«İspan möcüzəsi»nin səbəblərindən biri ilk növbədə 60-cı illərin əvvəllərində texnokratların Frankonu ETİ-nin nailiyyətlərini istehsalda tətbiq etməyə inandırmağı bacarmaları idi. Səbəblərdən biri də 1955-1965-cı illərdə İspaniyadan xarici ölkələrə getmiş 2,5 milyon ispan vətəndaşının ölkəyə bu müddət ərzində 5 milyard dollar vəsait göndərmələri idi. Bu dövrdə İspaniyada turizm sənayesinin sürətli inkişafı, turizmdən gələn gəlir sənayenin inkişafına yönəldildi. Səbəblərdən biri də bu dövrdə İspaniyaya xarici dövlətlər – ABŞ, AFR, Belçika və İngiltərə, Fransa tərəfindən güclü kapital qoyulması və burada onların müəssisələrinin açılışı idi.
İspaniyanın ÜDM həcmində 2007-ci ildən bəri hələ belə böyük faizdə artım olmayıb. İspaniyada iqtisadiyyatı yeni növ koronavirus (Kovid-19) epidemiyasının təsiri ilə 2020-ci ilin ikinci rübündə 21,5% azalıb. İqisadiyyatın azalmasına səbəb isə koronavirus pandemiyası nəticəsində turizm sektorunun çökməsi olub. ölkə pandemiyadan əvvəl hər il 80 milyondan çox ziyarətçi qəbul edib.
SUAL 23. Polşa Respublikasının coğrafi mövqeyi, təbiətinin xüsusiyyətləri
Mərkəzi Avropada yerləşir. qərbdə Almaniya, cənubda Çex Respublikası və Slovakiya, şərqdə Ukrayna və Belarus, şimalda Baltik dənizi, Litva və Rusiya ilə həmsərhəddir. Ölkənin Danimarka və İsveç ilə dəniz sərhədləri vardır. Polşanın ərazisi 312.683 km²-dir . Əhalisi 38.1 milyondan çoxdur, sakinlər Krakov və paytaxt Varşava kimi böyük şəhərlərdə məskunlaşmışdır. Şimal-qərbdə Pomeraniya körfəzindən Qdansk körfəzinə qədər uzanan Baltik dənizinə sahili var. Düz sahil xətti boyunca Şetsin, Puk və Pistula çimərlikləri ziyarətçilərə daim açıqdır.
Dostları ilə paylaş: |