Elburs dağ sistemi mürəkkəb relyefə malik olduğundan ərazi təsərrüfat fəaliyyətinə zəifdir. Dağ keçidlərindən yollar çəkilmiş, yeraltı suların üzə çıxdığı ərazilərdə əkinçilik işləri aparılır. Elburs sistemi şərqdə Türkmən -Xorasan dağlarına keçir. Bu dağlar arasındakı məhsuldar vadilər kənd təsərrüfatı üçün yararlıdır.
İran yaylasının cənub kənarlarından Zaqros dağ sistemi başlayır. Cənub-şərqdə Cənubi İran dağları ilə əvəz olunur. Ölkənin şimal-qərb hissəsində çökəkliklərlə parçalanmış Kordestan, Talış, Boqrovdağ, Qaradağ, Ağrıdağ silsilələri uzanır.
İranın böyük düzənlikləri ölkənin kənar hissələrindədir. Bunlardan təsərrüfat və turizm-rekreasiya baxımından Xəzərsahili (Cənubi Xəzər) ovalığı. Ölkə ərazisinin 5%-ni təşkil edir,əhalinin 22%-i yaşayır.
Dostları ilə paylaş: |