səhifə 121/284 tarix 19.02.2022 ölçüsü 0,75 Mb. #52843
İQTİSADİ İMTAHAN
Torpaq-bitki örtüyü . Torpaq örtüyü tipinə və məhsuldarlığına görə çox müxtəlifdir. Hind-Qand düzənliyi və sahil ovalıqlarda allüvial torpaqlar yayılmışdır. Kənd təsərrüfatı üçün çox mühüm əhəmiyyətə malik bu torpaqların yayıldığı ərazilərdə ölkə əhalisinin yarısı yaşayır. Yarımadada qırmızı- sarı torpaqlarda bağçılıq, çay və kauçuk plantasiyaları, qırmızı- qonur torpaqlarda paxlalılar, darı, yer fındığı becərilir .
Ölkənin relyefi və iqliminin müftəlifliyi bitki örtüyünün rəngarəngliyinə səbəb olmuşdur. Mühüm iqtisadi əhəmiyyətə malik meşə sərvətinin intensiv istifadə olunması, əkin sahələrinin genişləndirilməsi nəticəsində azalmışdır. Ölkə ərazisinin 1/5–ni meşələr əhatə edir. Meşələrin qırılmasının mənfi təzahürləri torpaqların eroziyasına, çay axınının müntəzəmliyinə, oduncaq çatışmamazlığına səbəb olur.
TF: tez-tez baş verən quraqlıqlar; musson yağışları zamanı baş verən güclü daşqınlar və torpaq sürüşmələri; güclü şimşək hadisələri və zəlzələlərdir.
Dostları ilə paylaş: