İdarəolunma forması. Konstitusiyaya görə dövlətdə ali vəzifələr qanunvericilik, icraedici və məhkəmə sistemindən ibarətdir. Bu sistemlər isə ölkənin siyasi və dini rəhbərinin nəzarəti altındadır. İranın dövlət başçısı prezident Ali Dini Rəhbərə tabedir. Konstitusiyaya görə ali dini və ya siyasi nüfuzlu şəxs ölkənin bütün həyatına rəhbərlik etməlidir.
Birbaşa seçkilər yolu ilə seçilən ölkə prezidentinin səlahiyyət müddəti 4 ildir. Eyni adam bu vəzifəni iki dəfə tuta bilər. İslam Şurası Məclisi bir palatalı parlament üzvlərinin sayı 290 nəfərdir. Birbaşa və gizli səsvermə yolu ilə seçilən parlament deputatlarının fəaliyyət müddəti 4 ildir. 1989-cu ildə Konstitusiyadakı dəyişikliklərə əsasən Baş nazir vəzifəsi ləğv edilir, icraedici hakimiyyətə Prezident rəhbərlik edir.
Dostları ilə paylaş: |