Hidroqrafiya. SƏda daimi axara malik çaylar, şirin sulu göllər yoxdur. Çox yağıntılı illərdə su çayların quru yatağını (vadini) doldurur, müvəqqəti axınlar və göllər yaradır. Bu cür göllərin suyu çirkli və duzlu olduğundan ondan məişətdə istifadə olunmur. Qalın qum qatından keçərək yaxşıca süzülən və keyfiyyətinə görə bulaq suyundan seçilməyən yeraltı suların əhəmiyyəti böyükdür.
Torpaq-bitki örtüyü. SƏda bitki örtüyünün kasıblığı, səthin qumlu və daşlı, temperaturun yüksək və yağıntının az olması ilə izah olunur. Ölkədə ən çox yayılmış ağac xurma palmasıdır. alçaq boylu tamarisk cəngəllikləri də çoxdur. Bu kollar qumlu torpaqda yaxşı inkişaf etdiyindən onları süni surətdə də becərirlər.