etnik tarixinin mürəkkəbliyi və çoxmillətli dövlət. Ölkədə bir neçə yüz millət, xalq və tayfa qrupları yaşayır- müxtəlif dil ailələrinə mənsub və ictimai inkişafın mərhələsindədirlər. Ölkədə avropoid, monqoloid tipindən başqa keçid qrupdan olanlar da çoxdur.
Ölkənin şimal hissəsinin avropoid əhalisi Hindistanın cənubunun dravit tipinə mənsub olan əhalisindən xarici görünüşü ilə fərqlənir. Ölkənin şimal dağlıq rayonlarında və şimal-şərqdə əhali monqoloid tipinə mənsubdur. Ölkədə sayına görə ən böyük xalqlar hindistanlılar, biharilər. Hindistanlılar Qanq çayının yuxarı və orta axını hövzəsində yaşayır, mədəniyyəti və məişətinə görə bir-birinə yaxın olan çoxsaylı yerli qruplara bölünürlər və hindi dilində danışırlar.
Biharilər Qanq çayının orta axını hövzəsində yayılmışlar. Biharilər bihari dilində danışan 3 qrupdan ibarətdir. Ölkədə benqal, teluqu, tamil, marathilər böyük xalqlardır. Teluqu və tamillər dravit tipinə aiddirlər.
Hindistanda əhalinin etnik parçalanmasının mühüm səbəblərindən biri ölkədə uzun müddət ingilis hökmranlığının mövcud olmasıdır.
Ölkədə dövlət dili hindi dili olsa da, ingilis dili də geniş işlədilir Rəsmi qəbul edilmiş sanskrit və urdu dillərinə də üstünlük verilir. Hindistanda dini mənsubiyyətinə görə əhalinin 80%-i induizm dininə etiqad edir. İnduizmə etiqad edənlər qapalı irsi qruplara – silklərə bölünür. İndusların çoxu mühüm silki təlimatlara əməl edir.
Dostları ilə paylaş: |