Gözlənilən təbii hadisələr: dövrü olaraq baş verən quraqlıqlar, sellər və daşqınlar; toz və qum fırtınaları; zəlzələlər və s.
Ətraf mühitin aktual problemləri: şəhərlərdə sənaye və avtomobil tullantıları hesabına, neft emal edən müəssisələrin fəaliyyəti nəticəsində havanın çirklənməsi; otlaq və biçənəklərin ev heyvanları tərəfindən tapdalanaraq yararsız hala düşməsi; səhralaşma; İran körfəzinin neftlə çirklənməsi; quraqlıq nəticəsində bataqlıqların yoxa çıxması; torpaqların deqradasiyası; içməli su ehtiyatı çatışmazlığı; kanalizasiya və sənaye tullantıları hesabına səth sularının çirklənməsi və s.