|
|
səhifə | 27/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
|
Coğrafi mövqe. Avropanın qərbində yerləşmiş Fransanın ərazisi 547.030 kv. km-dir. Tərkibinə Aralıq dənizindəki Korsika adası və bir sıra kiçik sahil adaları daxildir. Fransa ilə qonşuluqda Almaniya, İtaliya, Belçika, İsveçrə və İspaniya. Pireney dağları Fransanı İspaniyadan ayırır, cənub-şərqdə İtaliya və İsveçrə ilə sərhəddi Alp və Yura dağları boyuncadır. Fransa-Almaniya sərhəddinin xeyli hissəsi Reyn çayı boyuncadır. şimalda Fransa – Belçika sərhəddi ovalıqdan keçir. Ölkənin ümumi sərhədlərinin 2/3-si dəniz sərhədlərinin (3427 km) payına düşür. Fransanın sərhədlərində mikrodövlətlər- Mavi sahil bölgəsində Monako, Pireney dağları ilə sərhəddə isə Andorradır.
Dostları ilə paylaş: |
|
|