Kənd təsərrüfatı. Aqrar bölmədə əhalinin 60 %-i məşğuldur. ÜDM-un 15,5 %-i kənd təsərrüfatı. Torpağın sahibi dövlətdir və torpaq sahibi – mülkədarlardan vergi alınır. İri və orta torpaq sahibləri torpağı icarəyə verir. Kiçik sahibkarlar öz torpaq sahələrini özləri becərir, bəzən isə icarəyə verirlər. ölkədə hələ də xırda kəndli təsərrüfatları üstünlük təşkil edir və torpaqsız kəndlilərin sayı çoxdur.
Kənd təsərrüfatına dövlətin kapital qoyuluşu, «yaşıl inqilab»ın nailiyyətləri dənli bitkilər yığımının yüksəlməsinə səbəb oldu. Ölkədə hər il orta hesabla 273 mln. ton taxıl yığılır. taxıl və digər ərzaq məhsullarının adambaşına istehlakına görə hələ də aşağı səviyyədədir. Ölkədə əhalinin əksəriyyəti doyunca yemir və acların sayı da çoxdur.
qədim əkinçilik mədəniyyətinə malik dövlətdir. Ölkədə suvarma əkinçiliyi inkişaf etmişdir. Suvarılan torpaq sahəsinə görə Çindən geri qalır. Ölkədə çox sayda su anbarı, kanallar, mürəkkəb irriqasiya sistemi yaradılmışdır. Əkin sahələrinin 40 %-i suvarılır.
Kənd təsərrüfatında bitkiçilik aparıcı sahədir. Becərilən torpaq sahəsinə görə Hindistan dünyada ABŞ-dan sonra 2-ci yerdədir. iki kənd təsərrüfatı mövsümü – yay (xarif) və qış (rabi) vardır. Yay mövsümündə əkinlər mayın axırı, iyunun əvvəlləri aparılır, məhsul yığımı sentyabr-noyabra təsadüf edir. Qış mövsümü oktyabr-noyabrda başlayır, mart-aprel aylarında başa çatır. Məhsul yığımı əsasən yay mövsümündə çox olur. Əkin sahələrinin 80%-i ərzaq məhsullarının, çəltik(çay vadiləri və allüvial düzənliklərdə). Taxıl yığımının 1/3-i buğda-qış mövsümündə quraq rayonlarda əkilir və süni suvarmaya əsaslanır. Qarğıdalı, darı, arpa dəmyə şəkildə becərilir. Paxlalı bitkilər, kartof əkinləri geniş yayılmışdır və əhalinin qidasında mühüm əhəmiyyət kəsb edir.
Texniki bitkilərdən pambıq, cüt, çay kolları, şəkər qamışı, yağlı bitkilər əkinləri. Qısalifli pambıq Dekan yaylasında, uzunlifli pambıq suvarılan torpaqlarda becərilir. Cut Qərbi Benqalda, çay plantasiyaları dağətəyi rayonlarda becərilir. tütün, hind qozu, qəhvə ağacı, banan, ananas, sitrus bitkiləri, ədviyyat və s. becərilir. soya, şəkər çuğunduru, günəbaxan əkinləri genişləndirilmişdir.
Hindistanda heyvandarlıq zəif inkişaf edib. induizmə etiqad edənlər mal əti yemirlər. Lakin onun südü və dərisindən istifadə olunur. İribuynuzlu malqara kəndli təsərrüfatlarında qoşqu qüvvəsi kimi istifadə olunur. Cənub və qərb əyalətlərinin sahil rayonlarında balıqçılıq inkişaf etdirilir.
SUAL 43. Hindistanın iqtisadiyyatının aparıcı sahələri
Müstəqillik əldə etdikdən sonra Hindistan nisbətən qısa müddət ərzində müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatda mühüm nailiyyətlər qazana bilmişdir. O, ÜDM həcminə görə dünyada 7-ci, elmi-texniki sahədə ixtisaslı mütəxəssislərin sayına görə qabaqcıl yerlərdən birini tutur. Hərbi sahədə ordusunun sayına görə iri dövlətlərdəndir, nüvə silahına malikdir.
Müasir Hindistanın iqtisadiyyatı çoxukladlı olması ilə səciyyələnir. Xırda əmtəə üsulu geniş yayılmışdır. Bir sıra sahələrdə (energetika, metallurgiya, maşınqayırma, kimya, suvarma təsərrüfatı, nəqliyyat, rabitə), bank sahəsində və xarici ticarətdə bank sektoru həlledici rol oynayır. Müasir Hindistanda bu sektoru dövlət-kapitalist üsulu təşkil edir. İqtisadiyyata müsbət təsir edən amillər sırasında bol və ucuz işçi qüvvəsinin olmasını, daxili bazarın genişliyini və s. göstərmək olar.
Dostları ilə paylaş: |