Əhali. İran əhalisi təbii artım hesabına sürətlə artan ölkələrdən biridir-2% ötmüşdür. 1956-57-ci illərdə ilk siyahıya alınma-18,9 mln. əhali yaşayırdısa, Hazırda əhalinin sayı 83 mln. nəfər (2019). İranda təbii artımın yüksək olması erkən nigah, tibbi xidmətin yaxşılaşdırılması ilə izah olunur.
Ölkədə ərazi üzrə əhalinin sıxlığında kəskin fərqlər (hər kv.km orta sıxlıq 50,4 nəfər) Əlverişli iqlim şəraiti və torpaq ehtiyatları, su mənbələrinin olması əhalinin yerləşməsinə təsir göstərir- ölkə əhalisinin 80 faizi şimal və şimal-qərb əyalətlərində. Xəzərsahili ovalıq, Urmiya gölü ətrafı, dağətəyi bölgələr. səhra və yarımsəhralarda orta sıxlıq 3-4 nəfərdən artıq deyildir.
Ölkədə 40-dan artıq xalq var. ölkənin ən böyük xalqı farslardır (48-50%)- Elburs dağlarından cənubda, ölkənin şərq və cənub bölgələrində. kürdlər (7-9%), gilanlılar, lurlar, bəluclar, tatlar, talışlar daxildir.
İranda sayca ikinci böyük xalq azərbaycanlılardır.. azərbaycanlıların 25 mln.-dan artıqdır.-Şərqi və Qərbi Azərbaycan, Zəncan, Ərdəbil əyalətlərində, Tehran, Qəzvin, Həmədan, Ərak şəhərlərdə
İranın dövlət dili fars dilidir. Ölkədə hakim din İslamdır. İran müsəlmanlarının (98,8%) 90%-dən çoxu şiədir. Məşhəd və Qum şəhərlərinin məscidləri dini mərkəzlərdir. Ölkə əhalisinin 80 mini xristiandır.
İranda yaşayanların 70%-i şəhərlərdə məskunlaşıb. Şəhər əhalisinin artmasına ilk növbədə ölkədaxili miqrasiyalar təsir göstərmişdir. Sənayenin inkişafı, şəhərlərdə iş tapmaq imkanının çox olması, şəhərlərin mədəni şəraitinin yüksək olması- kənd əhalisini cəlb edən əsas səbəblərdir.
SUAL 35. İranın kənd təsərrüfatı və onun sahələri
İranda aqrar sahədə inkişaf həmişə ləng getmişdir. Bunun səbəbi isə məhsuldar torpaq və su çatışmazlığı, aqrar quruluşun vəziyyəti və s. olmuşdur. İslam inqilabının qələbəsindən sonra aqrar sektorda islahatlara baxmayaraq, bu sahədə köklü və mütərəqqi dəyişikliklər baş vermədi. Ölkə ərazisinin 10%-i (17 mln. ha) əkinçilik məqsədləri üçün istifadə olunur. Bunun cəmi 4,2 mln. hektarı suvarılır.
Qədim İran mədəniyyətinin inkişafı həmişə suvarma ilə əlaqədar olmuşdur. Ölkənin irriqasiya sistemi iki xüsusiyyətinə: birincisi, suvarmanın müxtəlif növlərindən istifadə olunması, ikincisi, suvarmada yeraltı suların (kəhriz suları) üstünlüyünə görə fərqlənir.
Dostları ilə paylaş: |