Faydalı qazıntıları. İran faydalı qazıntılarla zəngin ölkədir. mineral enerji sərvətləri, neft və təbii qaz dünya əhəmiyyətlidir. Neft ehtiyatına görə regionda, həm də dünyada qabaqcıl mövqeyə malikdir. Ölkənin ən mühüm neft yataqları qərbdə və şimaldadır. Ölkədə təbii qaz ehtiyatı da çoxdur (33,5 trilyon kub m. 2017).
Mineral enerji sərvətlərindən kömürün yataqları şimal dağ massivi və qərbdədir. Son illərdə enerji məqsədilə nüvə xammalından istifadə Qərb ölkələrini, ABŞ narahat edir. əlvan metal filizləri-mis, qurğuşun, sink, qalay, sürmə, boksit- şimal və qərb əyalətlərində çıxarılır. Dəmir filizi yataqları- Kerman, Semnan, Tehran ətrafında. tikinti materialları-mərmər, qranit, yəşəm daşı, gil, gips, əhəng daşı və qiymətli daşlar-firuzə, əqiq zəngin ölkədir.
Dostları ilə paylaş: |