ma­sı; Asu­an bən­din­dən cə­nub­da tor­paq­la­rın şo­ran­laş­ma­ya mə­ruz qal­ma­sı; səh­ra­laş­ma; də­niz su­la­rı­nın neft­lə çirk­lən­mə­si; mər­can rif­lə­ri və də­niz hey­van­la­rı­nın po­pul­­ya­­si­ya­sı­nın azal­ma­sı təh­lü­kə­si; çi­mər­lik­lə­rin sa­ni­tar-gi­gi­ye­na tə­ləb­lə­ri­nə ca­vab ver­mə­mə­si; su­la­rın kim­yə­vi mad­­də­lər­lə, ka­na­li­za­si­ya və sə­na­ye tul­lan­tı­la­rı ilə çirk­lən­mə­si və s.

SUAL 81. Misirin inkişaf tarixi, idarə olunma sistemi, əhalisi

Tarixi. dün­ya­da bə­şə­ri si­vi­li­za­si­ya ilə bağ­lı ən qə­dim döv­lət­lər­dən bi­ri­dir. Yu­xa­rı və Aşa­ğı Mi­sir şah­lıq­la­rı ya­ran­mış­dır. Şah­lıq­la­rı ida­rə edən fi­ron­lar öz­lə­ri üçün nə­həng eh­ram­lar (pi­ra­mi­da­lar) tik­di­rir. Mü­ha­ri­bə­lər­də əsir alın­mış qul­lar tə­rə­fin­dən ti­kil­miş He­ops, Hef­ren eh­ram­la­rı, daş­dan yo­nul­muş şir hey­kəl­lə­ri və b. abi­də­lə­rin qa­lıq­la­rı in­di­yə qə­dər qal­maq­da­dır.

Bi­zim era­ya­dək Mi­sir as­su­ri­ya, fars, yu­nan və b. iş­ğal­çı döv­lət­lə­rin tə­si­ri al­tın­da ol­muş­dur. VII yü­zil­li­yin əv­vəl­lə­ri­nə ya­xın Mi­sir­də ya­şa­yan qib­ti­lər xris­ti­an­lı­ğı qə­bul edir­lər. 639-cu il­də Mi­si­rə Ərə­bis­tan ya­rı­ma­da­sın­dan ərəb­lər gəl­mə­yə baş­la­yır. 640-641-ci il­lər­də ərəb qo­şun­la­rı Mi­sir­də­ki Bi­zans or­du­su­nu dar­ma­da­ğın edir. Son­ra­kı dövr­lər­də Mi­sir Fa­ti­mi­lər, Əy­yu­bi­lər, Məm­lük­lər, Os­man­lı­lar döv­lət­lə­rin tə­si­ri al­tı­na dü­şür.

XVII yü­zil­li­yin so­nu Os­man­lı im­pe­ri­ya­sı zə­if­lə­dik­dən son­ra məm­lük­lər Mi­sir­də öz hökm­ran­lı­ğı­nı bər­pa edir və bu­ra­da müs­tə­qil döv­lət ya­ra­dı­lır. 1808-ci il­də Mi­sir ha­ki­mi Mə­həm­mə­də­li pa­şa is­la­hat­lar hə­yat ke­çir­mək­lə Mi­si­ri qüv­vət­li döv­lə­tə çe­vir­mək məq­sə­di­ni qar­şı­ya qo­ya­raq ix­ra­cat əhə­miy­­yət­li kənd tə­sər­rü­fa­tı və sə­na­ye­nin bə­zi sa­hə­lə­ri­ni in­ki­şaf et­di­rir.

XIX yü­zil­li­yin 30-cu il­lə­rin­də Mi­si­rə xa­ri­ci ka­pi­tal axı­nı güc­lə­nir. Fran­sa və İn­gil­tə­rə Mi­si­rin mil­li ba­zar­la­rı­nı ələ ke­çir­mə­yə baş­la­yır və öl­kə­də xa­ri­ci­lə­rə məx­sus mü­əs­si­sə­lər ya­ra­dı­lır. Qər­bi Av­ro­pa şir­kət­lə­ri­nin fəa­liy­yə­ti ilə nəq­liy­yat-ra­bi­tə şə­bə­kə­si, də­niz li­man­la­rı, Sü­veyş ka­na­lı in­şa edi­lir. 1882-ci il­də İn­gil­tə­rə öz or­du­la­rı­nı Mi­si­rə ye­ri­dir, in­gi­lis or­du­su öl­kə­ni zəbt edə­rək onu öz müs­təm­lə­kə­si­nə çe­vi­rir. La­kin xal­qın müs­təm­lə­kə­çi­li­yə qar­şı get­dik­cə güc­lə­nən mü­ba­ri­zə­si rəs­mi Lon­do­nu 1922-ci il­də Mi­si­rin müs­tə­qil­li­yi­ni for­mal ola­raq ta­nı­ma­ğa məc­bur edir. Əs­lin­də isə XX yü­zil­li­yin or­ta­la­rı­na qə­­dər Bö­yük Bri­ta­ni­ya Mi­sir üzə­rin­də özü­nün hər­bi-si­ya­si və iq­ti­sa­di nə­za­rə­ti­ni sax­la­yır­dı.

II Dün­ya mü­ha­ri­bə­sin­də Bö­yük Bri­ta­ni­ya Mi­si­rin əra­zi­­sin­­dən, tə­bii eh­ti­yat­la­rın­dan və or­du­sun­dan Li­vi­ya­da İta­li­ya-Al­ma­ni­ya qo­şun­la­rı­na qar­şı hər­bi əmə­liy­yat­lar üçün is­ti­fa­də edir. Mü­ha­ri­bə­dən son­ra­kı il­lər­də mil­li-azad­lıq hə­rə­ka­tı güc­lə­nir. 1952-ci il iyu­lun 23-də öl­kə­də in­qi­la­bi çev­ri­liş baş ve­rir, kral taxt-tac­dan əl çə­kə­rək öl­kə­ni tərk edir. 1953-cü il iyu­lun 18-də Mi­sir res­pub­li­ka elan olu­nur. Üç il­dən son­ra isə res­pub­li­ka­nın ilk kons­ti­tu­si­ya­sı qə­bul edi­lir və Ca­mal Əb­dül Na­sir öl­kə­nin pre­zi­den­ti se­çi­lir. 1956-cı ilin iyu­lun­da in­gi­lis or­du­su Mi­sir­dən çı­xa­rı­lır və Sü­veyş ka­na­lı mil­li­ləş­di­ri­lir. Bö­yük Bri­ta­ni­ya, Fran­sa və İs­ra­il Mi­si­rə qar­şı hər­bi tə­ca­vü­zə baş­la­yır. Bir sı­ra döv­lət­lə­rin kö­mə­yi ilə Mi­sir bu tə­ca­vü­zü dəf edir. 1958-ci il­də Mi­sir və Su­ri­ya bir­lə­şə­rək Bir­ləş­miş Ərəb Res­pub­li­ka­sı ad­la­nan döv­lə­ti tə­sis edir­lər. 1961-ci il sent­yab­rın 1-də on­lar ye­ni­dən müs­tə­qil döv­lət­lə­rə ay­rı­lır­lar. 1967-ci il­də qon­şu ərəb öl­kə­lə­ri və Mi­sir ye­ni­dən İs­rai­lin tə­ca­vü­zü­nə mə­ruz qa­lır.

C. Ə. Na­si­rin və­fa­tın­dan son­ra öl­kə­nin da­xi­li və xa­ri­ci si­ya­sə­tin­də­ki də­yi­şik­lik­lər onun bir sı­ra öl­kə­lər­­lə mü­na­si­bət­lə­ri­nin po­zul­ma­sı­na sə­bəb olur. Pre­zi­dent Hüs­nü Mü­ba­rək ha­ki­miy­yə­tə gəl­dik­dən son­ra xa­ri­ci və da­xi­li si­ya­sət­də bə­zi də­yi­şik­­lik­­lər edi­lir. Mi­si­rin Ərəb öl­kə­lə­ri və di­gər döv­lət­lər­lə po­zul­muş mü­­na­si­bət­lə­ri ye­ni­dən bər­pa olu­nur. La­kin 2011-ci il yan­var 11-dək da­vam edən küt­lə­vi ix­ti­şaş­lar H. Mü­ba­rə­kin 30 il­lik ha­ki­miy­yə­ti­nə son qoy­du. Pre­zi­dent öl­kə­ni tərk et­di, par­la­ment bu­ra­xıl­dı, ha­ki­miy­yət mü­vəq­qə­ti hö­ku­mə­tin əli­nə keç­di.2014-cü ilin may Əb­dül-Əs -Si­si seç­ki­lər­də qa­lib gəl­di və pre­zi­dent se­çil­di.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin