Faydalı qazıntılar. Səudiyyə Ərəbistanı faydalı qazıntılar, yanacaq sərvətləri ilə yaxşı təmin olunmuş ölkələrdən biridir. Neft ehtiyatına görə dünyada ikinci yeri tutur. Ehtiyatı 265 mlrd. tondan artıq olan neftin ən iri yataqları ölkənin şərqində və İran körfəzinin şelf zonasındadır.
Təbii qazın ehtiyatı 6,8 trln. m3-dir. Təbii qaz ehtiyatına görə dünyada yeddinci-səkkizinci yerdədir.
Ölkənin qərb hissəsində Fatimə vadisi rayonunda dəmir filizi yataqları-əsasında metallurgiya müəssisəsi tikilmişdir. Yəmənlə sərhəd bölgələrində mis, polimetal filizlər, Ciddə şəhərindən şimalda uran filizi yataqları. Daşduz Cizan şəhərinin yaxınlığında. tikinti materialları- daş, gips, gil, qum. Yanbo şəhərindən şimalda böyük gips yataqları. Dəmman yaxınlığında yerli əhəngdaşı əsasında sement zavodları fəaliyyət göstərir.
Dostları ilə paylaş: |