Bitkiçilik kənd təsərrüfatının aparıcı sahəsidir. Ölkədə dənli bitkilər istehsalı xüsusi əhəmiyyət kəsb edir. Becərilən torpaqların 2/3 hissəsi dənli bitkilərin payına düşür. Buğda və çəltik əkinləri geniş sahəni əhatə edir. Çəltik əkinləri,-Xəzərsahili Gilan, Qorqan, Mazəndəran əyalətlərindədir. Ölkədə çəltiyin müxtəlif növləri (sədri, çampa, əkuli və s.) becərilir və bunların məhsuldarlığı da müxtəlifdir.
Texniki bitkilərdən pambıq, şəkər çuğunduru, tütün, çay və s. becərilir. Ölkədə paxlalı, yağlı bitkilər, ədviyyat da yetişdirilir. Bağçılıq inkişaf etdirilir. Heyvandarlıq xırda buynuzlu maldarlıq istiqamətindədir və yarımköçəri təsərrüfatlar üstünlük təşkil edir. İribuynuzlu mal-qara oturaq təsərrüfatlarda bəslənilir.
SUAL 36. İranın iqtisadiyyatının aparıcı sahələri
İqtisadi cəhətdən İran İEOÖ qrupunda orta mövqe tutan dövlətlərdən biridir. XX əsrin 60-cı illəri İranın iqtisadi inkişafında neft hasilatı artmağa başlamışdı. 1980-1988-ci illərdə İraq – İran müharibəsi ölkənin iqtisadi inkişafını iflic vəziyyətə saldı. Ölkədə nüvə energetikasının inkişaf planı həyata keçirilir.
Dostları ilə paylaş: |