İqlim. Ölkənin əksər hissəsinin iqlimi subtropik kontinental, Xəzər dənizi sahilində rütubətli, İran və Oman körfəzlərinin sahillərində isə tropikdir. İqliminin xüsusiyyətlərinə yüksək yay temperaturu,çox aşağı qış temperaturu ilə əlaqədar onun kəskin kontinentallığı aiddir.
əksər yerlərində yay ayları çox isti və quraq, qış soyuq və şaxtalı keçir. İlin isti dövründə dağlıq sahələr istisna, ölkənin hər yerində hava +25-30°C-dək qızır, bu isə istilik sevən bitkilərin (pambıq, tütün, çəltik və s.) becərilməsinə imkan verir. Mütləq maksimum temperatur 50°C. Qışda ölkənin şimalında temperatur -7-10°C, cənubunda +15-18°C təşkil edir. Mərkəzi düzənliklərdə -20°C şaxtalar.
İranın şimal-qərbindən cənub-şərqinə doğru orta illik yağıntıların miqdarı azalır. Cənubi Xəzər ovalığına 2000 mm yağıntı, mərkəz və şərq bölgələrinə 50-100 mm yağıntı düşür.
Dostları ilə paylaş: |